Tahirə Qarabağlı (1949): "YUXUNA GƏLƏCƏM"

Tahirə Qarabağlı (1949): "YUXUNA GƏLƏCƏM" Tahirə Qarabağlı (Tahirə Əyyub qızı Hüseynova) - 1949-cu ildə Ağdamda anadan olub. Ali təhsillidir. 1975-ci ildən ömrünü Sumqayıt şəhərində gənc nəslin təlim-tərbiyyəsinə həsr edib.
O, həm də istedadlı şairə kimi tanınır. “Sil göz yaşlarını”, “Bu sevda mənlik deyil”“Qəlbin harayı ilə” adlı üç kitab müəllifidir. Şeirləri müxtəlif mətbuat orqanlarında, ədəbi məcmuələrdə və poeziya antalogiyalarında dərc olunub. Azərbaycan Jurnalistlər Birliyinin və "İraq-Türkmən" Yazıçılar Birliyinin üzvüdür.
“Qızıl Qələm”, “Natəvan”“Zirvə” mükafatları laureatıdır.
Şeirləri "Zirvə", "Canım Azərbaycanım", "Şah dağı", "Ləlvər dağı" və s. poezia antologiyalarında şeirləri dərc olunub.

Biz də çox hörmətli Tahirə xanımı qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Məryəm ŞÜKÜROVA,
ZiM.Az



ANA

Anayam gözümdə həyat canlanır,
Baxıram ömùrdən ótən çağlara.
Ürəyim elə bil od tutub yanır,
Qar yağır mən gùvəndiyim dağlara.

Böyüyür övladlar pərvaz eyləyir,
Hərəsi özünə yurd-yuva qürur.
Analar onlara" xóşbəxt ol!" deyir,
Baxıb xoş gününə, duyurlar qürur.

Balanın yolunda çəkər əziyyət,
Gecəni sübhədək yummaz gözünü.
Ummaz balasından bir əvəz fəqət,
Qürurla söyləyər "balam" sözünü.

Şam kimi əridər ózünü ana,
Düşər balasının düşdùyü oda.
Balanın yolunda qıyar canına,
Tapılmaz ananın tayı dünyada!...


ŞAİR ÖMRÜ

Şair ömrü keçməz xoş güzəranla,
Ötər fəsilləri aram-aramla.
Xoş günləri gələr ona qram-qramla,
Şair ömrü keçməz xoş güzəranla.

Misra-misra yazım sənə şeirmi,
Hər misranın görəsən sən xeyrini.
Şair salmaz hər görənə meylini,
Qəti yazar,izah edər söz sehrni.

Şair başı olar qeylü-qallarda,
Hər misradan qurar uca qalada.
Söz sehrini anladar hər nadana,
Hikmətilə sözün yayar cahana.

Ömür yolun vurar əzmilə başa,
Saray qurar kərpici gəlməz saya.
İlmə-limə naxış salar qalaya,
Görənlərin gözü düşər qalaya.

Tahirəyəm, hər sözümdə var hikmət,
Esidənlər dərk edər sözü əlbət.
Dərk etməyən olar o qafil əlbət,
Oxuyanlar anlayar sözdə hikmət!
26.0.9.2020


YUXUNA GƏLƏCƏM

Hər gecə yuxuna qonaq gələcəm,
Gəlib yuxunu da ərşə çəkəcəm.
Beləcə hər gecə yuxudan əvvəl,
Sùzüb gözlərimi baxıb gedəcəm.

Hər gecə yuxuna qonaq gələrəm,
Çıxaram qarşına mələklər kimi.
Gah da ulduzları pay góndərərəm,
Əsərəm qayğısız küləklər kimi.

Hər gecə yuxuna qonaq gələcəm,
Sùzùb gózlərini, dodağın gülsùn.
Bir anlıq görùnùb,yuxudan əvvəl,
Dərdimi səninlə bólüb gedəcəm.


SEVGİ

Sevgi bir röyadı görünməz gözə,
Söz halı sevginin gəlməz heç dilə.
Sevənin sevgisi qəlbini dağlar,
Qəlbində yaşadıb məzara yollar.

Sevgi sevənlərin əfsanəsidi,
Xəyal aləminə səyahətidi.
Gözlərin ürəyə nüfuz etməsi,
İki sevən qəlbin dəyanətidi.

Sevgi gül bağından üzüb gülləri,
Zərif çiçəklərdən görər çələngi.
Alar ilahidən gücü, qüvvəti,
Sevən ürəklərdə çalınar "Cəngi".

Kimin ki, sevgisi olsa həyatda,
Aşacaq başından kədəri,qəmi.
Görənlər deyəcək bəxtəvər ona
Daim belə olub sevgi aləmi.


HAQQ GƏZİRƏM

Bu dünya böyük zəmidi,
Toxum səpsən göyərəcək.
Söz yıgdınsa xəzinənə,
Vaxt gələndə söylənəcək.

Şələliyəm deyirlər döz,
Daş daşıyıb,yonuram daş.
Göydən yerə ələnir söz,
Ələkdədir sözüm qardaş.

Bəxtim niyə gəldi belə,
Fələk yazanı yox pozan.
Həsrətəm obaya elə,
Örtülü qaynayır qazan.

Haqq söyləyib, haqq gəzirəm,
Yolumda qurulur tələ.
.Haqq sözünə müntəzirəm,
Yalanı almıram dilə.

Dərdim dağlardan ucadır,
Dərdi çəkib, dərd tapıram.
Sinəm dərdlərə bacadı,
Həyat köhlənin çapıram...

Çapır xəyallarım köhlən atını,
Gəzir gah aranı gah da dağını.
Görürəm ac-sussuz yalavacları,
Çəkirəm qəlbimdə min bir acını...


HANSINDAN YAZIM?

Agdamdan ucalmır azanın səsi,
Neçə igidlərin kəslib nəfəsi.
Biz kimə söyləyək bu dərdi-səri?
Qalmışıq Vətənimdə, biz sər-səri.

Ana torpaqları,düşmənə satan,
Bölüb sərvətləri, altına yığan,
Millətimin olan haqqını danan,
Mən bu müsibətin hansından yazım.?

Axır göz yaşları, görən hər kəsin,
Əlaçı kəsilib böyük-kiççiyin.
Müəllim əlacsız, qalıb amanda,
Mən bu işlərin hansından yazım?
1.09.2020.


ŞAH DAĞI

Ətəyi bağ-bahatlı,
Çəmənləri gözəllərin oylagı.
Ətəyində evlər sıra-sıradır,
Bənzəyir sən bizim elə Şahdagı.

"Qalaaltı" sularına tay hanı,
İstəyirsən dolan bütün cahanı.
Xoş keçir insanın burda hər anı,
Düşübdü sorağına dilə, Şahdagı.

Məni mehman etdin,qoynunda qaldım,
Ötüb keçənləri mən yada saldım.
Şuşa dağlarının ətrini aldım,
Göz yaşım dónübdü selə Şahdagı.

Vətənim tapdaqda qalandan bəri,
Yığıb cəm etmişəm çox dərdi- səri.
Alınan torpaqlar qayıda geri,
Arzu cin ola bu ilə, Şahdagı.....


QOCALIQ

Qocalıgın özü elə bir dünya,
Bu dünyada bizi saldı quyuya.
Nur-bərəkət payladıq biz dünyaya,
Dünya bizi çəkib saldı dəryaya.

Dərin məna axtardıq biz həyatda,
Yalanlarla üzləşdik çox həyatda.
Mərdi qovub,namərd etdi bu dünya,
Dünya bizi aldadaraq qocaltdı.

Nə var yıgdıq,nə də sərvət topladıq,
Alın təri, zəhmət çəkib yaşadıq.
İkiüzllər bizə tələ qurdular,
Tələləri sökə-sökə qocaldıq.
26.08.2018.


