Mədaxil Cavadlı (1958) "Mən Şirvanın səsiyəm", Müsabiqə 30 января 2022 Mədaxil Məqatil oğlu Cavadlı - 01.03.1958-ci ildə Ağsu rayonunun Leninabad (keçmiş və indiki Sanqalan) kəndində anadan olub. Ali təhsillidir. Ailəlidir. 1980-cı ildə pedaqoji fəaliyyətə başlayıb. 1994- 2004-cü illərdə Sumqayıt şəhər ərəb dili təmayüllü 14 saylı tam orta məktəbdə direktor müavini işləyib. 2005-ci ildən "Azərişıq" ASC-də müxtəlif vəzifələrdə çalışıb. “ƏYAR” jurnalının təsisçisi və baş redaktorudur. "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədridir. 1980-cı ildən dövri mətbuatda şeirləri çap olunur. 12 müxtəlif almanaxda lirik şeirləri işıqüzü görüb. 6 kitab müəllifidir: 1."Üzü göyə yol gedirik" (şeirlər, “Hərbi Nəşriyyat”, 1000 nüsxə, 2001), 2."Küsmə Tanrı Yazan Baxtdan" (şeirlər, “Nurlan” nəşriyyatı, 1000 nüsxə, 2007), 3. "Dünyanın Səfalı Yeridi Sulut" (publisistika, şeirlər, “Bilik” nəşriyyatı, 1000 nüsxə, 2011), 4."Ana Haqqı Bölünməz" (şeirlər, “Nurlan” nəşriyyatı, 500 nüsxə, 2012)5."Ana tək birdi Vətən" (şeirlər, “Bilik” nəşriyyatı, 1000 nüsxə 2015), 6. "Könlüm Mənim" (şeirlər, “Azəri-poliqrafiya”, 2000 nüsxə, 2018)Azərbaycan yazarlarının ensiklopediyasının 2 nəşrində həyat və fəaliyyəti haqqında məlumat verilib. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2001-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bir çox Media Mükafatları ilə təltif olunub. Biz də Mədaxil Cavadlıya yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzTanrı saxlayırYellənib-yeldən düşəndə ,Birdən -qəfildən düşəndə,İtməyir əldən düşəndə,Hər dəni, Tanrı saxlayırDüyün vurub qaş üstünə,Başlar düzür baş üstünə,Fələk atır daş üstünə,Enəni Tanrı saxlayır.Kül olaraq ah önündə,Savabla günah önündə,Doğru sözü şah önündə,Deyəni Tanrı saxlayır.Hər axşam-səhər görünən,Özü deyil hər görünən,Hər il təzə tər görünən,Çəməni Tanrı saxlayır.Qəm könlümü üzdü,dedim,Bizə necə dözdü dedim...Bizə qalsa... sözdü dedim,Vətəni Tanrı saxlayır.ŞirvanınÜz tutsan - gəl deyər -umid yeridir,Dəyişməz əhvalı, halı Şirvanın.Hər qarış torpağı ocaqdi, pirdi,Müqəddəs Kəbədi daşı Şirvanın.Hüsnünə bağlıdır ürəyim, canım,Çiçəkdi, çəməndi, güldü hər yanı.Şairlər yurdudu, şeir məkanıSəcdəgahdı hər mahalı Şirvanın.Boşalsın əlinlə səadət camı,Yansın sonsuzadək ömrünün şamı,Mədaxil yollayır şair salamı,Başında olmasın qalı Şirvanın.UstadDünənki məclisdə bir şeir dedin,Dərdimiz biriydi, yüz oldu, ustad.Tanrı ətəyindən göydə əlimiz,Yerdə ayağımız üzüldü, ustad.Bütün şeyriyyətin- nurlu sabahı,Məhəmməd Füzuli... sözün allahı,Sözüylə mat qoydu sultanı, şahı,Adı tarixlərə yazıldı, ustad.Ömürdən uduzub- udduğu nəydi?Şirvanlı Nəsimi "Ənəlhəqq" dedi,Hər sözü baş alıb göylərə dəydi,Hər sözü yüz yerə yozuldu, ustad.Min məna çıxacaq, olarsa yozan,Aşıqdı, aşiqdi qopuzlu ozan,Şirvanda, Təbrizdə Xəqani yazanHər sətir, hər misra qızıldı, ustad.BasqalKölgəsi göylərə düşür bu kəndin,Dağlara sığınıb, dağlara Basqal .Mən ona vurğunam, mən ona bəndəm,Ah çəksən qoy düşsün dağlara, Basqal.Hər qaya sənəddir- bir yaş kağızı,Hər ağac bir nazlı sənəmdir azı,Bir yolun dağlara açılır ağzı,Bir yolun yollanır bağlara, Basqal.Buludlar üstündə ağca alaçıq,Atlansa, ürəyin buyur yol açıq.Qonağa qapısı, bacası açıq,Varinnan pay verər hər kəsə Basqal.Buranı görəsən gün batabatda,Tanrı yaradıbdır ən xoş saatda,Beləcə Allahın kölgəsi altda,Yaşayır sığınıb dağlara Basqal.Girdman çayMənəm - mənəm deyib gedir,Qayaları döyüb gedir,Sal daşların yuyub gedir,Girdman çayı.Öz- özünə qəsd eyləyir,Görənləri məst eyləyir,Notsuz nəğmə bəstələyir,Girdman çayı.Gedişimdi, gəlişimdi,Sözlə çəkdim- əl işimdi,Suya dönən keçmişimdi,Girdman çayı. ÇörəkBabalar kəsərli qılınc dedilər,Həm də qılınc batmaz qalxan- çörəyə.Yüz canım olsa da qoy qurban olsun,Bu paşa çörəyə, bu xan çörəyə.Ürəyi ümidlə qızınar çatmaz,Gözünün içində köz yanar çatmaz,Min acın əlləri uzanar çatmaz,Bir toxun əlləri sıxan çörəyə.And içsən görərsən anda sığmadı,Nə olsun özüylə, adı doğmadı?Namərd süfrəsində loxma boğmadı,Əl vurma səsini boğan çörəyə.Sevdası başımdan ötməz ki, ötməz,Verdiyi halallıq ruhumda itməz,Vətən torpağının ruzisi bitməz,Qurbanam daşından çıxan çörəyə.BİZ DƏ GEDƏCƏYİK VAXTI ÇATANDABiz də gedəcəyik vaxtı çatandaÇəkib aparan var o yana, bildim.Sən də yat deyiblər, baxtın yatanda,Çağırsam çətin ki, oyana bildim.Əlin göylərdədir iman yiyəsi,Amana gələcək aman yiyəsi.Bir məhşər günü var, zaman yiyəsi,Çağırıb çəkəcək, divana, bildim.Bu dəli könlümün meyli tanınar,Yaxşıya – pisəmi xeyli tanınar,Məni Məcnun edən Leyli tanınar,Nə sevdim biryolluq, nə dana bildim.Kim qoydu arayıb gün seçə ömrüm?Bir misra şeirdi hər gecə ömrüm.Söz ilə başlayıb beləcə ömrüm,Sözlə də çatacaq eh... sona bildim.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.