Rövşən GƏNCƏLİ (1956): " Elmizdə yad olduq, Bakıda qonaq, Haranın daşını başmıza salaq..." Ədəbiyyat » Müsabiqə 13 октября 2020 Rövşən Gəncəli (Yusifov Rövşən Məmməd oğlu) 1956-cı il iyunun 5-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Təzəkənd kəndində anadan olub.1973-cü ildə Təzəkənd orta məktəbini əla qiymətlərlə bitirib. 14.11.1974-cü ildən 18.11.1976-cı ilə qədər hərbi xidmət borcunu yerinə yetirib.1978-ci ildə AzKTİ-nun kənd təsərrüfatının elektirikləşdirilməsi fakultəsinin qiyabi şöbəsinə qəbul olub. 1984-cü ildə AzKİ-nu bitirib. Marneuli rayonunun İmir kəndindəki DSZ-da Baş mühəndisin müavini, Baş energetik işləyib. 1990-cı ildə Borçalıda baş vermiş məlum olaylardan sonra, o da doğma Borçalıdan köçmək məcburiyyətində qalıb. Uzaq Rusiyaya üz tutub. Çelyabiniski vilayətinin Troitski rayonunda idarə rəhbəri, direktor, baş direktor və Bələdiyyənin sədri vəzifələrində işləyib.R.Gəncəli, eyni zamanda, təhsilini də davam etdirib. 1998-ci ildə Çelyabinsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib.2013-cu ildən Bakıda yaşayıb-yaradır.Rövşən Gəncəli həm də güclü qələm sahibidir. İstedadlı şair və savadlı yazıçı kimi tanınır. "Elə yaşa sən ömrünü”, "Yaşamağa nə var ki” və "Yalan Dünyadı" adlı 3 kitab müəllifidir. Kitabların hər biri 300 səhifədən çoxdur.Hərəsi üç yüz əlli səhvədən artıq olan ”Yaxşılığı unutma”, “Şərəfsiz adam”, ”Qalan Dünyadı”, "Hikmətli sözlər və Bayatılar” adlı dörd kitabı isə çapdadır. Şeirləri müxtəlif mətbuat orqanlarında, internet saytlarında,"Zirvə", "Sazlı-sözlü Borçalı" və "Canım Azərbaycanım" adlı poeziya antologiyalarında dərc olunub.Biz də hörmətli soydaşımız istedadlı, müdrik şair və yazıçı Rövşən Gəncəliyə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.az-ın dəyərli oxucularına təqdim edirik.Müşfiq BORÇALI,ZiM.Az BİZİM BORÇALI Dağların başında qar əksik olmaz, Baxan gözəlliyə heç zaman doymaz. Dara düşənləri qayğısız qoymaz. Verər ürəyini, bizim Borçalı. Sıldırım qayası,ucadır dağı. Hüsnünə heyrandır,dəyən ayağı. Görərlər bu eldə arxa,dayağı. Nur saçır aləmə, bizim Borçalı. Süsənli,sünbüllü çiçəkli düzlər. Açılıb al,əlvan lalə,nərgizlər. Gələn qonaqları sevər,əzizlər, Qonağı sevəndi, bizim Borçalı. Dağlarında, qartal gözlü bulaqlar, İçəndə can verir, donur dodaqlar. Həftə keçər, qıpqırmızı yanaqlar, Dərdlərə dərmandı, bizim Borçalı. Sinəsində tarixlərin qalası. Yaşıl meşələri, təmiz havası. Gözəl mənzərəsi, qəşəng səfası. Həkimdi, loğmandı, bizim Borçalı. Rövşənəm, Gürcüstan cənnət bağıdı, Bütün yer üzünün gülüstanıdı. Dostluğun, qeyrətin vəfadarıdı, Millətə bağlıdı, bizim Borçalı. ***BORÇALI Elmizdə yad olduq, Bakıda qonaq,Haranın daşını başımıza salaq.Müracət eylədik, tapmadıq dayaq.Batıbdır ürəyi qana, Borçalı.Kimsəmiz olmadı, kömək etməyə,Başdan aşan müsübəti deməyə.Dərdimizi danışmağa, bölməyə.Qeyrətli oğullar hana,Borçalı?!Borçalı danışıb, deyənlər çoxdur.Kef damaq içində kefləri toxdur.Millətin qeydinə qalanı yoxdur.Əzabdan gəlibdir cana, Borçalı.Sizinlə döyünür,qəlbimiz bizim.Daha ürəklərdə qalmayıb dözüm.Cavabdeh kimdirsə onadır sözüm.Qoymayın,odlara yana, Borçalı.Üzümü tuturam, mərd oğullara.Çalışın,Borçalı düşməsin dara.Baxıram millətə,günləri qara.Qıymayın gözləri dola, Borçalı.Əvvəllər, sahibi olubdur namərd.Torpağı pay verib,Borçalıya dərd.Bakıya gələndə qoymayalar şərt.Dincələ,qonaq tək qala, Borçalı.Rövşənəm,elimin yanan oğluyam.Millət üçün,bil sinəsi dağlıyam.Bu məkana,bu cənnətə bağlıyam.Balaların xoşbəxt ola, Borçalı.VARBizim Borçalıya baxmayın belə,Görənlər heyrandır obaya,elə.Deməklə gözəllik gəlməyir dilə.Bütün yer üzünün gözəlliyi,var.Əvvəllər bəlalar çəkibdir başı.Canımzdan əzizdir torpağı,daşı.Qoynunda qalalar bilinmir yaşı.Yadında tarixin nağılları var.Babalar, başında qara papaqlar.Başının tacıdır Ata, Analar.Sevər, sözlərindən çıxmaz balalar.Bizim kişilərin ləyaqəti var.Hər adamın qanacağı özündə.Nənələr gəzərlər əli belində.Hər şeydən üstündür namus, elində.Həcərdən qeyrətli qadınları var.Düşmənə baş əyməz, sevər torpağı.Çatar məqsədinə parçalar dağı.Dostların yolunda içərlər ağı.Koroğlu qeyrətli oğulları, var.Qızlarıdır yer üzünün mələyi.Düşünər,ələyər əldə ələyi.Cavanların beləsidir diləyi.Cənnətin pərisi,gözəlləri var.Suyunu içənin ağıl, kamalı.Nur kimi yayılan gözəl camalı.Ürəkdən süzülən qəşəng amalı.Qəlbində hər kəsə sədaqəti var.Yaşayır hamının varı,dövləti.Halal zəhmət ilə yığıb sərvəti.Gələn qonaqlara gözəl hörməti.Ömürlük ürəkdə səxavəti var.Rövşən, Borçalının halaldır qanı.Borçalı yolunda verərlər canı.Bizim tək vətəni sevənlər hanı?Vətənin qeyrətli övladları var.BAĞLIYAMBəxş olunub mənzərəsi fələkdən,Milləti saf,ələnibdir ələkdən.Vurğunuyam sizə deyim bələkdən,Borçalı deyilən,elə bağlıyam.Vətəni, torpağı müqəddəs tutan,Olubdur həyatda zirvəyə çatan.Dağların qoynunda quyrulub yatan,Sonalar baş vuran, gölə bağlıyam.Sədaqət ürəkdə, səxavət əldə.Bunlara tay olmaz gövhərdə,ləldə.Aləmə nur yayan hər bir ailədə,Dünyaya göz açan, gülə bağlıyam.Neynəyər bəlalar ağıldan kəmə?Çəkilməz dərdimi söyləyim kimə?Mizrabı götürüb vuranda simə,Möcüzə yaradan,simə bağlıyam.Rövşənəm, heç kəsin dalınca demə.Namərdin verdiyi tikəni yemə.Bizim əcdadların qoyduğu himə,Qonağa can deyən,dilə bağlıyam.DEPUATATLARAzərbaycan deputatları,Hey yazırsız qanunları.Gürcüstanın camaatı,Bilir, sizsiniz dayağı.Ziyad bəyin dikbaşlığı,Nadir şahın axmaqlığı,Sinəmizə çəkdi dağı,Verdi gürcüyə torpağı.Deyin, nədir günahımız?Ayrı saldı qərarınız.Sizinlə döyünən canımız,Əcnəbi olub qanımız.Azərbaycan-bir millətdir,Hansı ölkədə yaşasa.Şər qüvvələr ayıra bilməz,Saf Azəri qanıdırsa.Rövşənəm, sevək milləti,Özümüzə, edək hörməti.Alsa bütün planeti,Azərbaycandır vətəni!BİLMİRƏMBaşına döndüyüm ,ay elim, obam,Dərdlərdən qovrulur, sinəmdə yaram.Bir təhər dözürəm,qalmayıb çaram.Kəsilib yollarım,gələ bilmirəm!Borçalı yadıma düşübdür yamn,Başımın üstünü alıbdır duman,Xəstəlik baş alıb,dəyişib zaman,Bu bəla keçərmi,ilə bilmirəm?!Sevimli diyardan üzülüb əlim.Bağlanıb kömrüklər,çəkirəm zülüm.Bilmirəm neynəyim ay omrüm,günüm?Ürəkdən danışıb,gülə bilmirəm!Keçir xəyalımdan uca dağları,Qızılbalıqları,quzqulaqları.Dişləri göynədən buz bulaqları,Gedib gözlərimlə görə bilmirəm!Çəkdim həsrətini bu yay ayının,Xəyalda canlanan Alget çayının,Ürəkdən sevdiyim Əli dayının*,Soruşub əhvalın,bilə bilmirəm!Rövşənəm,qadağa səbrim kəsibdir,Pərvanə könlümdən ayrı düşübdür.Deyəsən inciyib,həm də küsübdür,Sonalar,gəlirmi,gölə bilmirəm?!*Əli dayı - Yazıçı,şair Əli Abbas.GƏRƏKAğsaqqal deyilən nurdu, ipəkdi,Hər sözü-söhbəti baldı, pətəkdi.Dar gündə hər kəsə arxa, köməkdi.Sağlıqda qədrini biləsən, gərək.Qocadı,cavandı baxmazlar yaşa,Məclisə girəndə çəkərlər başa.Ədəbi,ərkanı çox gələr xoşa,Dərk edib,həyatı qanasan,gərək.Dindirərsən,çox sirləri bilərsən.Sözlərindən ləl,gövhəri dərərsən.Əməlində haqq,ədalət görərsən.Öyrənib,dərsini alasan,gərək.Əl çatmaz zirvədir dağlar başında.İzlər qoyar torpağında,daşında.Gəlib keçər,nə ömrü var yaşın da?Anlayıb,yadına salasan,gərək.Vaxtsız zəmi biçib xırman döyülməz.Hər adama bil,ağsaqqal deyilməz.Deyər həqiqəti heç vaxt əyilməz.Elin sınağından keçəsən,gərək.Bu zalım dünyanın hər cür üzü var.Elmizin mizan tək görən gözü var.Rövşənin sizlərə belə sözü var,Müdrik insanları seçəsən,gərək.DEYİŞMƏRövşən:QAİ* qağa, niyə məni saxladın,Əməl edib, qaydaları sevirəm.Altımışdı, əlli doqquz gedirəm,İnanınki, mən düzünü deyirəm.Yol polisi:Şirinlik ver,yaxşı yol olsun sənə,Gəl and vermə nə Allaha,nə dinə.Çoxlu yığsam,məni çəkərlər önə,Rəisimiz hörmət eyləyər mənə.Rövşən:Şirinliyə pulum yoxdur,ay qağa,Tələsirəm,mən gedirəm uzağa.İstəyirsən,gedək bizim bulağa,Çəkək kabab, içək araq, ay qağa.Yol polisi:Pul verməsən,sənədini vermərəm,Çox danışan sürücünü sevmərəm.Zəng eyləmə,məsləhət də bilmərəm,Pul verənin xətirinə dəymərəm.Rövşən:Pul olmasın,gedək bizim dağlara,Qonaq edim səni orda ovlağa.Tamaşa et sən də bizim yaylağa,Yayda sənə qar da verim, ay qağa.Yol polisi:Rövşən qardaş, bizə plan qoyurlar,Verməyənin dərisini soyurlar.Az olanda gözlərini oyurlar,Ona görə radarları qoyurlar.Rövşən:Planın var, başqasından alarsan,Bir gün gələr, məni yada salarsan.Belə getsə, sən hörmətdən olarsan,Bizdə pula hörmət yoxdur,ay qağa.Yol polisi:Pul olmayan bizdə adam sayılmır,Kasıb ölür, varlı kefdən ayılmır.Rüşvət alır, heç aləmə yayılmır,O haradır, pul şəxsiyyət sayılmır?!Rövşən:Ordakılr mehribandır,qanandır,Millət üçün ürəyindən yanandır.Seyr etməyə təbiəti yamandır,Cənnətməkan Borçalıdır, ay qağa.*QAI – Dövlət Avtomobil Müvəttişi (indiki yol polisi) sözlərinin rusca deyilişinin qısaldılmış forması.GƏLMİŞƏMMən düşmüşdüm Borçalıdan aralı,Xəyallar içində könlü yaralı.Yayılıb aləmə cahi-cəlalı.Mərd oğullar oylağına gəlmişəm.Borçalı, cənnətdən verilən paydır.Ətrafı meşədir, bulaqdır,çaydır.Aləmə nur saçan günəşdir,aydır.İşıq saçan çırağına gəlmişəm.Çəkilən əməyim gedibdir hədər.Mən yazıq olmuşam sinəsi dəfdər.Təsəlli almağa köksümdə kədər.Müdriklərin,sorağına gəlmişəm.Gorarxı deyilən bir ağır eldir.Sözləri,söhbəti gövhərdir,ləldir.Məlahət,sədaqət bir şirin dildir.İsinməyə ocağına gəlmişəm.Gəzib,dolanmışam bütün dünyanı,Səhənguçan,Yastıqarın heyranı.Çox olmuşam bu dağların mehmanı.Su içməyə bulağına gəlmişəm.Rövşən sevir millətinin cəmini.Möhkəm eylə işlərinin himini.Unutmağa bütün dərdi,qəmini.Dincəlməyə qucağına gəlmişəm.İNSANBu fani dünyaya göz açan insan,Bir zaman gələcək, qocalacaqsan.Həyatda gördüyün bütün əmələ,Köçəndə,cavabdeh sən olacaqsan.Sən köçəndə üç şey edər müşayiət,Günahkar insanı aparacaq dərd.Dönəcək geriyə qohum, var,dövlət,Ədalət önündə duracaq, fəqət.Getdiyin dünyanın girişi çoxdur,Ancaq qayıtmağa qapısı yoxdur.Quruca torpaqdır,zülmət qaranlıq,İşıq düşməyə də bacası yoxdur.Hər bir insan o körpünü görəcək,Yaxşı,pisi o qıl körpü seçəcək.Fitnəkarlar yanıb külə dönəcək,Kamil insan yalnız ordan keçəcək.Orda yatanların gözləri toxdur,Milyonlar yığmağın mənası yoxdur.Yada sal bunları,əmanət eylə,Yaxşılıq etməyi sən adət eylə.Rövşənəm,qiymətin əməlindədir,Nurani qocalıq sifətindədir.Qocalıq yaxşıdır,o zaman, insan,Keçmişə baxanda utanmayasan!GƏLƏziz dostum,unutma gəl bizləri,Borçalının həqiqətdir sözləri.Bu yerlərin dərələri,düzləri.Yaşıl don geyinib,qül açanda gəl.Çıxanda seyrinə uca dağların.Cənnətə bənzəyən bu yaylaqların.Laləli,nərgizli gur bulaqların.Çən,duman çəkilib,gün çıxanda gəl.Gözəllərin işvəsini,nazını.Aşıq kökləyəndə telli sazını.Dinləmək istəsən xoş avazını.Pərvanə gölündə saz çalanda gəl.Rövşəni oxşayır bülbülün səsi.Səfalı dağları,sərin meşəsi.Gözəllik cəlb edir burda hər kəsi.Təbiət aləmə nur saçanda gəl.GƏTİRBaşına mən dönüm, a telli durna,Sevimli vətəndən bir xəbər gətir.Öyrən hər bir kəsin kef,əhvalını,Bəlalı diyardan xoş xəbər gətir.Dərk edib dərdini görməyənlərə,Kədərli gözləri silməyənlərə,Bu elin qədrini bilməyənlərə,Başına örtməyə tirmə şal gətir.Qohumu yadına salmayanlara,Yazığın qeydinə qalmayanlara,Qeyrəti, namusu olmayanlara,Düşüb bazarlardan vicdan al,gətir.Rövşənəm,dərdimiz qaldı möhnətə,Arxası olmayan düşər zülmətə.Borçalı elinə,yazıq millətə -Allah dərgahından xoş əhval gətir!VALLAHBaxıram millətə gözlərim dolur,Açılmır bağların gülləri solur.Ədalət axtaran saçını yolur.Daş töküb,tufanlar olacaq,vallah.Zəmanənin sultanıdır xəyanət.Baxan yoxdur,dəbdən düşüb ləyaqət.Belə getsə qopacaqdır qiyamət.İsrafil şeypuru çalacaq,vallah.Düzlər çəkir bu dünyada azarı.Ar,namusun bağlanıbdır bazarı.Gədaların alçaqlıqdır güzarı.Günəş də saralıb,solacaq,vallah.Çıxıb üzə çanağını saymayır.Paxıllıqdan gözü,könlü doymayır.Köçüb gedir,yaxşı əməl qoymayır.Boşalıb,yenidən dolacaq,vallah.Taptalanıb mərifət, hörmət qalmayıb.Yüz yaşayıb hələ yaşa dolmayıb.Yurd dağılır, bircə mismar çalmayıb.Barmağın əlində qalacaq,vallah.Hey sökülür bu ömrümün qalası.Bürüyübdür haqsızlığın bəlası.Göyə uçub ədəb,ərkan sədası.Rövşəni odlara salacaq,vallah.GÖZƏLQəlbim yanır eşq atəşi sönməyir,Divanədir,dediyindən dönməyir.Xəyalım göylərdən yerə enməyir.Hər yanda axtarıb gəzirəm, gözəl.Həsrətindən yuxu getmir gözümə.Zülm etdirəm gecə, gündüz özümə.Alışıram bu sevginin közünə.Hicrandan qəlbimi əzirəm, gözəl.Ürəyim eşqinlə gəzib,dolanır.Sevgi, məhəbbəti sevənlər qanır.Qəlbimə od düşür, ciyərim yanır.Dərdlərin içində üzürəm, gözəl.Qara gözlüm bir danışıb, gülməsəm.Soruşub əhvalın, halın bilməsəm.Heç olmasa bircə üzün görməsəm.Qəlbimə yaralar düzürəm, gözəl.Gözəllər içində səni seçəndə.Dinməyib yanımdan gəlib keçəndə.Könlümün gövhəri, ləli köçəndə.Özümdə-özümdən bezirəm, gözəl.Kədərlənib inciyirəm,küsürəm.Həsrətindən yarpaq kimi əsirəm.Gəlməyəndə ümidimi kəsirəm.Rövşənəm, yolunda nəzirəm, gözəl.DÜNYAHavalanma, zalım dünya fürsət düşübdür əlinə.Kasıbları sevməyirsən, dərdi veribsən belinə.İllər ilə zəhmət çəkir tikə dəyməyir dilinə.Niyə böldün insanları,hanı ədalətin, dünya?!Yaratmısan insanları,verməyirsən qismətini.Namərd olan çalar-çapar, mərd qoruyar ismətini.Tək-tək adam yeyib-içər, çoxu çəkər həsrətini.Axtarıram həqiqəti,yoxdur səxavətin,dünya.Bu dünyaya göz açanlar qiymət verir cah-calala.Varı yoxsa baxan yoxdur, nur yayılan gül camala.Qiymət verən tapılmayır nə ağıla,nə kamala.Düzgünlüyü harda gəzim, hanı mərhəmətin,dünya?!Varlı saymır kasıbları, layiq də bilmir adına.Gecə-gündüz yalvarırlar tanrı da gəlmır dadına.Heç olmasa bircə dəfə yoxsulu da sal yadına.Rövşən deyir:-unudursan hanı sədaqətin,dünya!KEÇİRƏMEl içində danışanda yüz ölçərəm bir biçirəm,Şükür olsun yaradana gövhərdən ləli seçirəm.İnanmıram heç bir kəsə,suyu da üfrüb içirəm.Qananlara baş əyirəm,qanmazlardan yan keçirəm.Məclislərdə yeyib,içən evdə dava salanları,Namərtliklə ömür sürüb dostu alıb,satanları,Lovğalanıb özün öyən,həm görəndə yalanları,Bissimillah eyləyirəm,qəlbimdə hicran keçirəm.Rövşən deyər:-belə getsə görəcəyik fəlakəti.Gecə,gündüz yatmayıram axtarıram həqiqəti.Qalmayıbdır insanların bir-birinə sədaqəti.Haqq, ədalət bilənlərə oluram heyran,keçirəm.GƏLƏRBimürvətə bel bağlama,vəfalı əldən gedər,Yayılarsa sirr aləmə bivəfa dildən gedər.Adam var ki,köç edəndə aləmi,eldən gedər.Ar,namuslu,qanacaqlı qeyrətli beldən gələr.Nadanlara qıyma canın qiymətin çətin bilər,Əl tutub kömək eyləsən arxanca deyib,gülər.Sədaqəti üstün tutsan yollarına nur çilər,Hər nə gəlsə bil başına sümüksüz dildən gələr.Rövşən deyər səxavətlə qoru,saxla,varını.Zəhmət çəksən tez yığarsan əməyinin barını.Hörmət eylə hər bir zaman gözdən salma yarını.Saf məhəbbət,ürəklərə süzülər ildən gələr.DANIŞAR Adam var, həyatda yaxşılıq bilməz, Baxıb sifətinə danışıb, gülməz. Dara düşənlərin, dadına gəlməz. Danışanda kişilikdən, danışar. Bir baxasan o, dostları seçəndə. Ləzzət verir, müf oturub içəndə. Canı çıxar, bir manatı keçəndə. El içində səxavətdən,danışar. Başa düşməz qohum nədir,yad nədir? Yeyər, bilməz ağzındakı dad nədir? Satar səni beş qəpiyə ad, nədir? Məclislərdə sədaqətdən,danışar. Lovğalanar,qiymət vermız özünə. Danışanda sərhəd qoymaz sözünə. Hər məclisdə tüpürərlər üzünə. Söz düşəndə o,qeyrətdən,danışar. Rövşən,insan bircə dəfə yaranır. Ömür bağı yavaş-yavaş talanır. Yaltaq adam,var başına dolanır. Dələduzlar ədalətdən,danışar. BİLƏYDİM Deyirəm:-dünyanın çoxdur sirləri, Ömür səhvəsindən keçən günləri. Arxada qoyduğumuz gənclik illəri. Geriyə qaytarıb baxa,biləydim. Cavanlıq illəri sevdiyim qızı, Canlanır xəyalı,etdiyi nazı, İstəyim çox olub,istərəm azı, Bir dəfə qəlbimə sıxa biləydim. Telli sazdır,bu qəlbimin yoldaşı. Olaydım hər kəsin dostu,sirdaşı. Ürəyim istəyən qohum,qardaşı. Götürüb yaylağa çıxa biləydim. Rövşənəm,imkanım olaydı mənim. Edəydim yaxşılıq,olaydım əmin. Hamını ömürlük edəydim təmin. Elimin gözünə baxa biləydim. YOXDUR Yadıma el,oba düşübdür yenə, Könlümdə xatirə,doludur sinə. Köçərdik dağlara,salardıq binə. İndi o zəmanə hayıf ki, yoxdur. Baxıram dağlara,tutulub üzdən. Bilmirəm inciyib,ya küsüb bizdən. Bulağın üstündə qızların tezdən. Nazı-qəmzələri hayıf ki,yoxdur. Sazlı, sözlü gözəl məclis quranın. Süzən havasına qara zurnanın. Çəmənlikdə qaqqıldaşan durnanın. Boylanıb, baxması hayıf ki, yoxdur. Yağlıcanın gül,çiçəkli dövranı. Yaz gələndə hamı olar heyranı. Maralı,cüyürü,xallı ceyranı. Bir gözəl çeşməsi hayıf ki,yoxdur. Mən sevirəm Gorarxını ürəkdən. Böyümüşəm qucağında bələkdən. Verilibdir nazu-nemət fələkdən. Bir yaşıl meşəsi hayıf ki,yoxdur. Bayırda atamın əmlik soymağı. Dəyədə anamın yuxa yaymağı. Səhərlər verdiyi balı, qaymağı. Rövşənəm, ay ellər hayıf ki, yoxdur. A DAĞLAR Açılıb dağlarda çiçəklər,güllər. Baxırsan hər yana sevən könüllər. Yaylağa çıxanda obalar,ellər. Açılır qamətin,üzün,a dağlar. Hamı sevir bizim gözəl dağları. Cənnətdən süzülən buz bulaqları. Elə bil qönçədir bal dodaqları. Gözəllər qəlbimi üzür,a dağlar. Xəstə olanları,gətirər cana. Ehtiyac yox, burda dəva-dərmana. Can sağlığı qismət edir insana. Loğmansan, həkimsən,özün,a dağlar. Gurbulaqda götür sazı, çal aşıq. Kefin köksə, işlər düşməz dolaşıq. Bacı,qardaş arxa, dayaq yaraşıq. Qalıbdır qəlbimdə izin, a dağlar. Bulağın üstündə,kəsin quzunu. Az eyləmə bozartmanın,duzunu. Könlüm istər quzeylərin buzunu. Çəkirəm həsrətin özum, a dağlar. Rövşənəm,dağların gülləri solsa. Kiminsə ağlayıb gözləri dolsa. Bu zalım dünyada təklənib qalsa. Söyləyin,mən necə dözüm, a dağlar ? ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.