Telli Sənəm BORÇALI: "YAŞANMAMIŞ EŞQİ YAŞAT, ƏZİZİM!." Müsabiqə, Başkeçid 19 октября 2019 Yemək bişirərkən zümzümədən doğulan bir şeir Əllərini kəmər eylə belimə,Qurban olum sənin şirin dilinə.Bülbül qonsun çiçək açmış gülümə,Yaşanmamış eşqi yaşat, əzizim.Qayçıla həsrəti, qayçıla yolu,Dolansın boynuma vüsalın qolu.Biçilsin bəxtimə xoşbəxtlik donu,Yaşanmamış eşqi yaşat, əzizim.Uca dağlar kimi ağarıbdı baş,İntizar teyləyib gözlərimdə yaş.Möhnətin qurubdu sinəmdə bardaş,Yaşanmamış eşqi yasat, əzizim.Qonum yanağına qara xal kimi,Öpüm dodağını şərbət bal kimi.Danışma, baxışaq dili lal kimi,Yaşanmamış eşqi yaşat, əzizim.ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.