Şahid ƏLİOĞLU (KOLAYIRLI) Müsabiqə, Bolus 10 апреля 2020 Şahid Əli oğlu Qeysərov - 1983-cü il dekabrın 10-da qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Kolagir (indiki Curtavi) kəndində anadan olub. 1999-cu ildə Kolagir kənd orta məktəbinin 9-cu sinifini bitirib. Sonra təhsilini Teleti Texniki İqtisadi kollecində davam etdirib.2003-cü ildə həmin kollecin İnjiner-mexannik fakultəsini bitirib.13 yaşından saz çalmağa, el şənliklərində, toy düyünlərdə iştirak etməyə başlayıb.İndidə Aşıq və müğənni kimi fəaliyyət göstərir.Bədii yaradıcılıqla da məşqul olur."Borçalı" ozan cəmiyyətinin fəal üzvlərindən biridir.Biz də Şahid Əli oğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.Rahilə QARALOVA,ZiM.AzKolayrım Borçalının ürəyidi bu kəndimDayağıdı gərəyidi bu kəndimArxasıdı köməyidi bu kəndimElim obamsan mənim Kolayrımİsti yuvamsan mənim Kolayrım.Bəzəkdi kəndimə qədim qalasıTarixdən xəbərdi qoca zağasıXəstəyə məlhəmdi suyu havasıAdım sanımsan mənim KolayrımDadım tamımsan mənim Kolayrım.Bağlarının bərəkəti barı varDağlar kimi əyilməz vüqarı varHər sevənin vəfalı bir yarı varXoş həyatımsan mənim KolayrımUca adımsan mənim Kolayrım.Sənin xoş gününə sevinmişəm mənSənin qeyrətinlə öyünmüşəm mənŞAHİDƏM qoynunda böyümüşəm mənAtam anamsan mənim KolayrımQol qanadımsan mənim Kolayrım.OlubduEllər yaman kövrəlmişəm,Dərdim artib yüz olubdu,Esqim sevdam məhəbbətim,Dilə düsüb söz olubdu.Esqi məni məsd eyləyən,Meni qəmnən dosd eyləyən,Bu canima qəsd eyləyən,Süzgün baxan göz olubdu.Sahidəm mən,haqdi yolum,Fələk kəsib sagim solum,Baglanibdi əlim qolum,Cəlladim bir qiz olubdu.DünyadanInsanin arzusu tükənmir yarəbbDoymayir insanin gözü dünyadanCoxlari shəninə seir deyəcəkCoxlari yazacaq sözü dünyadan.Bulaq tək qaynayib töküldüm cayaQanimda yogrulub halaldan mayaSükr edib Allahin verdiyi payaHələki raziyam düzü, dünyadan.Silinməz, pozulmaz izi qalsadaShahidin yadigar sözü qalsadaOn adam dünyadan razi qalsadaNarazi gedəcək yüzü dünyadan.Qiyamətin çatan günüdürHami biri birin aldadir lələ,Deyən qiyamətin catan günüdü,Esq də sevgidə saxtadir lələ,Deyən qiyamətin catan günüdü.Qeyrət yaddan cixib namus,ari yox,insanin insana etibari yox,indi hec bir kesin beh bazari yox,Deyən qiyamətin catan günüdü.Sahidəm imanim dinim AllahdiMəkkə Mədinədi yönüm, AllahdiBircə pənah yerim mənim AllahdiDeyən qiyamətin catan günüdü.DostlarDilim qələm olub urəyim dəftər,Hər dərdi qəlbimə yaziram dostlar,mənim cəkdiyimi fil cəkə bilməz,Birtəhər dayanib dozurəm dostlar.Deriyə dönülməz yola düsmüşəm,Nagila dönmüsəm dilə düşmüsəm,Bir qızın esqindən çölə düşmüşəm,Məcnun tək çölləri gəzirəm dostlar.Bəzən qəm cəkirəm azar görürəm,Çoxların azara düçar görürəm,Bəzən imarəti məzar görürəm,Bəzən həyatimdan bezirəm dostlar.Ömrüm hey kədərdi, qəmdi məlaldi,ÖtƏn hər bir günüm şirin xəyaldi,Birdə görərsiz ki, Sahid qocaldi,Ömrümü, günümü üzürəm dostlar.Ömrümün baharı güləSən idin gözəlim ömrün bəzəyiGəl ki ömrümün baharı güləSən idin baxçamın gülü çiçəyiGəl ki könlümün gülzarı gülə.Düşmüşəm dumana düşmüşəm çənəDaş uağaydı səni gördüyüm günəPeşiman olacaqsan özün özünəQıymaram dərdinə əğyarı gülə.Söyləyin dərdimiz bizdə bir biləkKələklə gələni aparıb küləkDüşmən tək dərdinə ey zalım fələkQoyma Şahidin öz yarı gülə.GəlmişəmBorçalı elinin isti qoynunaKolagirin qucağına gəlmişəmİşıqlı bir yurda nurlu bir eləKolagirin çırağına gəlmişəm.Güllü bir çəmənə güllü bir düzəŞirin bir kəlməyə şirin bir sözəGözəl bir tərlana gözəl bir qızaKolagirin bulağına gəlmişəm.Bizdə yaranmışıq sevinmək üçünŞan şöhrət ad sanla öyünmək üçünŞahidəm hayatda isinmək üçünKolagirin ocağına gəlmişəm.Qocasan deməGözəlim sən mənə qocasan deməDünyada hər insan qocalacaqdıBaxma saçlarımın ağ olduğunaBir vaxt səninki də ağaracaqdı.Axmısan qəlbimə sel tək ay gözəlQəlbindən qəlbimə yol çək ay gözəlSaraltma ömrümü gül tək ay gözəlSənin ömründə gül tək saralacaqdı.Hər kəs səni anlayıb səni dinləsəXoşbəxtlik ömrünə saf nur çiləsəAy Şahid sevdiyin sənə yar desəÜrəyin dağ kimi ucalacaqdı.Sahid Geysərov və Nail Dağlaroğlu deyişməŞahid Geysərov:Məndən salam olsun, arif olana,O, nədi yeddi can bir başın üsdə?.Yığılır cəmlənir sonda bir olur,Sayı əlliiki oniki dəsdə?.Nail Dağlaroğlu:Salam olsun qıfılbəndi yazana,Yeddi günü bircə həfdənin üsdə.Yığılır cəmlənir sonda il olur,Həfdə əlliiki ay oniki dəsdə.Şahid Geysərov:O, nədiki ata minər səslənməz?,O, nədiki yerə düşər paslanmaz?.O, nədiki suya düşər islanmaz?,Çoxlu baxanları eyləyər xəsdə?.Nail Dağlaroğlu:O, yəhərdi ata minər səslənməz,O, qızıldı yerə düşər paslanmaz.Günəş şüasıdı suda islanmaz,Çoxlu baxanları eyləyər xəsdə.Şahid Geysərov:Şahid deyər dörd ev gördüm hazarat,Biri yaşıl, biri aldı hazarat.Biri sarı biri ağdı hazarat,Kimki tapa canım qurban o dosta.Nail Dağlaroğlu:Nail deyər dörd fəsildi agah ol,Yaşıl yazdı, al da yaydı agah ol.Sarı payız, ağ da qışdı agah ol,Qoç-qoyun qurbandı söz qanan dosta.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.