Firəngiz Şəkili: "BİR ARZUM VAR..." Ədəbiyyat » Müsabiqə 8 сентября 2020 Firəngiz Şəkili (Firəngiz Əşrəf qızı Kərimova) - 1961-ci ildə Şəkinin Aşağı Küngüt kəndində fəhlə ailəsində doğulub. 66 nömrəli peşə məktəbini bitirib. İstehsalat qabaqcılı olduğu üçün M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universitetinin) hazırlıq şöbəsinə göndərilib. 1987-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirib. Ailə qurub. 1996-cı ildən Bakının Yasamal rayonundakı A.Hüseynzadə adına 20 saylı məktəb-liseydə rus bölməsində Azərbaycan dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Hazırda da həmin məktəbdə çalışır. Həm də metodist kmi fəaliyyət göstərir.Firəngiz xanım doğma ana dilimizi, millətimizi, xalqımızı - bütöv Azərbaycanımızı sevir!Ən böyük arzussu da elə Bütöv Azərbaycanımızı salamlamaqdır!Bayrağımızı Təbrizdə, Qarabağda dalğalandırmağı həyatının ən uca zirvəsi sayır:Hayım var, harayım var,Billurdan sarayım var,Təbrizdən Qarabağa,Mənim Vətən payım var!..Biz də çox hörmətli Firəngiz xanıma "Bütün arzularınız çin olsun!.." - deyirik!Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, pedaqoji və ictimai fəaliyyətində, eləcə də bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!Və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzBİR ARZUM VAR...Belə olmaz gəl ki, sənSən mənim gülşənimsən.Göyüzündəki ayımQəlbimdə günəşimsən.Hər səhərin nurusan,Qəlbimin qürurusan,Mənim bu ürəyimdəSən sevinclə dolusan.Gəlsən sevinər ürək,Sənlə döyünər ürək,Gülüm ehtiyat edibGəzmə sən belə hürkək...Firəngizlə gəl öyün,Deməm ikiyə bölün,Bir arzum var: əlindən,Tutum sən də bir söyün...02-09-14TƏK YOLUM AZƏRBAYCAN!Tək yolum var AzərbaycanOnsuz ölər bu canımda can.Sinəm sipər, əlimdə qələm,Onu qoruyacam inan hər an.Qoy millətim ayağa qalxsın, Birləşib zəfər marşın çalsın.Çatsın səsim bütün ellərəQoşulaydım axan sellərə.Sellərə qoşulub gedəydim,Təbrizi candan seyr edəydim ,Üzüm tutub mən o yerlərəCanım qurban vətən deyəydim!Hər daşına bələd olduğum ,O yerlərdə yuva qurduğum,Göz dağımdı bu gün QarabağSağalmayir ax...sinəmdə dağ…Vətən qızı baxdı sol-sağaO and içdi vətənə, torpağa!Vətən azad olmayınca mən Haqqım yox yurdda yaşamağa...Vətən qızı----canım Azərbaycan hayladı...19-03-15.QARABAĞI SARDA QOYMAYAQ!Sinəmə sığmayan bircə dağım var,Mənim də ayrilıq bircə çağım var,Ölürəm a dostlar ölə bilmirəm,Axi gözüyolda Qarabağım var!Odur arzum mənim ona qovuşum,Onun eşqiylə mən alışıb coşum,Dağılsın sərhədlər açılsın əllərKönlüm Qarabağı ürəyi bilər.Gözlə gəlirik biz can Qarabağım Sənə açılacaq hər an qucağım Orda qələbələr bizi gözləyirAğlayıb sirr vermə düşmən izləyir!Çəkil qara bulud qoy günəş çıxsınQara əlləri o yandırıb yaxsın.Qalxıb elə töksün düşmən gözünüMilli ordum desin qoy sön sözünü.Eşit bu səsimi ey ana torpaqQıy vurub göylərə qalxacaq bayraq.Vətən qızı deyir igid oğullarQarabağı sarda durun qoymayaq!2016.TÜRKÜN SƏSİ!Mənim səsm haqqın səsi,O haqq da TÜRKÜN nəfəsi.Əyilmərəm heç sınmaram ,Bir gün Vətənsiz qalmaram!Dörd tərəfin qarı düşmən,Oyan, ey Vətənim, oyan,Söylədiyin mənəm TÜRK mən,Zəfərinlə sən qanadlan.Qanadlan ki qoy hər yerdəSəninlə qürur duyum mən.Dərdli başının üstündən Qoy çəkilsin o duman çən!Dözə bilmərəm əgər ki,Bir qarışın yadda qalsa.Torpağımı, Vətənimi Qarı düşmən sarlar alsa.Ehey, səsim TÜRKün səsi,Nəfəsim Vətən kəlməsi,Bu səs dağıdar aləmi,Vətən Qızı çal qələmi!!!2016.ŞƏHİDİM!Torpaqların altındaYatan ruhlara salam.Sənin şəhid qanını Vallah yerdə qoymaram!Bu gün Vətən var varsan Sən göylərdən ucasan, And içib Türk qanıma,Dönük çıxmam andıma.And yerim şəhid qanıMəni sən yaxşı tanıTək sənin şəhid adınUcaldacaq cahanı.O cahan mənim yurdumMən də keşikdə durdumŞəhidimə baş əyib Çöllərdə nərə vurdum!Bu gün gözümdə Vətən Çoxdu uğrunda ölənSəni korca qalasan Vətəni yarı bölən!AĞLAMA ŞƏHİD ANASI!Hər qarış torpaqda min igid qanıİgid ərənləri sən yaxşı tanı.Onlar unudulmaz onlar atılmazŞəhid anası öyünər ağlamaz!Ağlama, şəhid anası, ağlama,Ağlayıb sinələri gəl dağlama.Sənin Vətən boyda bir dayağın var,Başınüstdə enməyən bayrağın var.Şəhidin ruhudu bizim ruhumuzOnun ruhuna borclu uğurumuz.Hər şəhid Vətənin gözün parasıAğlama, ağlama, şəhid anası!Bu gün uca zirvə şəhid adıdırQələbə zəfəri şəhid andıdır,Şəhidsiz sağalmaz Vətən yarası,Ağlama, ağlama, şəhid anası!2016ARAZ KƏNARINDA...El-elə qarışdı bağrım alışdı,Sel axdı gözlərdən sanki yağışdı.Yumub gözlərimi kaş ki öləydimSöylə vətənim bu necə naxışdı???Baxdım, gözlərimə vallah qan sızdıTikanlı məftillər üzümü cızdıYeridim üstünə xudavərininBədənim soyudu gah da kı qızdı!Yumuldum yumaq tək istədim keçəmArazın suyundan bir azca içəmTəbrizin yolunda tikanlar bitmişÇalışdım onları qıram mən biçəm...Başımın üstündə dayanmış zalımDedim burax yurdun ətrini alımÜstümə silahlı şığıdı o anQaldı boynubüküb yetim bu canım...Amma çağırırdı məni ArazımDedi qara gəldi bəxtim bu yazımCoşub-aşıb daşıb hey çırpınırdıSanki məni geri o çağırırdı...Firəngiz sudakı dalğaya baxdıBir özünə baxdı bir qarğaya baxdıDedi qarğa qədər qismətim yoxmuşBülbüllər ölübmüş qarğalar çoxmuş..Vətən qızı--dərdin araza danışıb geri qayıtmadı---gözlədi gözləyəcək --təbrizi....səbrin böyük--ürək bölük --firəngizim...9--04--14.BİZ TÜRKÜK!İçimdə alovikən Odum-közüm görünmür.Niyə sənin o qəlbin,VƏTƏN üçün döyünmür???Döyünmürsə o ürəkBu ki, kələkdi kələk.Elə susan ürəyiDibindən çalaq gərək...Qoy o yalan deməsin,Bizi aciz bilməsin,Biz cana can deyərik,Özgə haqqın yemərik.Adımız TÜRK, türkük biz,Söylə bəs siz kimsiniz???Biz haqqın işıq yolu,Hər yerdə var izimiz...Bir gün bütöv olaraqSəni biz çalacayıq,Dərbənd, Təbriz, Şuşanı,Biz səndən alacayıq.Eşidirsənmi məni, Qeyretli Vətən oğlu,Haqq bizim, doğru bizim,Gedirik haqqa doğru..Fİrəngiz al bayragınÖpdü Vətən torpağın, Dedi çəkil düşmənim,Yurda basma ayağın...VƏTƏN QIZI - Vətən adlı yerini yurdunu sevib --ona baxıb xatırladı ---QARABAĞ--TƏBRİZ BÜTÖV AZƏRBAYCANI--Biz yaşayacayıq --DEDİ…11-06-14.AĞLAMAQ YOX!!! QİSAS KEÇİR KÖNLÜMDƏN...Gəl yaralarımı tərpətmə, qardaş,Ax yaman ağlamaq keçir könlümdən.Yolgedən, asta ol, get yavaş-yavaş,Ax… yaman ağlamaq keçir könlümdən.Bu canımda vallah can gizildəyir,İçimdə bir səs yanqım inildəyir.Xocalıda yanan ruhlar gözləyir,Ax... yaman ağlamaq keçir könlümdən.Neçə vaxtdı yurd yanır, alovlanır,Düşmən özün yurdumda hakim sanır,Yetiş qardaş, yetis, ürəyim yanır,Ax... yaman ağlamaq keçir könlümdən.Qoca-cavan baxmadılar vurdular,Qız-gəlinə hər bir tələ qurdular,Uşaq gəncin hey qəsdinə durdular,Ax... yaman ağlamaq keçir könlümdən…Eşitmirsən sən bu acı harayı???Neyləyirsən sən o billur sarayı?Qan içində bil ki, bu gün XOCALI,Ax… yaman ağlamaq keçir könlümdən.Vətən qızı, sən tək mən də yanıram,Özümü düşməndən güclü sanıram!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.