"Aşıq Pəri Məclisi" Folklor, Rustavi, Başkeçid 28 сентября 2018 İncidimi, yaqutdumu, ləldimi,Ümiddimi, uğudumu, surdumu,Loğman olub cannan alar dərdimi,Neçə-neçə könül açar xoş səsi,Bir layladı “Aşıq Pəri Məclisi”.Aram-aram, asta-asta anla gəl,Nənələrin avazını dinlə gəl.İnsaf eylə, imanla gəl, dinlə gəl,Məftun eylər başa düşən hər kəsi,Bir layladı “Aşıq Pəri Məclisi”.Ürəkləri fəth eyləyən avazdı,Kəlmə-kəlmə dərman olan niyazdı,Arzudu, diləkdi, gözəl murazdı,Xalqa hədiyyədi xalqın bəstəsi,Bir layladı “Aşıq Pəri Məclisi”.Qəlb oxşayar gəraylısı, qoşması,Saz səsinə zirvələri aşması,Selə dönər çaylar kimi daşması,Önündə diz çökər hər umu, küsü,Bir layladı “Aşıq Pəri Məclisi”.Dinləyənin candan gedəq qadası,Dünyalara yayılıbdı sədası,Haqdan gəlib hər birinin butası,Yığılıbdı gözəllərin incisi,Bir layladı “Aşıq Pəri Məclisi”.Şaqraq səslər sanki dağdan axan çay,Gözəlllikdə heç birinə yoxdu tay,Yaşıl yelən, göy butalı kəlağay,Daha gözəl lap keçmişi, öncəsi,Bir layladı “Aşıq Pəri Məclisi”.Aşıq Pəri - Pərilərin nənəsi,Narınc Xatun anaların anası.Onlar olub bu məclisin binasi,Nəsil-nəsil yaşadiblar bu hissi,Bir layladı “Aşıq Pəri Məclisi”.Həm nurani, həm pirani, xoş avaz,Aşıq Sona haqda - daha qayıtmaz.Səadət Butanın ruhu bahar-yaz,Başda tacdı sazın-sözün sevgisi,Bir layladı “Aşıq Pəri Məclisi”.Bu gün eldən alır gücü, qüvvəti,El də verib Pərilərə qiyməti,Başda gəlir xalq içində hörməti,Mərifətdi “Divani”- si, “Təcnis”-i,Bir layladı “Aşıq Pəri Məclisi”.Pərvanəsi pərvanədi başına,Bağban olub baharına, qışına.Güllü yaş calayar ömür yaşına,Ömrü boyu sevndirər hər kəsi,Bir layladı “Aşıq Pəri Məclisi”. Güllü Eldar Tomarlı,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.