Əliyar Mərdiyev (1950): "ULU ŞİRVAN"

Əliyar Mərdiyev (1950): "ULU ŞİRVAN" Əliyar Mərdiyev - 23 noyabr 1950-ci iidə
ismayıllı bölgəsinin Sulut kəndində
anadan olub.
Sulut 8 illik, Kakva orta məktəblərində,
Bakı Energetika Texnikumunda,
Azərbaycan Neft və Kimya İnstitutunun
Energetika fakultəsində və
Azərbaycan Xalq Təsərrüfatı institutunun
Uçot iqtisad fakultəsində təhsil almışdır.
Sumqayıt Ərzaq Malları idarısində,
Sumqayıt Məişət Kimyası istehsalat birliyində,
Azərmelorasiya və Su Tikinti idarısində və
Azərsu ASC-də iqtisadi sahədə
müxtəlif vəzifələrdə çallşmlşdlr.
Hazlrda təqaüddədir.
"Anamın dedikləri" "Biz Vətənçün doğulmuşuq"
şeirlər kitabları ilə oxucularla tanışdır.

Biz də Əliyar Mərdiyevə yeni-yeni uğurlar arzulayır və
aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Solmaz ŞİRVANLI,
"ZiM.Az" və "Zirve.info" saytlarının,
"Zirvə" ədəbi-bədii, elmi-publisistik məcmuəsinin
Şirvan bölgəsi üzrə nümayəndəliyinin rəhbəri


ZiM.Az



Əliyar Mərdiyev (1950): "ULU ŞİRVAN"Azərbaycan bayrağı

Ürəyimə yaz gəlib, ömrümün payız çağı,
Bu gün vuran ürəyim - sabah Vətən torpağı,
Sancın mənim köksümə Azərbaycan Bayrağın,
Vüqarla dalğalansın seyr eləyib elləri,
Ayrılmaz qəlbimüzdən o Bayrağın telləri!

Neçə-neçə döyüşdə oddan-alovdan keçib,
Hürriyət elçisidir,azadlıqdan yüksəlib,
İstiqbalın rəmzidir,səmalardan enməyib,
Günəş şəfəqləriylə sığallayıb tellərin,
Öpdüm neçə igiidin Bayraq tutan əllərin!

Mavi rəngi göylərtək Türkün ucalığıdır,
Al qımızı boyağı şəhidlərin qanıdır,
Yaşıl rəngi İslamın qardaşlıq sorağıdır,
O əbədi bəzəyər nurlu, azad göyləri!
Bayrağımın görkəmi sarsıdar düşmənləri!
10.12.2021.


ULU ŞİRVAN

Gőz açıb səni gőrdūm,
səni duydum ulu Şirvan.
Sonralar dərk elədim varlıģını, saflıģını.
Bu hūsnū camal ilə gőrdùm səni valeh oldum.
Anamsan, balan bilib.
Açdın mənə qucaģını.
Mən Şirvana qurban olum,
Şirvan mərdlər məsgənidir.
Sevirəm-hansı tərlan sevmir əziz oylaģını?!
Çőllərin baģ-baģatlı,
Taxıl, pambıq tarlasdır.
Daģların qaldırıblar sūlhūn dūm aģ bayraģını.
Bir batman simuzərə ləl gővhərə dəyişmərəm
Qobustan çőllərinin bircə ovuc torpaģını.
Şərqində mavi Xəzər,
Sahilində qədim Bakı.
Başın Həzrət Babadır, Kűr də yuyur ayaģını.
Qərbinde Qarabağım, Gözəl Şəki bağlarının,
Namərdəm qıysam yada xəzan tökműş yarpağını,
Belə cənnət məkanın dərmanı bir tay göz ola.
Verərəm gözlərimin həm solunu, həm sağını.
Əliyar əsgərindi sərvaxt durur keşiyində
Dost űçűn qapın açıq
Yaxın qoymarıq yağını.


Basqal

Gőzūndə həkk olar çıxsan seyrinə,
Dūşərsən tarixin sirli sehrinə.
Hər sőzū, sőhbəti dūrlū xəzinə,
Sıģınıb səfalı dağlara Basqal.

Hūsnū camalını ilahi çəkib,
Bir gūl butazıdır dağlarda əkib.
Qonaq pişvazına çıxıb,gőz dikib,
Baxır sevinc ilə yollara Basqal.

Keşikçi durubdur uca Əmrəki,
Bu yerə bəd nəzər dəyməsin təki.
Bir uşaq qəlbinin istəyindəki,
Çatıbdır nővraģa, çaģlara Basqal.

Sədəfdir divarda hər bir çay daşı,
Hər sədəf tarixin bir daş yaddaşı.
Hər evin ūstūndə yazilıb yaşı,
Dūşūb əsrə, ilə, aylara Basqal.

Babalar ad qoyub Basılmaz Qala!
Tarix yaddaşında əbədi qala.
Ərk ilə sőykənib ulu Niyala
Bőlūnūb saģ-sollu taylara Basqal.

Məscid minarəsi gőylərlə təndir,
Sevirəm daģ-daşın, çūnki Vətəndir!
Əliyar baģrına basıb őpərdim,
Sığışsa açılan qollara Basqaal.


Hərə bir dəllaldır, bu dünya bazar

Hərə bir dəllaldır, bu dünya bazar,
Burda ayranına heç kim turş deməz,
Aqilin gözündə qılı axtarar,
Nadan öz gözündə tirləri görməz.

Qarışıb, seçilmir haramdan halal,
Aqilçün el gözü mizan tərəzi.
Nadan dil boğaza qoymaz olsa lal,
Elə tərif edər ləyaqətsizi.

Bu dünya bazara dönəndən bəri,
Sərrafı əllafdan seçilmir daha.
Qaçan da,qovan da yalvarır indi,
Əllərin açaraq Qadir Allaha.

Yaxşının alnında yaman damğası,
Yaxşılar yamandan seçilə bilmir.
Öldürən ölənin saxlayır yasın-
Bu Adəm övladı şeytandır nədir?!

Bu günüm dünəndən bir addım geri,
Allah,bu millətin nədir günahı?
Bir parça çörəkçün yerihayeri,
Bundan betərindən saxla İlahi!


Olmaz-olmaz

Üzağlıq ucalıq nişanəsidir,
Hər dağın başında qar olmaz-olmaz.
Bahar gələr açar güllər,çiçəklər,
Hər güldən,çiçəkdən bar olmaz-olmaz!

Yar gərək yarının tən yarı olsun,
Yarın yar yanında miqdarı olsun,
Düz sözü,əməli,ilqarı olsun,
Hər yarım deyəndən yar olmaz-olmaz!

Dərdlinin dərdini dərd çəkən bilər,
Hərcayi dərdlinin dərdinə gülər.
Ağır oturanlar batman gələrlər,
Yüngüldə zərrəcə ar olmaz-olmaz!

Əliyar çox gəzdi gördü hər yanı,
Saflığa səslədi əhli dünyanı:-
Çalış, halallıqla topla mayanı
Min haram yığasan var olmaz-olmaz!


Hörmət deyil

Ölümə getsən də, bir addım tez get,
Yubanmaq, ləngimək bir adət deyil.
Çoxun qədrin bilib,elə qənaət
Aza qənaətlik qənaət deyil.

Kim ki,bir yetimin qarnın doyurmaz,
Gündəlik beş dəfə alıb dəstəmaz,
Səcdəylə beş rukət qılsa da namaz,
Allaha ibadət, ibadət deyil.

Xalqın hesabına var-dövlət yığıb,
Kasıbın, fağırın evini yıxıb,
Gedib Mədinəyə, lap Tura çıxıb
Məkkəni ziyarət, ziyarət deyil.

Halal işlər görüb, tər töküb,yorul
Bir dağ çayı kimi axaraq durul,
Sevsən ürəkdən sev,ürəkdən vurul
Çoxuna meyl etmək məhəbbət deyil.

Əliyar söyləyir qoru adəti,
Ataya, anaya saf məhəbbəti,
Çalış, saglığında göstər hörməti
Sonradan nə etsən, o hörmət deyil.


"Bu dünyanın qara daşı göyərməz"

Xalq şairi Musa Yaqubun əziz xatirəsinə


Bu kainat yeni tərzdə qurula,
Səyyarələr bir-birinə vurula,
Yer kürrəsi fırlanmaqdan yorula
"Bu dünyanın qara daşı göyərməz."

Varlıqların işi-gücü naz ola,
İlin bütün dörd fəsili yaz ola,
Daşın bəxti göyərməyə yazıla,
Qara daşın qara bəxti göyərməz.

Bu dünyanın hər bir yeri göyərə,
Göydə-göyü,yerdə-yeri göyərə.
Hər göyərən hey can atır göylərə,
Niyə yerin qara daşı göyərməz?

Qara daşlar göyərərdi bəlkə də,
Qayda,qanun göyərsəydi ölkədə!
Bundan sonra Allah özü əl çəkə
Bu torpağın qara daşı göyərməz!
31.08.2021.


OXUSUN

Çimdi gurşadda çəmən,
bəzəndi gūllər bu gecə.
Eşqidən vəcdə gəlib
sūbhədək būlbūl oxusun.

Açdı gūllər yaxasın,
ətri būrūsūn çəməni,
Çəmənin hər tərəfi
mūşk ilə əmbər qoxusun.

Hər gūl bir ilmə vurub
təbiətin çeşnisinə.
Bu çəmən çeşnisini
sevib seçib el toxusun.

Būlbūlūn xoş avazı sevən
Könūl nəģməsidir.
Qoşulsun bu avaza hər.
sevən kőnùl oxusun.

Dinlə ey būlbūlū şeyda,
eşqindən.gör nə çəkən!
Baģrıköz tək qaralan,
qəlbi sınıq gūl oxusun!

Bəxtəvə!Yaz gecəsi çəmən
sənin, nəģmə sənin.
Qarabaģ ərşə çəkib vətən
sevənin yuxusun.

Birləşsin parçalanan,beş
bölūnən Ana Vətən!
Azadlıq Himnimizi əlli
milyon dil oxusun!

Əliyar dərď.əlindən gūclə
yazdı bu şeiri
Yurd sevən.mūģrū ilə
"Səgah" ūsə tel oxusun!


Hər fidana Yer Anadır, Göy Ata,

Təcnis


Hər fidana Yer Anadır, Göy Ata,
Ana tutar nuru, nəmi Göy ata,
Murad tapıb mindirməkçün bir ata,
Simurq olar övladına anası!

Səhər açar üfüqləri yara Dan,
Belə qurub nizamını Yaradan!
Şəhid ölməz düşmən vuran yaradan-
Ellər onu anasıdır, anası!

Əliyaram, xatırlayıb sal yada,
Sirri vermə nə dostuna, nə yada,
Pünhan qalar,faş olunar o ya da
Dostun sənə düşə bircə an ası!


YOX

Təcnis


Eşq ümmanım,qoy toxunsun bu üzüm,
Məhəbbətdə ya qərq olum,ya üzüm.
Qoynundakı iki gilə xal - üzüm,
Tamarzınam, istəməyə üzüm yox.

Mən yarıyam,sən olasan tən yarın,
Mən yarlyam,kaş ki, səndən,mən, yarım.
Yar yarıyam, hicranları mən yarım,
Yol yarıyam,gözləməyə dözüm yox.

Məhəbbətin elçisidir göz yara.
Tez sağalar bağlayarsa köz yara.
Yalançını söz doğraya, söz yara,
Başqasına görk ölarsa, sözüm yox.

Hər mətləbin düzün deyər yar yara,
Söz içində söz yetirər yar yara.
Çox gözəllər göz yetirər Əlyara
İnan, səndən başqasında gözüm yox.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: