Dilarə Süleyman Zahidqızı: "Tək bir canda ruhdur Turan!.. Ədəbiyyat » Müsabiqə 11 июля 2020 Dilarə Süleyman (Dilarə Zahid qızı Hacıyeva) - 24 aprel 1982-ci ildə Ucar rayonunun Məlikballı kəndində anadan olub.Məlikballı kənd orta məktəbini bitirdikdən sonraAzərbaycan Dövlət Pedoqoji UniversitetininFilologiya fakultəsində ali təhsil alıb.İlk mətbuu şeiri 2003-cü ildə "And" qəzetində çap olunub. Sonra "Sərbəst düşüncə", "Şərqin səsi", "Elm və təhsil", Ziya", "Oxu məni" qəzetlərində, İranda dərc olunan "Ədəbi Körpü" dərgisində,ZiM.Az, Zirve.İnfo, Vetenim.info saytlarında,5 cildlik "Zirvə" poeziya antologiyasında,"Rübailər", "Qara-arxac", "Sazlı-sözlü Borçalı" və"Canım Azərbaycanım" ədəbi məcmuələrində,"Ömrün bir səhifəsi", "Bitməz olan duyğularım var mənim" poeziya almanaxlarında, "Türk dünyası şeir antologiyası"nda,"Çarıqçı," "Dəli ruh" ," Dərviş", "Cır arı" təxəllüsləri ilə şeirləri və hekayələri işıq üzü görüb.Biz də hörmətli Dilarə xanımın bir neçə şeiriniaşağıda ZiM.Az-ın dəyərli oxucularına təqdim edirvə ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Zemfira ASLANQIZI,ZiM.AzTuranTək bir canda ruhdur Turan,Köksumdəki odur vuran,Eyy Turanı bana soranBitməyən umudumdur o!İlk arzum,tək yurdumdur o!Babalarimın arzusu,Kəlmələrimin mövzusu,Qorxutmaz gözumü pusuƏn müqəddəs andimdır o!İlk eşqim,tək yurdumdur o!Xəyalımdir qurd baxışlıYollari eniş-yoxuşlu,Düsmanları sinsi ,dişliSəbrimdir,inadımdır o!ilk eşqim,tək yurdumdur o!Dunyanın dərdləri nə ki?Həsrətimdir könlumdəkiTürkəm deyənə soylə kiHəm sevinc,həm dərdimdir o!İlk eşqim, tək yurdumdur o! QadınQadin saçlarinda siğal yeri var,Bir kişi əlinin izinə mohtac.Tənhaliq ayazdır, ömrə yagan qar,Bir ilıq baxışın yazına möhtac.Qadın bir çiçəkdir, yaza aldanar,Bəzən yaz gəlməmiş açilar, solar,Vara, yoxa, çoxa, aza aldanar,Bəzən də doğmalar qatili olar.Bircə qığilcimın ömrü qədərdir,İlk sevgi, ilk esqin xosbəxt etməyi,Yazilar ömrunə həsrətin dərdi,Qadin ustün tutar çıxib getməyi.Ya da dözub durar bala xətrinə,Fəda edər şirin canı susaraq,Bəzən bir kəlmənin xala-xətrinə,Min zəhərli sözə qulaq asacaq.Torpaqdır nə əksən onu biçərsən,Ya bag eyləyərsən, ya da daş-kəsək,Qadin var yolunda candan keçərsən,Qadin var sındirdan səni kəsəcək.Susursan,bəxtimə yazilan adam!Qadın güvənməli kişi sözunə.Ya qəlbə, ya da ki qürura davam...Mən sənçün yaşadım, sənsə özunə. ŞeirŞeir yoluxucudur...Sevgi kimi,gülüş kimi.Ən gözəl söz yadda qalarİlk baxış,ilk öpüş kimi.Şeir ana körpəsidir...Ruhun dolub hıçqırandaŞeir bir ana səsidir.Hər yeni misra yazanda Yenidən bir sən doğular..Bu möcüzə aləmindəBir sən varsan,bir duyğular...Şeir sözlü qanadlardır...Şeir yazanın özüdür...Şeir ruhunu anladır...Şeir yazanın izidir...Ruhum sözlərin aşiqiQarışıram şeirlərəHər zərrəmdə bir şeir varHər şeirimdə bir Dilarə... SEVDİYİM Həyat kimi hazırlıqsız,həyat kimi ansız gələn,Bahar öncəsi günəştək Könlümə zamansız gələn...Məndən ətrimi qoparanÜmidlərimi aparanXəyal olub yoxa çıxan,Həsrət olub sonsuz gələnSevdiyim.........Mələk kimi ağ ümidin qanadındaŞeytan kimi ağ yalanların ardındaElə bildim xoşbəxtliyi taparamYoxluğuyla ruhum gedənVarlığıyla da söz gələnSevdiyim.......Canımı acitmir həyatHeç dinmədi ki acilar..Nə sənsiz gözüm yumurlarNə sənsiz ürək açılarHər damlayla gözümdə qürur kiçilərKicildikce yerə vuranÇoxaldıqca da az gələnSevdiyim.............. Sən gedəli Sən məndən uzağa getdin gedəliBir yaz yağışına döndü bu sevgiBuludun gözümə endi kölgəsiŞeh vurdu,köz kimi söndü bu sevgi.Niyə əllərimin istisi yoxdu?Ürəyim yanırsa tüstüsü yoxduBu dəlinin özgə bir kəsi yoxduAxıb ürəyimə endi bu sevgi.Getdin bu bədəndən canı apardın,Ömrümü buraxdın,günü apardın,Səni qoyub məndən məni apardın,Ruhsuz qəlbim kimi sındı bu sevgi.Niyə nəgmələnir indi bu həsrət,Nə gəl deyə bildim,nə dəki çıx get,Susub acıları ürəyinə atMənim taleyimdə sondu bu sevgi. GEDƏKÜz döndərdim üzü dönük dostlara,Nə gərək var etibarsız kəslərə,Qoşulmayaq yaxşılara, pislərəGəl tut əllərimdən, uzağa gedək!Bir dünya həsrəti qoyaq geridə,Gəlməsin bizimlə dərdin biridə,Bizimlə gedəcək olsaq haradaBəxtimiz qoyarmı qabağa gedək?Quraq xəyalları göyün üzündəSevgim körpə kimi yatsın dizində,Qapılıb dalğaya eşq dənizindəBütün kəm gözlərdən irağa gedək!Qəlbimin aynası sevincə möhtac,Dünyaya gözüm tox,ruhum isə ac,Sevgimi,həsrətmi,sən birini seçOrada əbədi qalmağa gedək!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.