İlham Əliyev Azərbaycan multikulturalizminin siyasi qarantıdır

İlham Əliyev Azərbaycan multikulturalizminin siyasi qarantıdır
Nübar İsmayıl qızı Bayramova,
ADPU-nun Quba filialının
Pedaqoji fakültəsinin dekan müavini,
Heydər Əliyev Fondunun RİİB-nin
"Müəllimlərin inklüziv təhsil sahəsində
bacarıqlarının artırılması" layihəsinin
Quba rayonu üzrə koordinatoru



Azərbaycan dövləti tarixən uzun və keçməkeşli inkişaf yolu keçərək multikultural dəyərləri qanına, canına, təfəkkürünə hopdurmuş və nəticədə tərkibi dini, milli, etnik azlıqlarla zənginləşərək çoxmillətli bir diyara çevrilmişdir. Müxtəlif konfessiyaların, etnik və milli azlıqların aralarında bərqərar olmuş qarşılıqlı tolerant münasibətlər, onlara bu torpaqlarda özlərini güvənli və rahat hiss etmələrinə, fərqli mədəniyyətlərə malik olmalarına baxmayaraq sıxılmadan birlikdə yaşamalarına, ana dillərində rahatca təhsil almalarına, iman gətirdikləri dinlərə sitayiş etmələrinə mane olacaq əngəllərlə qarşılaşmamalarına səbəb olmuşdur. Artıq həyat tərzimizə çevrilmiş yüzilliklərdən qaynaqlanıb gələn bu dəyərlərlər bu gün də uğurlu dövlət siyasəti qanadları altında hüquqi dəstəyini alaraq qorunur, davam etdirilir və gələcək nəsillərə ötürülür.

Ölkəmizdə etnik, dini və mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi üçün aparılan multikulturalizm siyasəti Azərbaycanı bütün dünyada multikultural və tolerant bir dövlət kimi tanıtmaqla bərabər, bir çox inkişaf etmiş dövlətlərin özü üçün nümunə götüməsinə və hətta bu ali dəyərlərə nəcə sahib olmasının səbəblərini araşdırmasına gətirib çıvarmışdır. Təbii ki, bir çox inkişaf etmiş qərb dövlətlərinin səbəblərini öyrənmək istədikləri Azərbaycan multikulturalizmi heç də rahatlıqla əldə edilməmişdir.

Lakin ən çətini onu qoruyub saxlamağa nail olmaq, inkişafini təmin etmək, bu dəyərləri gələcək nəsillərə ötürə bilmək və hər zaman dövlətin nəzarət və idarəetməsində olmasını təşkil etməkdir.


Bəli multikulturalizm termini bu günün işlək və dəbli termini sayılır. Lakin möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin sözləri ilə desək: “Leksikonumuzda nisbətən yeni söz olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib”[AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV, 2017, s. 4].

Bəli doğurdanda bu gün multikulturalizm Azərbaycan xalqının həyat tərzinə çevrilmişdir. Xalqımızın tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət kimi dəyərləti artıq gündəlik həyat tərzimizə çevrilərək dütün dünyaya töhfələr verməkdədir.

Xüsusəndə öz müstəqilliyini bərpa etdikdən sonra isə ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə elə bir dövlət qayğısı və dəstəyi formalaşmışdır ki, indiki vəziyyəti multikulturalizmin çiçəklənmə dövrü kimi hesab etmək olar. Xüsusən də bu dəstəyi Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yüksələn xətlə davam etdirən möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin hakimiyyətə gəldiyindən sonra daha da parlaq formada müşahidə etməyə başladıq.

Prezidentimiz Cənab İlham Əliyevin hakimiyyətə gəldikdən sonra qəbul olunmuş bir çox siyasi sənədlər Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqlarının daha da inkişaf etdirilməsinə səbəb olmuşdur. Bu sıradan 28 dekabr 2006-cı il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında”, 27 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamları bu qəbildən xüsusi əhəmiyyətlidir.

Ümummilli liderin siyasi dəsti-xəttini yüksək səviyyədə davam etdirərək bütün sahələrdə olduğu kimi multikulturalizm siyasətində də həmçinin onun əkdiyi toxumları cücərdərək bar verməsinə nail ola bildi. Artıq öz multikulturalizm modelini beynəlxalq platformaya təqdim edərək əslində multikulturalizmə qarşı dünyada olan təhlükəni dəff etmək, onun təbliği və xilası naminə atılmış mühüm və cəsarətli təşəbbüs idi. Bu məqsədlə Azərbaycanda real mövcud olan vəziyyəti müxtəlif beynəlxalq tədbir, konfrans təşkil etməklə dünya ölkələrinə təqdim etməyə başlamışdı.

2009-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasından mədəniyyət nazirləri qatılmasını təmin etməklə əslində bütün dünyaya Azərbaycanın necə multikultural ölkə olduğunu anlatmaq idi. “Bakı prosesi” adı ilə tarixə düşən bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşlərinin, Mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təminat

verdi. Əslində bu tədbirlərin əsas qayəsi həm də bütün dünyaya multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın rolunun əvəzsiz olduğunu sübut etmək idi.

2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində Cənab İlham Əliyev demişdir:“ srlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.

Əslində Prezidentimizin yürütdüyü siyasət ekstremizm və terrorçuluqla mübarizə aparmaqla cəmiyyətimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərini artırmaqla, ayrı-seçkiliyi, islamafobiyanı, antisemitizmi, ksenofobiyanı məhv etməyə çalışır, Azərbaycanın tarixi multikultural köklərini qorumağa çalışırdı. Heç təsadüfi deyildir ki, 2015-ci il mayın 18-də Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqində deyir: “Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur... Hesab edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək”.

İlham Əliyev bir sosial hadisə kimi meydana gələn multikulturalizmi dövlət ideologiyasına, dövlət siyasətinə çevirməklə, onun sütunlarını daha möhkəmləndirirdi. Lakin bu sıradan qərarların içərisində Prezident İlham Əliyevin göstərişi ilə təsis olunan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun yaradılması, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təsis edilməsi, Prezidentin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi və 11 mart 2016-cı il tarixli Sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı müasir dövrdə multikulturalizmin Azərbaycan modelinin, onun siyasi və hüquqi qaynaqlarının inkişaf etdirlməsi üçün qiymətli adımlardan sayılır.

İlham Əliyev öz siyasi dəsti-xətində Azərbaycanın BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı möhkəmləndirir, onun etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşulması Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqlarının daha da inkişaf etdirilməsində əsaslı əhəmiyyətə səbəb olmuşdur. Məsələn, Azərbaycan Respublikası 26 noyabr 2009-cu il tarixli Qanunla UNESKO-nun “Mədəni ozünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair” Konvensiyasına qoşulması, Konvensiyanın Azərbaycanda 2010-cu il may ayının 15-dən etibarən qüvvəyə minməsi bu sahədə çox əhəmiyyətli hadisə idi.

Azərbaycan Prezidentinin misilsiz səyləri sayəsində Azəbaycanın ev sahibliyi etdiyi silsilə davam edən 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü və 2016-cı illərdə keçirilmiş Beynəlxalq Humanitar Forumlarını, 2011-ci, 2013-cü və 2015-ci illərdə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarını və 2016-cı ilin 25-27 aprel tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu bütün dünyaya multikulturalizmin ideal modelini tanıtmağa vəsilə oldu.

İlham Əliyev öz qərar və sərəncamları ilə hər zaman Azərbaycanda yaşayan milli azlıq və etnikləri diqqətdə saxlayaraq ölkənin multikultural təhlükəsizliyini qorumağa çalışmışdır. Prezident İlham Əliyev hər zaman qeyd edir: “Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk”.

Məsələn , Azərbaycan tarixinin alman səhifələrini işıqlandırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Cənubi Qafqaz regionunda alman məskənlərinin

salınmasının 200 illiyi haqqında” 30 avqust 2016-cı il tarixində Sərəncam imzalayaraq bir daha bütün dünyaya Azərbaycanın multikultural dəyərlərini sübut etdi. Və yaxud Azərbaycanın Quba rayonunda yəhudilərin kompakt yaşadığı “Qırmızı Qəsəbə”yə dövlətimiz tərəfindən göstərilən qayğısı, bu kiçik məkanı multikultural dəyərlərinnə görə Qafqazın Yerusəlimi adlandırılması heç də təsadüfi deyildir.

Bu gün multikulturalizm Azərbaycan dövlətinin həm xarici, həm də daxili siyasətinin özülünü təşkil edir. Bunun sayəsində ölkədə yaşayaç müxtəlif xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunması təmin olunaraq dövlətimizin daimi sabitliyə zəmanət verilir.

Azərbaycanın 44 günlük vətən müharibəsi əslində multikulturalizmin tarixi təntənəsi idi. Çünki bu dəmir yumruğun altında Azərbaycanda yaşayan bütün etnik və milli azlıqlar bir nəfər kimi birləşərək bu haqq davasında Prezidentimizin yanında olmuşdurlar.

Bir sözlə, Azərbaycanın Qafqazın Tolerantlıq Vadisi adlanmasının məhz Prezidentimizin misilsiz xidmətləri sayəsindədir.


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanda əmin-amanlığın tə ...

Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanda əmin-amanlığın tə ...

ADPU, Köşə yazılar
Şirxan Adıgözəlovun

Şirxan Adıgözəlovun "Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nü ...

Yeni nəşrlər, Hüquq
BSU-nun rektoru: “Multikulturalizm həm burada birgə yaşayan xalqların həyat ...

BSU-nun rektoru: “Multikulturalizm həm burada birgə yaşayan xalqların həyat ...

BSU
Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

Ölkə başçısının AMEA-nın 70 illik yubiley tədbirindəki proqram xarakterli n ...

"Zirvə"
16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür

16 Noyabr Beynəlxalq Tolerantlıq Günüdür

ADPU, Köşə yazılar

"Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq" mövzusunda e ...

Humanitar elmlər, İctimai elmlər, "Zirvə"
AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

Əsas xəbər, "Zirvə"
Mədəniyyət işçiləri Prezidentin siyasi kursunu dəstəkləyirlər

Mədəniyyət işçiləri Prezidentin siyasi kursunu dəstəkləyirlər

Azərbaycan
Qafqaz Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə ...

Qafqaz Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ilə ...

BMU
BSU-da Azərbaycan multikulturalizmini tədris və tədqiq edənlərlə görüş

BSU-da Azərbaycan multikulturalizmini tədris və tədqiq edənlərlə görüş

BSU
“Vətən birdir – Azərbaycan”

“Vətən birdir – Azərbaycan”

QHT
Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Tbilisidə “Multikulturalizm: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” kit ...

Yeni nəşrlər, Tiflis
AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş

AMEA-da Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Müst ...

"Zirvə"
Aydəm İsmayılov:

Aydəm İsmayılov: "Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük ö ...

Siyasət
Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Avropa, Diaspora
“Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən bir ...

“Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən bir ...

Bakı
HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM

HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM

Mədəniyyət
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

GÖRKƏMLİ YAZIÇI VƏ ALİM KAMAL ABDULLAYEVLƏ GÖRÜŞ KEÇİRİLİB

"Zirvə"
Azərbaycanın yəhudi icmasına

Azərbaycanın yəhudi icmasına

İsrail, Rəsmi Xəbərlər, Dünya
“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

"Zirvə"
Rəy yazın: