QALDIRIB BAYRAĞI, ZİRVƏLƏRƏ ŞƏHİDLƏR... "Mən Şirvanın səsiyəm", Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!.... 30 января 2022 Günəş kimi, nur çiləyir Şəhidlər,Gələcəyə işıq salır Şəhidlər.Qurban verib canını, vətən uğrunda,Qaldırıb Bayrağı, zirvələrə Şəhidlər.Ölməyiblər, qəlbimizdə yaşayırlar Şəhidlər,Qızıl hərflərlə, tarix yazıb Şəhidlər.Anılanda, yerdə-göydə, qərənfìlə bürünər,Qaldırıb Bayrağı, zirvələrə Şəhidlər.İgidliyin-hünərin, yol-yoldaşı Şəhidlər,Bu xalqın, bu torpağın, qan yaddaşı Şəhidlər.Ocağa-pirə dönər, yatdığı torpaq,Qaldırıb Bayrağı, zirvələrə Şəhidlər.Ucalıq zirvəsi, qeyrət tacıdır,Zülmətlərə, nur ciləyər Şəhidlər.Haqqın səsi, azadlıq nəğməsidir,Qaldırıb Bayrağı, zirvələrə Şəhidlər.08.01.2022Pərvanə SalmanqızıZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.