Aygün HÜSEYNin yeni şeirləri

Aygün HÜSEYNin yeni şeirləri TƏZƏDƏN DOĞULDUM

Uşaqkən quranı tutdum əlimdə,
Anladım həyatın mənasını mən.
Rəbbimin adını tutdum dilimdə,
Duydum saflıq, paklıq dünyasını mən.

Duyğularım məni çəkib apardı,
Bakıdan Məşədə, Məşəddən Quma.
Qurbanı olduğum məsum ruhların,
Yanında yetişdim, arzuya, kama.

Bağlı qapılarım açıldı bir-bir,
Kərbalada kimlər mənə yar oldu.
Qovuşdum Nəcəfdə imam Əliyə
Neçə möcüzələr aşikar oldu.

Şamda Zeynəbimlə görüşdüm inan,
Bu bir həqiqətdir, yoxsa bir yuxu.
Sandım ki, arxamda dağlar dayanıb,
Qalmadı canımda bir qara qorxu.

Mədinə! Qovuşdum Məhəmmədə s. mən,
Tanrım heç vaxt məni qoymadı darda.
Dəyişdi Məkkədə ömrüm büsbütün,
Təzədən doğuldum anadan orda.


Xocalıda

Evdən qaçan qara düşdü,
Qardan çıxan tora düşdü.
Bu boyda kənd dara düşdü
Xocalıda, Xocalıda.

O gecəni nələr gördüm,
Göyləri də mələr gördüm
Düşmənləri gülər gördüm
Xocalıda, Xocalıda.

Dünya gördü, bir an oldu,
Qırğın düşdü, tufan oldu.
Bir kənd yerlə yeksan oldu
Xocalıda, Xocalıda.

Düşmən qoşun-qoşun axdı,
Ev-eşiyi oda yaxdı
Körpələri şişə taxdı
Xocalıda, Xocalıda.

Hücum çəkdi gecə quduz,
Ağzı qanlı neçə quduz.
İnsan qanı işən quduz
Xocalıda, Xocalıda.

Düşmən idi qəsdə duran
Körpələri bir-bir qıran.
Ərşə çıxdı gülləbaran
Xocalıda, Xocalıda.

Düşmən tutub, qonub qalıb,
Tarix hələ donub qalıb.
Bu döyüşün sonu qalıb.
Xocalıda, Xocalıda.


“Azərbaycan torpağına”

Çıxıb ana qucağından,
Düşdüm sənin qucağına,
O gündən də vurğun oldum,
Azərbaycan Torpağına.

Qan istəsən verərəm qan,
Can istəsən verərəm can,
Yaşadıqca qurbanam mən,
Azərbaycan Torpağına.

Mən övladam sənsən atam,
Qucağında şirin yatam,
Qurban olub qana batam,
Azərbaycan Torpağına.


“Dənizin dalğaları”

Xəyallar üzdürür qoynunda məni,
Gözlərim önündən ötür çən-duman.
Hər kiçik xatirə düşür yadıma,
Dəniz dalğaları coşduğu zaman.

Ürəyim açılır, gözlərim gülür,
Büsbütün yox olur kədərim, qəmim.
Canımda bir sevgi ruhlanır sanki,
Yenidən həyata doğulan kimi.

Gözlərim dikilir uzaq yerlərə,
Görünməzi görmək olur sən demə.
Kükrəyən dənizin dalğalarından,
Təzə hisslər dolur mənim qəlbimə.


“Sevgi istərəm”

Mənim ürəyimdə duyğular çoxdu,
Valla qəlbim duyğu sarıdan toxdu.
Qəlbimin elə çox istəyi yoxdu,
Mən səndən bir şirin dil istəyirəm.

Uçub səhər-axşam yelimə mənim,
Bir qol dolanaydı belimə mənim.
Sığal çəkə-çəkə telimə mənim,
Sinəmdə gül açan əl istəyirəm.

Hardasan, ay səsim, ümüm yetməyən,
Çoxdan qabağımdan gəlib ötməyən,
Mən səndən solmayan, ətri itməyən,
Özümə oxşayan gül istəyirəm.

Halımı tək Tanrı bilir bilənə,
Daha halmı qalıb məndə gülməyə.
Ürəyim atlanır indi gəlməyə,
“Get” deyən dilindən “gəl” istəyirəm.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Qarabağ, Tiflis, Siyasət
ƏSRİN  FACİƏSİ   (Xocalı soyqrımı)

ƏSRİN FACİƏSİ (Xocalı soyqrımı)

Qarabağ
RAZİYƏ RZAYEVA (1968)

RAZİYƏ RZAYEVA (1968)

Poeziya, Müsabiqə
ŞƏRQİYYƏ SEYİDOVA:

ŞƏRQİYYƏ SEYİDOVA: "VƏTƏNİMDİR, VƏTƏNİM"

Poeziya, Müsabiqə
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Hardasan, ay ana, dillən, de harda?.."

Müsabiqə, Qərbi Azərbaycan
Sədaqət DİLQƏM: Küsdü arzularım, kama yetmədi...

Sədaqət DİLQƏM: Küsdü arzularım, kama yetmədi...

Poeziya, Başkeçid, Rusiya
AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçir ...

AzTU
ALMAZ İLAHƏ ƏHMƏDOVA:

ALMAZ İLAHƏ ƏHMƏDOVA: "QAYIT, ÖMRÜM-GÜNÜM"

"ŞAM İŞIĞI", Poeziya
Gilə ƏLİQIZI: Əllərin kimlərə əl açıb, Laçın?..

Gilə ƏLİQIZI: Əllərin kimlərə əl açıb, Laçın?..

Qarabağ, Poeziya, Təbriklər, Müsabiqə
Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Botanika İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Biologiya və tibb elmləri
Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Poeziya, Müsabiqə
Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Poeziya, Müsabiqə
MEHRİ QƏMLİ: MƏN SƏNİ SEVİRƏM SƏNDƏN XƏBƏRSİZ

MEHRİ QƏMLİ: MƏN SƏNİ SEVİRƏM SƏNDƏN XƏBƏRSİZ

Poeziya, Müsabiqə, Diaspora
AzTU-da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

AzTU-da Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Əsas xəbər, AzTU
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev
Bəkir Vəkilov (QAZAXLI):

Bəkir Vəkilov (QAZAXLI): "Bu gecə bir şəkil qarşıma çıxdı..."

Müsabiqə
Aygün Hüseyn: Gül Açım Mən Də...

Aygün Hüseyn: Gül Açım Mən Də...

Poeziya, Müsabiqə
XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

XOCALI FACİƏSİNİN 25-Ci İLDÖNÜMÜ YAD EDİLİB

Humanitar elmlər
İmam CƏMİLLİnin Yeni şeirləri

İmam CƏMİLLİnin Yeni şeirləri

Poeziya, Müsabiqə
Firəngiz Şəkili:

Firəngiz Şəkili: "BİR ARZUM VAR..."

Müsabiqə
Rəy yazın: