Ədalət İZZƏTOĞLU Ədəbiyyat » Müsabiqə 14 декабря 2019 PİRLƏRİMFikrimdən çıxmayır mənim ellərim,Qəlbimdə qalıbdı həmin günlərim,Donubdu ağızda bu gün dillərim,O yerdə qalıbdır, mənim Pirlərim.***HacıQaramandı, And-Dilək yerim,Əsdirsin Rəbbim də, bir fələk yelin,Kəssin düşmənimin o yurddan əlinO yerdə qalıbdır, mənim Pirlərim.***Pirlərin kəraməti, səadəti böyükdür,Diləyi biz edək, Rəbbim böyükdür,Ona sığınarıqsa qəlbi böyükdür,O yerdə qalıbdır, mənim Pirlərim.***Əlimi açıram göylərə Allah,Qaraman babamın ruhuna Allah,Övliya yurdların qaytarın Allah.,O yerdə qalıbdır, mənim Pirlərim.***Cəbrayıl vətəndə gözəl bir diyar,Çələbilər nəsili böyük bir meyar.Ədalət uzaqda, qəlbin o diyar,O yerdə qalıbdır, mənim Pirlərim.ÜRƏK NECƏ DÖZSÜN BU AYRILIĞA?Yadıma yurdumun dağları düşür,Həsrətdən quruyan bağları düşür,Gənclik illərimin çağları düşür,Ürək necə dözsün bu ayrılığa?Xəyalımda canlanır o gözəl aləm,Ürəyimdə kədər, gözlərimdə qəm,Başımda fırlanır, bütün bu aləm, Ürək necə dözsün bu ayrılığa?Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qarabağa gedən yolları açın.Günahı nədədir ağarmış saçın?Ürək necə dözsün bu ayrılığa? Dağlarım həşərat yurduna dönüb, Vətənimdə neçə ocağım sönüb,Fələyin üzü də yamanca çönüb,Ürək necə dözsün bu ayrılığa?Elimdən görəndə bir el adamı,Ürəklər yaxındır, alır qadamı.Qaytaraq elləri, qalsın yadamı? Ürək necə dözsün bu ayrılığa? Ədalət qocalıb yurduna dönsə.Dağlarım bu gəlişimə sevinsə,Necə olacağam görən ay Allah?Ürək necə dözsün bu ayrılığa?ƏDALƏT İZZƏTOĞLU,"Qızıl Qələm" Media Mükafatı Laureatı,ASKEF-in Azərbaycan təmsilçisi,Hüquqşünas-şair21.12.2017-ci ilZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.