OYANSIN

Çal aşıq çal sazını,
Çalki, ruhum oyansın.
Şəlalələr dilə gəlib
Qoy qəıbimə yayılsın.
Aşsın keçin sərhədləri
Səs yayılsın aləmə.
İntizar qalan gözlər
Oyanıb baxsın sənə.
Çal sazını qəlbim
Oyansın.
Axar çaylar çaglasın
Buz bulaqlar gurlasın.
Dilə gəlsin ellərim.
Çal aşıq çal sazını
incə qəlbim titrəsin.
Könlüm yenə yanıqli
O səsləri dinləsin.
Çal səsin çatsın Qarabaga,
Yurd-yuvası dagılana.
Ürəklərdə yuva salan
O qəm-qüssə dagılsın.
Göydə süzən quşlar yenə
Qatar-qatar düzülsün,
Xoş müjdələr gətirərək
Bizə zəfər yetirsin.
Çalkı, günəş şəfəq saçsın
Hər yan nura boyansın.
Çalkı, yatmış qəlblərdə
Həsrət yangı oyansın.
Bəlkə bizim Qarabagda
Sönən günəş oyansın!
26.08.2017.


QİSMƏT

Güvənmə həyatda vara-dövlətə,
Var-dövlət yetirməz səni şöhrətə.
Qaçırar gecələr yuxunu sənin,
Edər gündüzləri sərsəri səni.

Qalmaz əbədi o var-dövlət səndə,
Əl-tut kasıblara hərdən bir səndə.
Başının üstündə gör sən Allahı,
Et hər zaman sən ona öz duanı.

Verən də odur,var-dövlət sənə,
İstərsə həyatı çöndərər yenə,
Million varın olsa da bax sənın,
Bir ovuc torpaqdır axır qismətin.
21.08.2017.


HƏYAT DAVAM EDİR

Böyük gələcəyə ümidlə baxdıq,
Xəyallar alırdı bizi cənginə.
Xəyal aləminə səyahət etdik,
Həm adət elədik hər ahənginə.

Çalışdıq çap olsun şeirlərimiz,
Bizdə ümid edib hələ yazırdıq.
Arzular almışdı bizi qoynuna,
Həyatda hər şeyə guya hazırlıq.

Zəmanə dəyişdi, ötüşdü illər,
Həyatın acısı bizə pay oldu.
Fəsillər dalınca ötdü fəsillər,
Boranı qış gəldi, gah da yay oldu.

Həyatın acısın dadırıq indi,
Ötür günlərimiz ağlı,qaralı.
Neçə xatirələr könlümdə dindi,
Yaşadıq bir ömrü yaşlı yaralı..
18.08.2020.


QARABAĞ BOYUNCA

Eleki, gəzirəm Aran boyunca,
Qalıram o iki yol ayrıcında.
Baxıram gah aranina-dagina,
Tapammıram səni, o yol boyunca.

Bağlanıb qapılar mənim üzümə,
Zəncirli köpəklər hürür üstùmə.
Getdikcə baxıram Vətən düzünə,
Uculan daşları gəlir üstümə.

Xırmanda sovulmur, aprası-dəni,
Başımın üstündə dumanı-çəni.
Çəkilmir gózümdən şehli çəməni,
Qəfəsdə yurdumuz qalıb məftilli.

Niyə düşmənlərin girmir beyninə,
Verirəm sualı özüm-özümə.
Özgə torpağına gözù tikincə,
Qoy aldanmasınlar rusun sözünə.

Görmürlər tùrk-türkün olub dayağı,
Gün gələr alarıq biz Qarabağı.
O zaman şəlləyib belə palanı,
Qaçarlar üz tutub, Sevana sarı....
14.08.2020

Tahirə Qarabağlı,
şairə-jurnalist,
Jurnalistlər birliyinin üzvü,
"Qızıl qələm" media mükafatçısı.

ZiM.AZ


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: