Naibə YUSİFLİ: "Mən səbir daşıyam, məhək daşıyam..." Ədəbiyyat » Müsabiqə 25 мая 2023 835 Naibə Yusifli - Salyan rayonunda doğulub. ADPU-nun flologiya fakültəsini bitirib. Hazırda Şirvan şəhərində yaşayıb yaradır. 7 kitab müəllifidir. AYB-nin üzvüdür. Özüm özümdən qorxuramÖzüm özümdən qorxuram,Bu, nə, Allah?!Özümümü unuduram,ya dəyirman daşı kimibaşa qapaz dünyanımı?Yol gedirəm gündüz, gecə,yollar bitmir.Ruhum an-an qopur məndən,ayaqlarım yerə bənddir,izim itmir.Haçalanan yollarda Məngörünürəm.Param-parça torpağımdanmiras qalan sorğularınhay-küyünə bürünürəm,qınağına boyanıram.Əsrlərin yuxusundanMillət kimisilkinirəm, oyanıram...Gözlə məniGözlə məni,qırçın ləpə, qumlu sahil,yalçın qaya,dönəcəyəm bir yaz günü...Başlayacaq ellərimintoy-düyünü...Gözlə məni,bənd-bərədən bezən külək,qara, şəvə saçlarımda süzən külək!Dəli dağdan tər çiçəklər üzəcəyəm,o qıvırcıq tellərinəmirvaritək düzəcəyəm.Günün zərrin şəfəqindənasılacaq xəyallarım,addım-addım yürüyəcək,dalğa-dalğa bürüyəcəkkainatı od-alovum,amallarım...Gözlə məni, gözlə, ana!O bənövşə əllərindənöpmək üçün al şəfəqləhüzuruna enəcəyəm,dodağında gülüş olubnəğmələrdə dinəcəyəm...Ağ Çiçəyim,gözlə məni!Baxışından həsrət əkənboz sürməni siləcəyəm,kirpiyində sırğalanan damcılarısevinc doluləl, cavahir biləcəyəm.Gözlə məni,gözlə məni!Kor ərəbin nəğməsiKor ərəbin nəğməsidir qəlbim -məhəbbəti də, nifrəti dəbir zəncirin halqası...Eşqi də, aşiqi dətorpağın balası...Gecəsi nurdan, gündüzü zülmətdən,xilqəti Xaliqdən, Xaliqi xilqətdən bir parça...Ayrılığı vüslətə,vüsləti hicrətə bir baca...Dərmanı dərddən,dərdi dərmandan,əsarəti hikmətdən,hikməti ədalətdən qoca...Geniş üfüqlərdən yol gəlir həqiqətdizini quca-quca...Mən səbir daşıyam, məhək daşıyamMən səbir daşıyam, səbir ağacı!Dözürəm zamanın hər zərbəsinə.Qar,dolu döysə də,məğrur başımıQoymaram zamanın qart sinəsinə...Oysa məhvərimi quzğun dalğalar,Didsə üst-başımı soysuz qarğalar,Vursa da qoluma polad halqalar,Sığmaram tarixin məngənəsinə.Yırtar pərdəsini qara günlərim,Çəkər günahkarı dara günlərim,Geyinər al-əlvan xara günlərim,Son verər yadların təntənəsinə.Mən səbir daşıyam, məhək daşıyam,Tanrının səbriyəm, səbrin yaşıyam,Sanmayın, dolanbac yolda naşıyam,Dönmüşəm bir ömür qəh-qəhəsinə.BiganəlikBiganəlik - dünənimin batıq səsi,Biganəlik - bu günümün çat nəfəsi,Biganəlik - sabahımın faciəsi...Günləri hörə-hörə,illəri dərə-dərə,dünyanı görə-görəçapdıq atımızı...Dərələr keçdik,təpələr aşdıq...Mey dolu badələriqədər bilib içdik,özümüzdən qaçdıq...Gözümüzü yumduq,faniliyə cumduq...Dərimiz soyuldu, susduq...Həqiqəti illər boyuqapılarda pusduq...Qoymadıq səsini çıxsın,arabir qəzəblənsin,dişlərini sıxsın.Bir atımlıq çay kimixərclədik ömrümüzü.Kim istədi, yoğurdusıyılan xəmrimizi...Küt gedən kündələrəqəh-qəhəylə gülüşdüközgələr, yadlar kimi...Qınımızda büzüşdükyoluq qanadlar kimi...Amma heç ayılmadıq,özümüzə qayıdanbəndədən sayılmadıq...Düşünmədik,biganəlik - dünənimin batıq səsi,bu günümün çat nəfəsi,sabahımın faciəsi...Xoş gəldin, Payızım!!!Gəlib astanada dayanıb payız,Xəzəl ömürləri külək uçurur.Aparır özüylə xatirələri,Yeni yuvasına gəlin köçürür...Həzin xatirələr qalxır, dirçəlir,Gözümün önündə saptək incəlir...Ömrümün payızı nə yaman gəlir,Neçə sorğulardan ruhu keçirir?....Titrəşir gözümdə həsrət yuxusu,Yatışır telimdə ənbər qoxusu,Həsrətin çəkdiyim cənnət qapısıRuhuma cam dolu şərbət içirir.Dil açır köksümdə baharım - yazım:- Xoş gəldin, Payızım!Asılır telindən neçə min arzum,Sevincdən don geyir ümidim, yazım:- Xoş gəldin, Payızım!* * *Kəsdim haqq-hesabı, üzdüm əlimi,Bağladım kitabı, kəsdim dilimi,Savab axtararkən tapdım külümü,Təsəlli, kor ümid olmayan yerdə.Ruhuma tərs şillə vurdurdu zaman,Əqrəbi yarıda durdurdu güman,Bəhərsiz bir ömür qupquru saman...Telli saz, tar, kaman çalmayan yerdə.Günəş sığal çəkdi türkün boyuna,Pay düşdü səmadan oğuz soyuna...Günün gedər vaxtı düşdük oyuna,Babamın öyüdü qalmayan yerdə.Laləli bəxtimiz borana düşdü,Ruzili günümüz şorana düşdü,Gülüş ömrümüzü yorana düşdüNənəm süfrəsini salmayan yerdə.Gecələr sabaha cığır açmadı,Mürgülü dünyadan yuxu qaçmadı,Naibə dilindən ətir saçmadıEllər salamını almayan yerdə.* * *Udduq səsimizi, dinə bilmədikDoğan Ay, çıxan gün batandan sonra,Zamanla böyüyüb, ölə bilmədikKöləlik iliyə çatandan sonra.Nazik sırsıradan haqqım asıldı,Üstünə qara gün damğa basıldı,Günəş arzulayan boynum qısıldıFələk mizrağını atandan sonra.Fəsillər illərə calandı getdi,Neçə nəsil - köklər talandı getdi,Əsillər dərd-qəmə qalandı getdi,Xəmiri xəmirə qatandan sonra.Elə ki itirdik türklüyümüzü -İpə-sapa yatmaz kürlüyümüzü,Qoruya bilmədik birliyimiziQollarda qandallar yatandan sonra.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.