Elmira MAHALQIZI (1965)

Elmira MAHALQIZI (1965) Vətən torpağı

Yaradan Allahın əmanətidi,
Laylalı beşiyi el qeyrətidi.
Xalqımın solmayan məhəbbətidi,
Cənnətdi gülşəndi vətən torpağı.

Babamdan yadigar, naxışı bəlli,
İgidlər diyarlı ərlər hünərli.
Tarixi tapmaca sehirli sirrli
Dərdlərə məlhəmdi vətən torpağı.

Hikməti bu ömrün ucalığında
Sərvəti zəngindi bağca bağında
Böyük ordusu var el qucağında!
Bölünməzdi cəmdi vətən torpağı!

Çağlar çeşməlidi qaynar gözlüdü,
Ocağı daima odlu közlüdü,
Bahar nəfəslidi şair sözlüdü,
Könlümdə bitəndi vətən torpağı...

Mahalqızı eşqi alınmaz qala,
Səfəri uzaqdı yollardan yola,
Ruhda qanad verir bu istiqbala
Öləndə kəfəndi vətən torpağı!!!


Qaytar ümidimi yanına gəlım...

Bu uzaq səfərin sonu bıtməyib,
Bu yol ayağımı hec incitməyib,
Bu yasıl budaqda bülbül ötməyib,
Hələ yetisməyib murada əlım,
Qaytar ümidimi yanına gəlım.

İllər soraq verir payizdan, qısdan,
Bosalan buluddan, yağan yağısdan,
Axı silınərmı ömür yaddasdan,
Üzü parlaq olur al səhərlərin
Qaytar ümidimi yanına gəlım.

Ruhun gözəlliyi bəzəyər yolu,
Aləmə günəsdən cəkdirər tülü,
Öpən dodağı var, oxsayan əlı,
Sevgi də insan tək yasayır gülüm,
Qaytar ümidimi yanına gəlım.

Bir az gileyliyəm dostdan, tanışdan,
Bu dönük taledən, ömürdən yasdan,
Nə çıxar adicə soyuq baxısdan,
Bir az gülər üz ol, bir az da həlim,
Qaytar ümidimi yanına gəlim.

Daha Mahalqızı küsdü dedilər,
Bir oçaq qaladı, tüsdü dedilər,
Dünyadan əlini üzdü dedilər,
Ruhum pərvaz etmir necə dincəlim,
Qaytar ümidimi yanına gəlim.


BİL Kİ, SƏNİ SEVƏNLƏR,
SƏNİNLƏ BAŞ-BAŞADIR…


(Borçalıda, Azərbaycanda və eləcə də, bütün
Türk dünyasında elmi xidmətləri ilə məşhur olan
Nyu-York Elmlər Akademiyasının akademiki,
görkəmli dilçi-alim, çox hörmətli professor
Mədəd Çobanovun 75 illik Yubileyinə hədiyyə)


Sən ey Odlar Yurdunun böyük fəxri, vüqarı,
Uzanır zirvələrə yeni həyat yolları,
Borçalıtək elin var yaşadır arzuları,
Ölməz xalqın istəyi, istəyinlə qoşadı!
Bil ki, səni sevənlər səninlə baş-başadır!

Sönməz Ay işığı var, ümmanlı baxışında,
Min bir məna yaşayır, baharında qışında,
Yeni həyat eşqi var, elmi axtarışında,
Qəlbi ziyalıları tarix özü yaşadır!
Bil ki, səni sevənlər səninlə baş-başadır!

Yetişdirdin həyata neçə ziyalı nəsli,
Neçə sənət ünvanlı yaradıcı həvəsli,
Ölməz kitablarının varağı vətən səsli,
Minlərcə oxucunun ürəyini oxşadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Təbin bulaq kimidir, çağlayır ürək sözün,
Alim, dilçi, filoloq-neçə oğlun, qızın,
Borçalı ocağının odu, alovu, közü,
Saf niyyətlə çırpınan, arzuları yaşadır!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Xalqa xidmət göstərib, xidmətləri yaşatdın,
Kamil insanlığınla hikmətləri yaşatdın,
Xalqın üçün dəyərli zinətləri yaşatdın,
Ey alimlər alimi, ey ustadlar ustadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Bu hünər insanlığa, ruha qol-qanad verir,
Bu coşqunluq həyata yeni bir sovqat verir,
Bu yüksəliş xalqıma nə gözəl ovqat verir.
Yenilməz ümidlərin qanadları qoşadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Yığılıb işığına elin pir oğulları,
Dağtək uca vüqarlı, coşqun Kür oğulları,
Doğulacaq, artacaq, hələ, var oğulları…
Bu görüş bir könülü, min könüldə yaşadır!
Bil ki, səni sevənlər səninlə baş-başadı!

Borçalı elimizin alimləri var olsun,
Yetmiş beş yaş qədəmi, yenə ixtiyar olsun,
Ömrün ahıl çağında Tanrı səni qorusun,
Vətən eşqi qəlbində varlığın tək ucadı!
Bil ki, səni sevənlər səninlə baş-başadı!
«Elm və Təhsil» №43, (273), Oktyabr, 2012.



Yaxşı ki, dünyada yaxşılar varmış…

(Azadə-Taleh Abbasqızı ilə deyişmə)


Elmira Mahalqızı:
Nə müddətdir Borçalıdan ayrıyam,
Qalmayıb canımda dözüm Azadə.
Bir şair nəfəsli söz soraqlıyam,
Odlanan ürəyim, gözüm Azadə.

Azadə-Taleh Abbasqızı:
Bilirəm ki, Borçalıdan ayrısan,
Bir qəribsən, haraylısan, haylısan.
Şairəsən şeir, sənət paylısan,
Mən darda qoymaram səni, Elmira.

Elmira Mahalqızı:
Borçalıdan “Borçalıya” gəlmişəm,
Bu ocağı duz-çörəkli bilmişəm.
Ağlamışam, qəmlənmişəm, gülmüşəm,
Sən olmusan mənə dayaq Azadə.

Azadə-Taleh Abbasqızı:
Borçalı ocağı mənə əzizdir,
Hər kim Borçalısa safdır, təmizdir.
Bu sevgi qəlbimdə ümman, dənizdir,
Mən darda qoymaram səni, Elmira.

Elmira Mahalqızı:
Uzaq idim öz elimdən-obamdan,
Təklənmişdim, həmdəm oldun o andan.
Sənə dayaq olsun Böyük Yaradan,
Məşhədi, Kəbleyi, Hacı Azadə.

Azadə-Taleh Abbasqızı:
Allahı sevənlər mənim canımdır,
Şair nəfəslilər isti qanımdır.
İbadət ömrümün ən xoş anıdır,
Tutmuşam Allahın yolun, Elmira.

Elmira Mahalqızı:
Yaxşı ki, dünyada yaxşılar varmış,
Sanıram bir şaham yanında sənin.
Yoxsa, yamanların qulu olardım,
Sənsən, gələcəyin yolu, Azadə!

Azadə-Taleh Abbasqızı:
Əl tutmaq Əlidən qalıb deyirlər,
Dünyada yaxşılıq qalar deyirlər,
Sən zirvəyə qalx, mən də ordayam,
Bir bahar ömrümün gülü Elmira,
Şairin söz adlı dili Elmira.
2003

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Elmira MAHALQILZI:

Elmira MAHALQILZI: "BİL Kİ, SƏNİ SEVƏNLƏR, SƏNİNLƏ BAŞ-BAŞADIR…"

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, Müsabiqə, Borçalı, Darvaz, Mədəd Çobanov
BORÇALININ ŞAİRƏ QIZI AZADƏ XANIM!

BORÇALININ ŞAİRƏ QIZI AZADƏ XANIM!

Borçalı
Azadə-Taleh ABBASQIZIna Başsağlığı

Azadə-Taleh ABBASQIZIna Başsağlığı

Nekroloqlar
Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

"Borçalı" Cəmiyyəti
Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

Azadə ABBASQIZIna BAŞSAĞLIĞI

Nekroloqlar
Hacı Azadə Talehin 55 illik yubileyi Dərbənddə qeyd olunub

Hacı Azadə Talehin 55 illik yubileyi Dərbənddə qeyd olunub

Təbriklər
Tanınmış həkim-jurnalist, şair-publisist və ictimai xadim Azadə Taleh Abbas ...

Tanınmış həkim-jurnalist, şair-publisist və ictimai xadim Azadə Taleh Abbas ...

Gəncə, "SAZLI-SÖZLÜ BORÇALI", Borçalı, Nekroloqlar
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev

"1001 Gecə" restoranında XalqTV-nin növbəti verilişi çəkilib

Mədəniyyət, Tv
11-13 mayda İzmir-Çeşmədə ASKEFİN sayca 11-ci toplantısı baş tutdu,uğurlar. ...

11-13 mayda İzmir-Çeşmədə ASKEFİN sayca 11-ci toplantısı baş tutdu,uğurlar. ...

QHT, Turan

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
Elmira müəllimənin rənglər dūnyası

Elmira müəllimənin rənglər dūnyası

Məktəblər
Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının təqdimatı keçirildi

MEDİA, Şou

"Qafqaz-Media" və "Borçalı" İctimai Birlikləri Xocalı şəhidlərini anıb…

UNUTSAQ, UNUDULARIQ!...., "Borçalı" Cəmiyyəti
Yeni poetik toplu:

Yeni poetik toplu: "HƏKİMLƏRİN SÖZ DÜNYASI"

Səhiyyə, MEDİA
Gənc müğənni İlahə Mələklə müsahibə

Gənc müğənni İlahə Mələklə müsahibə

Şou
Elşad Həsənov: Xaqani Qayıblının 60-illiyinə

Elşad Həsənov: Xaqani Qayıblının 60-illiyinə

Qarayazı, Qaraçöp, Təbriklər
MEHRİ QƏMLİ: MƏN SƏNİ SEVİRƏM SƏNDƏN XƏBƏRSİZ

MEHRİ QƏMLİ: MƏN SƏNİ SEVİRƏM SƏNDƏN XƏBƏRSİZ

Poeziya, Müsabiqə, Diaspora
AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

"SALDO", Təbriklər
PÜSTƏ RƏVAN (HÜSEYNOVA):

PÜSTƏ RƏVAN (HÜSEYNOVA): "Səni harda gəzim, harda tapım mən?!."

Müsabiqə
Rəy yazın: