Musa Ağalarov: "Dərdimin dərmanı Zəngilandadır" Ədəbiyyat » Müsabiqə 13 декабря 2019 AnaGecələri yatmayaraq analar,Hər əzaba qatlaşıbdır həyatda.Doğru söyləmişlər bizim babalar,Cənnət anaların ayağı altda.İndi dərk edirəm mən yavaş-yavaş,Analar müqəddəs olur dünyada.Ananın önündə əyilən hər baş,Ən yüksək zirvəyə çatır dünyada.Ana əziyyəti, ana zəhməti,Nə ölçü, nə də ki, çəkiyə gəlməz.Heç vaxt ödənməyib ana qiyməti,Heç kim min də birin ödəyə bilməz.Yatsam yuxumda da görə bilməzdim,Bir gün dəyişəcək anam dünyasın.Ürəyimi ondan əsirgəməzdim,Anama verərdim, anam yaşasın.Mən elə bilirdim bu kainatda,Analar ölməyib əbədi qalır.Bu gün olmasa da anam həyatda,Gözlərim hər yerdə onu axtarır.Harda bir ağsaçlı ana görəndə,Elə bilirəm ki, anam gəlir.Anam məzarda yox, bu ürəyimdə,Sanki ölməyibdi, yatıb dincəlir.Son mənzilin ziyarətə gedirəm,Dolanıram məzarının başına.Sanki mən onunla söhbət edirəm,Sarılaraq Anamın başdaşına.Yersiz gülüşlərBir gün yolum düşdü məzarıstandan,Bir məzarda gənclər deyib gülürdü.İstədim soruşum bu cavanlardan,Görəsən bunları nə güldürürdü?Ziyarət etdikcə mən məzarları,Sanki səs gəlirdi hər bir məzardan.Neçəsinin ömrü yarıdan yarı,Neçələri nakam köçüb məzardan.Bir ana ağlayıb saçını yolur,Bir bacı qardaş heyy deyib ağlar.Adamın gözləri yaş ilə dolur,Bu səslər hər kəsin qəlbin dağlar.Bunu söyləyiblər gör neçə dəfə,Belə yerdə gülmək çox qəbahətdir.Birdə yol verməyin siz belə səhvə,Danışıb gülməyə yermi qəhətdir?ZəngilandadırYolun düşsə Zəngilana qal qonaq,Ətrafa nəzər sal hər tərəfə bax.Neçə yaşıl meşə, neçə qarlı dağ,Bunların hamısı Zəngilandadır,Təmiz dağ havası Zəngilandadır.Ərinmə diqqətlə gəz Zəngilanı,Buzlu bulaqları özün gör tanı-Bir vaxt xatırlasan cənnət məkanı,Bilki, cənnət məkan Zəngilandadır,Neçə dərdə dərman Zəngilandadır.Daşlarda kəkliyi, dağda maralı,Əliklər otlayır bir az aralı.Musa bəsitçaylı, dərdli yaralı,Dərdinin dərmanı Zəngilandadır,Onun son ünvanı Zəngilandadır.Musa AğalarovZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.