Fazil Aydln (1961)

Fazil Aydln (1961) Fazil Aydln (Fazil Cəlil oğlu Aydınov)
- 20 may 1961-ci ildə Ağsu rayonun
Cəlayir kəndində çoban ailəsində anadan olub.
1979-cu ildə Şamaxı şəhərindəki
9 N-li orta məktəbi bitirib.
İlk şeiri 1978-ci ildə "Yeni Şirvan" qəzetində çap olunub.
1979-1981-cı illərdə Sovet ordusunda hərbi xitmətdə olub.
1984-cü ildə Sumqayıt Politexnik Texnikomunu bitirib.
Bu illərdə dəfələrlə rayon qazetində
"Fazil Padaroğlu" təxəllüsüylə şeirləri işıq üzü görüb.
2016-cı ildə AYB-nin üzvü seçilib.
Şeirləri "Azərbaycan" jurnalında müntəzəm çap olunub!
Ailəlidir, 2 övladı var.

Biz də Fazil Aydına yeni-yeni uğurlar arzulayırıq
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.


Solmaz ŞİRVANLI,
"Zirve.info" saytının
Şirvan bölgəsi üzrə nümayəndəsi
və "Mən Şirvanın səsiyəm" ədəbi-bədii,
elmi-publisistik məcmuəsinin tərtibçisi


ZiM.Az



Elin içindən gəlmişəm

Sözlə hörülübdür yuvam
Od- ocağım elim- obam
Usdadımdır Sabir babam-
Onun gücündən gəlmişəm!

Bir az məni közə tutun
Əllər üstə təzə tutun.
Gecə-gündüz sözə tutun-
Vallah acından gəlmişəm!

Ömür gedir qazılmağa
Günün varmı, yaz olmağa?
Şair kimi yazılmağa-
Dərviş köçündən gəlmişəm!

Uca göyə çatıb qolum
Heç bilmirəm, ölüm, qalım?
Əcdadımdan keçib yolum-
Elin içindən gəlmişəm!
16.02.2016.


6 xarekter adamlar üçün...

Uzun bir gecənin qarasındayam
Ümüdlə- qorxunun arasındayam
Bilmirəm dünyanın harasındayam
İşıq tut yoluma ay yol adamı!

Torpağın bağrına düşən bir izsən
Əməlin ucadır haqdan da dürsən.
Sən aydan nurlusan, sudan təmizsən
Günəş övladısan, ay çöl adamı!

Məqsədin talamaq, ona çatırsan
Millətin qanını içib yatırsan.
Vicdanı, mənliyi pula satırsan-
Ay sərvət sahibi, ay pul adamı!

Bar verən ağaca hava gərəkdir
Hara əl atırsa Tanrı ətəkdir.
Yazı da, qışı da açan çiçəkdir-
İlin xoşbəxtisən, ay il adamı!

Gah xeyir olursan, gah şər olursan
Gah "Bayatı-Şiraz" gah "Şur" olursan,
Gahda kı, şolənən məşəl olursan-
Qurursan, yıxırsan, ay dil adamı!

Keçər öz canından bülbül gül üçün
Gecələr yol çəkər ürək gün üçün
Fazil Aydın yaşa bizim el üçün-
Qoy sənə desinlər at el adamı!
27.10.2016.


Bu zavallı ağac, tək-tənha ağac

Dindirmə, dindirsən ağlayacağdır
Səni əzizi tək, qoxlayacağdır.
Qoynunda yer verib saxlayacağdır-
Bu zavallı ağac, tək-tənha ağac

Həsrətdir dodağı doğma yağışa
Həsrətdir gözləri - isti baxışa.
Çıxa biləcəkmi, bu gələn qışa-
Bu zavallı ağac, tək-tənha ağac!

Elə bil, anadan yetim doğulub
Hıçqırıb ağlayıb səsi boğulub
Hər şimşək çaxanda saçını yolub-
Bu zavallı ağac, tək-tənha ağac!

Sankı, bənzəri var, quru heykələ
Budağı gül açmır, bülbüllər gələ
Dözübdür tufana, dözübdür selə-
Bu zavallı ağac, tək-tənha ağac!

Yaşayar... Söykənsə neçə ağaca
Göz yaşı tökübdür hər ehtiyaca
İnsan qayğısına söyləyir acam-
Bu zavallı ağac, tək-tənha ağac!..
08.09.2014.


Yoluma çıx

Xəyallar tək, ötür zaman
Ömür sürmək daşda yalan.
Dərə boyu qalın duman
İnsan oğlu, yoluma çıx!

