Elçin İsmayılov (1965): ”MƏNİ UNUTMAĞI ÇOX ASAN BİLMƏ” Ədəbiyyat » Müsabiqə 23 июля 2020 ***Məni unutmağı çox asan bilmə,Adamın canına hopan biriyəm.Elə yapışaram ürəyə, qəlbə,Qoparsan yeriylə qopan biriyəm.Qoparsan qəlbin də qopar, sökülər,Mənim hissəm olub yapışar mənə.Gözümə baxmasan gözün tökülər,Agrıdan ürəyin tökülər yenə.Mən eşqi havatək udan biriyəm,Su tək, çörək kimi möhtacam eşqə.Hər gün macarayla yatan biriyəm,Bütün ömrüm boyu mən acam eşqə. Məni unutmagı çox asan bilmə,Torpaqdan, havadan qoxum gələcək.Mənsiz birisiylə bir yuva qurma,Yenə o yuvadan qoxum gələcək.Məhəbbət tökülür üzümnən mənim,Sevgi, gülüm mənim peşəm kimidir.Hehkəlim yapılıb dözümnən mənim,Sevilmək mənimçün yaşam kimidi.*** Adam yavaş-yavaş ölür,Ölməmişdən ruhu ölür.Sora gözündə yaş ölür,Azı qalır çoxu ölür.Gedir yavaş-yavaş belə,Heç özü fərqə varmadan.Aparmadan bir daş belə,Bir çöpü də aparmadan. Gözü dünyadan yıgılır,Hər şeydən üzür əlini.O yannan kimsə çagırır,Bura da tutur əlini.Adam yavaş-yavaş sevir,Yavaş-yavaş aşiq olur.Suar sevir, faraş sevir,Ölən hamsı aşiq ölür.*** Eşidənlər desin ona,Gözlərimə görünməsin.Qəlbim sınıb, üzüm dönüb,Arxamca da sürünməsin.Cırılıb daha maskası,Göründü qəlbinin pası.Axtarsın çoxdu başqası,Daha mənə yarınmasın.İndi göründü iç üzü,Bilindi əyrisi, düzü.Aldatmasın daha bizi,Mələk donu bürünməsin.*** Ömür keçir zaman kimi,Yel dagıdır duman kimi,Adam ömrü bir an kimi,Nə sən əbədi qalansan,Nə mən ölümsüz deyiləm.Mənim agarır saqqalım,Sənin birçəyin azalır.Mənim artır etibarım,Sənin gerçəyin azalır.Nə sən dünyanın ”bicisən”,Nə mən agılsız deyiləm.Gülüm, çox sevgi belədi,Ayrılıga hamilədi.İllər bu şirin sevdanı,Riyaya, çirkə bələdi.Nə sən bunu gizlədirsən,Nə mən xəbərsiz deyiləm.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.