Cəvahir QARAQIZI: "TURANA DOĞRU!.." Müsabiqə, Bolus 29 октября 2019 TURANA DOĞRU Nə baxırsan dərdli-dərdli Yolum uzaq qəm-kədərli Keçdim Tunadan qəhərli Dedilər yas tutub ellər Hanı, hanı Turan ellər?! Nerdə qaldı şirin dillər?!.Sordum səni bəylər bəyim Atillamı, həm Metemi Tarix alıb hər gələni Qoynunda bax qeyibmi etdi Turan ellər nerə getdi Şirin dillər nerə getdi?!İtil boyunca dolaşdım Şubaşkarda sabah açdım Mən ağladım, o danışdı Qoca Başqurd yaman dedi Turan ellər aman dedi Şirin diller aman dedi.Kərkükdən türkmən qardaşım Danışdı Balkan savaşın Bu yurdun hər dağın, daşın Qoca Türkdən qalan dedi Turan ellər aman dedi Şirin dillər aman dedi.Kaşgardan Akyara vardım Şah babamdan xəbər aldım. Turan nerdə ora vardım İzim tozum Turan dedi O, ən böyük dövran dedi.Yağdı yağış, axan çaylar Ötən illər, ötən aylar Dili söz tutan haraylar Nerde Turan?! Turan dedi. Keçdimi o dövran dedi?!Çıxdım ucasına seyran eylədim Dost ilə gəzdiyim çöllər pərişan Tək başıma olsam qəm çəkməz idim Bir mən deyil, cümlə ellər pərişanİdil boyunca yaylalar Turan deyib bizi haylar Tarixə sığmaz saraylar Bir gün dönər dövran dedi Dönər Turan, Turan dedi Qalxar gülər, Türk elləri Turan səndən, məndən diri Turan səndən, məndən biri Nerdə, Turan deyən dillər ?!Burda, burda deyər ellər . Sənlə çıxıb Altaylara Teleuta, kumanlara Uzaqda yatan çağlara Varan Turanı soraqlar.... Nerdə ötən illər, aylar?!Turan haylar qazax-qırğız Çıxsın başa Dədəm oğuz Məclisə paylansın kımız Turan eşqinə bu məclis Zaman eşqinə bu məclis.Əlimiz qalmasın boşda Karvanımız qoşha- qoşda Bu qaçha- qaç , bu savaşda Turan olsun iqbalımız Turan olsun amalımız.Yağacaq şirin yağışlar Güləcək dalğın baxışlar Yer göy səni hey alqışlar Turan deyən igid ərlər Savaşlarda hünərvərlər.Zaman bizi səsləməkdə Şirin- şirin bəkləməkdə Gedənləri əkləməkdə Turan bizə qədər oldu Biz Turan gedər olduqBir də yazaq yazıları Düşsün yola qaziləri Çatılsın zəfər odları Turan bizə qədər oldu Bir Turana gedər olduq.Cisimlərlə getsələr də Ruhlarıyla qalanlarım Doğulan nəsillərilə Yenidən doğulanlarım. İsmi cana şərəf verən Turanlarım, Metelərim Şah babam, Şah İsmayılım Oğuz atam, Nayman anam Noqay Ordum, Kuman yurdum Altayların düz başnda. Elim vətən savaşında. Altun-qızıl arayanlar Ac qarnına sarıyanlar Bizə acı qədər oldu Atımıza yəhər oldu.Çap atını, çap türk oğlu! Bu, qədəri başından at! Özünü yenidən yarat! Özünü yenidən yarat!Ruhundakı o qüvvəti İgidliyi, cəsarəti Dünyamzı yıxanlara göstər bir də! Ədalət var, bəşər dərddə. Ədalətlə bu dünyanı bərpa etdə. Məzlumlar ayaq altda Zalımları yalan haqda Talan olur olur, dünya talan Viran olur, dünya viran. Sən xanlar xanı Bayandurun İç Oğuzun, Dış Oğuzun, Əmir Teymur, Bilgəxaqan Göylə yerin birləşdiyi Xanədanlar övladısan Qızıl Alma diyarından qəhramansan.Salam olsun Uca Bəylər Sizdən güc almaq istədik !Salam olsun qoca Bəylər Siztək ucalmaq isdədik!Boy boylasın Dədəm Qorqud Qurtarıb bu dərd, ələmdən bəd qələmdən Yurdumda qalmasın yağı! Alacağıq Qarabağı!.Turan yolu Qarabağdı Zəfərə burdan başlayaq Kərkükdən, Ərkdən başlayaq Təbrizin gözü yolda dəmir barmaqlıq qolda Yatıb illərin yaddaşı Oyadaq dostu qardaşı Bir simə vursun yazılar Bir dizdən qalıxsın qazilər.Cəvahir bu ağrı bu sitəm nədir? Dünya beş gün deyən bir bəhanədi Bizə Turan gərək Turan xanədir Yolumuz Turana, Qurana doğru Yolumuz imana, inama doğru.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.