Bu ışığa düşən yolam
Tutur məni əziz balam.
Öz sevgimə sadiq qulam-
Qolu bağlı, yoluma çıx!

Göz ürəyin aynasıdı
Təbiətin anasıdı.
Dünya şöhrət dünyasıdı-
Alır ağlı, yoluma çıx!

Göy qəzəbli, vurur dolu
Vaxtsız üzür sağı-solu.
Ulu Tanrım göstər yolu-
Qurban olum, yoluma çıx!
13.09.2014.


Baxaq dağlara-dağlara

Sərin bulağ göz suyudu
Damcısı ulduz sayıdı.
Təbiətin qız toyudu-
Çıxaq dağlara-dağlara!

Gəldik Muğan çöllərindən
Məst olmağa güllərindən.
Tutub göyün əllərindən-
Baxaq dağlara-dağlara!

Duman hələ yolda qalıb
Gözü kordu, dalda qalıb.
Dərdimizin döşü dolub-
Sağaq dağlara-dağlara!

İz saldıqca dar yoxuşa
Ürək istəmir yığışaq.
Dönüb çisginə, yağışa-
Axaq dağlara-dağlara!...
29.09.2015.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Nəfisət VAHİD: Bir quru ağac idim...

Nəfisət VAHİD: Bir quru ağac idim...

Poeziya
SADAXLI Sabir Mahmudovun ŞEİRLƏRİ

SADAXLI Sabir Mahmudovun ŞEİRLƏRİ

Poeziya, Borçalı
Qətibə Zahid qızı Səfərli (1961)

Qətibə Zahid qızı Səfərli (1961)

Müsabiqə, Başkeçid
Balaqusar kənd məktəbi də

Balaqusar kənd məktəbi də "650 min ağac əkək!" təşəbbüsünə qoşlub

Regionlar, Məktəblər
SOLMAZ ŞİRVANLI yeni vəzifəyə təyin olunub

SOLMAZ ŞİRVANLI yeni vəzifəyə təyin olunub

Müsabiqə, "Mən Şirvanın səsiyəm", Təbriklər
TAHİRƏ MƏMMƏDOVA (ŞUŞALI)

TAHİRƏ MƏMMƏDOVA (ŞUŞALI)

Müsabiqə
Mədaxil Cavadlı  (1958)

Mədaxil Cavadlı (1958)

"Mən Şirvanın səsiyəm", Müsabiqə
ARZU GÖYTÜRK: BİR AZ DƏLİ QADINAM

ARZU GÖYTÜRK: BİR AZ DƏLİ QADINAM

Sumqayıt, Poeziya, Müsabiqə
Salam SARVAN:

Salam SARVAN: "ATDI... ATDI MƏNİ DÜŞMƏNLƏRİM DƏ..."

Poeziya, Müsabiqə
SEYFƏDDİN ZEYNALOV (1981)

SEYFƏDDİN ZEYNALOV (1981)

Müsabiqə
ÜSTÜ QIFILLA DOLU “ƏHD-PEYMAN DƏMİR AĞACI”

ÜSTÜ QIFILLA DOLU “ƏHD-PEYMAN DƏMİR AĞACI”

Publisistika, Başkeçid
TƏBRİK EDİRİK, HÖRMƏTLİ FAZİL MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ FAZİL MÜƏLLİM!...

Borçalı, Təbriklər
Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

Bu gün AzTU-nun dekanı, professor FAZİL HƏSƏNOVun ad günüdür

AzTU, "XXI əsrin Ziyalıları", Təbriklər
Musa Ağasəf oğlu Həşimov (1958)

Musa Ağasəf oğlu Həşimov (1958)

Poeziya, Müsabiqə
MƏHƏBBƏT NİZAM:

MƏHƏBBƏT NİZAM: "Yad əldədi Şuşa kimi qalam, hey!... "

Müsabiqə, Başkeçid
Natiq Fazil oğlu: DÜNYA MƏNİM DEYİL MƏN KİMƏM AXI...

Natiq Fazil oğlu: DÜNYA MƏNİM DEYİL MƏN KİMƏM AXI...

Müsabiqə
Mərkəzi Nəbatat Bağında Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında 5000 ...

Mərkəzi Nəbatat Bağında Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyasında 5000 ...

Biologiya və tibb elmləri
SOLMAZ QƏRİBEL HƏSƏNOVA:

SOLMAZ QƏRİBEL HƏSƏNOVA: "Qan qoxur dünyanın üzündən yenə..."

Müsabiqə
TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

Elm, Nekroloqlar
Sabir SADAXLI:

Sabir SADAXLI: "VƏTƏN EŞQİNƏ!"

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə
Rəy yazın: