ƏFŞAN YUSİFQIZI (1969) Ədəbiyyat » Müsabiqə 29 марта 2021 Əfşan Yusifqızı (Aslanova Əfşan Fərhad qızı) 1969-cu ildə Göyçay rayonunun Qəbələ Müskürlü kəndində müəllim ailəsində anadan olub. Təxəllüsü atasının el arasında Yusif kimi tanınmasıdı. 1976-cı ildə birinci sinifə gedib, 1986-cı ildə orta məktəbin Fəhlə-Gənclər bölməsini bitirib. "Bir misra söz qədər duyanim ola" adlı bir şeirlər kitabının müəllifidir. Şeirləri "Turana açilan könüllər", "Sevmişəm, sevirəm, sevəcəyəm də" və "Anasiz-atasiz dünyam" adlı poeziya antologiyasında yer alıb. "Şirvan” ədəbi-ictimai birliyinin ideya rəhbəri və “Sazli-Sözlü Borçalı” Ədəbi Məclisinin iştirakçısıdır. Şeirləri müntəzəm olaraq dövri mətbuatda çap olunur. Ailəlidir. Üç övladı var.BACARMIRAM Kİ…Dalğalar qoynuna atma sən məni,Onsuz da üzməyi bacarmıram ki.Nəinki dalğalar, dağlar qoynunda , Ay canım, gəzməyi bacarmıram ki. Həsrətin acısı yandırdı məni, Yaman vaxtsız saldı saçıma dəni. Bildim ki ömürlük itirdim səni, Yenə də dözməyi bacarmıram ki. İlk eşqin havası başımda qalıb, Acısı gözümün yaşında qalıb. Bu sevda uşaqlıq yaşımdan qalıb, Usanıb bezməyi bacarmıram ki. Yaradan ömrümə kədər göndərib, Alnıma yazılan qədər göndərib, O ötən günlərə mən üz döndərib, Gözümü süzməyi bacarmıram ki. Əfşan, xəyallanıb göylərdə süzmə, Keçmişi düşünüb özünü üzmə. Ömrün yarı olub, biganə gəzmə, Fikrimi çözməyi, bacarmıram ki.ELİMDƏ GƏZİRYaz küləyi tellərimlə oynayır,Sanki əllərindi telimdə gəzir. Ötən hər gün illərimlə oynayır, Sənli xatirələr dilimdə gəzir. Uzaqdan səs gəlir hey qulağıma... Gəlməyir sən adlı hay sorağıma, Su tökdun sən yanan gur ocağıma, İndi ruhun gəlib külümdə gəzir. Taleyimə yazdı kədər qəm səni. Öz sevgimə tək görmüşdüm tən səni,Unutmaram illər keçsə mən səni Ətrin çiçəyimdə, gülümdə gəzir. Demə Əfşan dəli-divanə olub, Şöləsiz bir şama, pərvanə olub. Artıq xəyal olub, əfsanə olub, Xəyalı dolanır, elimdə gəzir.DARIXIRAM Dərdim, sərim qucaq-qucaq, Qəmə batıb, hər künc, bucaq. Pərvanəsiz yanan çıraq, Deyir-nəsə darıxıram. Yatan bəxti oyatmaqçqün, Xoş günlərə boyatmaqçün. Şair, yazıb yaratmaqçün, Deyir-nəsə darıxıram. Heç vaxt qorxmaz ər, çətindən, Keçməliyik hər çətindən. Yar-yarının həsrətindən, Deyir- nəsə darıxıram. Gəl dərdləri yarı bölək, Anlayasan məni gərək. Dilə gələn sevən ürək, Deyir-nəsə darıxıram. Könül gülməz bəxt gəlmədən, Ölmək olmaz vaxt gəlmədən. Bu gün Əfşan, hər kəlmədən, Deyir-nəsə darıxıram.DƏLİ TƏBİM Bəxti açılıbdı qarımış sözün, Məni soraqlayır, məni arayır. Söz - söz, misra - misra, çəkərək nazın, Qələmim o sözün telin darayır.Gülməyi tutubdu dəli təbimin, Misralar içimdə qəhqəhə çəkir. Tutubdu əlindən nazlı gəlintək, Oxucu qəlbində bəhbəhə çəkir.Rəqs edir dilimdə sevgi kəlməsi, Gözümdən bir damcı yaş dığırlanır. Hicran, cəllad kimi yolunu kəsib, Eşqimin önünə daş dığırladır.Mənim vüsalımı əsməcə tutub, Baxıram ümidin dayağı çatdı. İnamımsa deyir möhkəm dur, Əfşan, O çat qorxusuzdu, bayağı çatdı.DUYAN OLMUR ŞAİRİ Ağlar gözlər ilə gülsə də, Şair, dünyanı dərk edib, bilsə də, Şair, sevib-sevilməkçün ölsə də, Şair, niyə heç olmayır duyan, Şairi? Arzuya əl çatmaz dağ olsa belə, Gülləri saralmış bağ olsa belə. Dünyaya sevgidən doğulsa belə, Niyə heç olmayır duyan, Şairi? Dönmədi sevgisi tez bitənə, O, Sığındı eşq adlı bir vətənə, O, Könül yandırsa da hər ötənə, O, Niyə heç olmayır duyan, Şairi? Qazanar hər şeyi günahdan başqa, Gecəsi xoş gələn sabahdan başqa. Yaranan günündən Allahdan başqa, Əfşan bil, olmayır duyan Şairi!!!AY ZALIM BALASI Ay zalım balası, belə deyildin, Nə yaman tez çəkdin gözünü, məndən? Məndən nə tez dönüb, nə tez əyildin, Niyə gizlədirsən özünü, məndən? Olmasın nə ağrın, dərdin, məlalın, Üzür ürəyimi düşdüyün halın. De, hansı tərəfə uçub xəyalın? Ömrüm, gəl gizlətmə düzünü, məndən. Xəbərmi varmı heç xeyli zamandı, Eşqinlə, ürəyim alovsuz yandı. Gəl, sevən qəlbimi qırma amandı, Saxlama sevirəm sözünü, məndən. VAXTSIZ SEVGİ(Aşıq Haşım Qubalının eyniadlı gəraylısına nəzirə) Görmərəm bir sevinci mən, Kədər verər, vaxtsız sevgi, Lap dürr olam, ya inci mən, Qədər verər vaxtsız sevgi. Oxşasa da coşqun çaya, Qarşısını kəsər qaya, Baxmaz cavana, qocaya, Qəhər verər vaxtsız sevgi. İnsan hey istəyər yana, Xələl gələr ada-sana, Sevən düşər neçə dona, Betər verər vaxtsız sevgi. Istər şah ol, istər nökər, Varlı, kasıb, hamı çəkər, Göstərsə də şərbət, şəkər, Zəhər verər vaxtsız sevgi... İncitmərəm, küsdürmərəm, Bu sevdaya pis demərəm, Əfşanam mən, istəmirəm, Ötər gedər vaxtsız sevgi.DÖNDƏRƏR (Ustad Aşıq Haşıma, ikinci cavabım) Ustad Aşıq, vaxtsız sevgi, Ürəyi qana döndərər. Qalar nakam, baxtsız sevgi, Kamı hicrana döndərər. Gizlin ağlar gülə bilməz. Qəhər yaşın silə bilməz. Necə gəldi bilə bilməz, Gizli mehmana döndərər. Insanı yandırar, yaxar, Həsrət görər, həsrət baxar. Təbə dönər, ruha axar, Yazar, dastana döndərər. Ərşə çəkər yuxunu o, Zülmə salar çoxunu o,Bilməz uzaq yaxını o, Halı yamana döndərər. Çox çəksədə cəfasını, Gizlin saxlayar yasını. Əfşan nakam sevdasını, Qəlbdə sultana döndərər.AY GÖNDƏR MƏNƏ Can istə, yolunda bu candan keçim, Könlünə libası sevgidən biçim. Gəl sənə bəxtinin ulduzun seçim, Sən eşq göylərindən ay göndər mənə. Sən də nə çəkirsən qanır ürəyim, Sanma ki, sevgini danır ürəyim. Söndürə bilmədin, yanır ürəyim, Ölləm, dərya göndər, çay göndər mənə. Əfşanam, dərdimin tap çarasını, Bəxtimin üzündən sil qarasını. Kəsib ürəyinin bir parasını, Əgər sevirsənsə, pay göndər mənə.DÜNYANIN O üzün də nələri var bilmirəm, Bu üzündə məşəqqətdi dünyanın. Gündüzləri yüklənirsən dərd ilə, Gecələri lap dəhşətdi dünyanın. Bilinməyir kim xoşbəxtdir,kim bədbəxt, Qaçaq düşüb ömrümüzdən, səadət, Yurd salıbdır,əzab, nifrət,xəyanət, Sevgisi də bir minnətdir dünyanın. Yer üzünün əşrəfiyik guya biz, Həsrət qaldıq havaya biz,suya biz. Ömür bitir salınmırıq saya biz, Əfşan, nəyi de zinətdir dünyanın? ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.