Böyük ədəbiyyatın təmsilçisi

Böyük ədəbiyyatın təmsilçisi Fikir verirsinizsə, son vaxtlar ixtisaslaşmış dərgilərdə, ədəbiyyat konfranslarında, lap elə sosial şəbəkələrdə aparılan müzakirələr "ultrayeni", "postmodern" mətnlərin taleyi ilə bağlı yaxşı heç nə vəd etmir.

Postmodern ədəbiyyatın öyrənilməsi üzrə təşkil olunan proqramlar, əsasən, köhnə kitablara istinad edir, bu isə o deməkdir ki, burada hər şey öləziyib, yenilənmə getmir.

Mürəkkəb rebusu, pazlı, kompyuter oyununu xatırladan mətnlər yazıb, oxucudan intellektual səviyyə, mədəni hazırlıq, nə bilim, həyat təcrübəsi, necə deyərlər, bekqraund tələb etmək mənə heç vaxt məntiqli gəlməyib. Gecə-gündüz piar edilən, amma ən "hazırlıqlı" oxucuları belə çaşbaş salan mətnlərin nə üçün yazıldığını hamımız bilirik.

İndiki diskussiyalar bir vaxtlar ədəbiyyatda gözümçıxdıya salınmış "səmimiyyət" mövzusunun yenidən aktuallaşdığını göstərir. Bunu illər uzunu bütün dünyada ədəbi cameyəyə sırınan tələblərə qarşı demarş kimi qiymətləndirməyə dəyməz. Ona görə ki, sən demə, müəllif ölməyib, dipdiridir və əsərin uğurunu müxtəlif texniki priyomlar, eksperimentlər, intertekstuallıq oyunlarından daha çox, müəllifin öz iradəsi, istedadı, mövqeyi, yanaşma tərzi, üstəlik, şəxsiyyətinin miqyası və özəllikləri müəyyənləşdirir.

***

"Heç vaxt çərçivələri şüurlu şəkildə dağıtmamışam, sadəcə, ayrı cür yaza bilməmişəm"; "Ədəbiyyata cərəyanlar çərçivəsindən baxmıram və düşünürəm ki, bu, ədəbiyyat üçün göstərici deyil" - yazıçı Afaq Məsudun məşhur "Duyğular imperiyası"ndan götürdüyümüz bu təsbitlər yuxarıda söylədiyimiz fikirlərin çox gözəl illüstrasiyasıdır. Yazıçıları, ağına-bozuna baxmadan, bu və ya digər ədəbi cərəyana aid etmək ədəbiyyatşünasların, ədəbiyyat tənqidçilərinin işidir. Mən müasir dünyada öz yaradıcılığını hansısa "izm"ə aid edən ciddi qələm adamı tanımıram. Bu yanaşma ədəbiyyatla gerçəklik arasındakı estetik baryerləri aşmaq üçün ən effektli resursdur.

"Baş qəhrəmanı qadın olan əsərlərimin çoxu bioqrafikdir, bu barədə dəfələrlə demişəm. Əlbəttə, yazıçı, ya rəssam ilk növbədə özünü yazır, çəkir. Bu, yaradıcı stixiyanın özünun tələbidir" - Afaq Məsudun bu sözləri eskapizmi ədəbi kateqoriya, hətta mütləq dəyər səviyyəsinə qaldırıb, anlamsız mətn quraşdırıb, bunu zövqlü yaradıcılıq aktı kimi təqdim etməyə çalışanlara xoş gəlməyə bilər. Lakin deyildiyi kimi, bu, yaradıcı stixiyanın tələbidir. Burada Floberin "Madam Bovari - mənəm" ifadəsi yada düşür. Sözsüz, bu ifadə Emma Bovari obrazının yalnız təxəyyül məhsulu olduğunu, heç bir prototipinin mövcud olmadığını vurğulamaq məqsədi ilə də səsləndirilə bilərdi. Amma ən populyar şərh bundan ibarətdir ki, Bovari - ədəbi xarakter kimi, yazıçının öz daxili dünyasını əks etdirən personajdır.

"Duyğular imperiyası"nı maraqlı və oxunaqlı edən məqamlardan biri də esse qəhrəmanının məhz yeganə düzgün dəyərləndirmələrə və ya təsbitlərə iddia etməməsi, yaxud onun subyektivizmidir. Subyektiv olmağı bacarmayan qələm adamları mənə həmişə maraqsız gəlib. Çünki arzuladığımız "hazırlıqlı" oxucu çox zaman müəllifin subyektiv baxışları və yanaşmaları ilə tanış olmaq istəyir. Həm də ona görə ki, pafos, yalançı həyatsevərlik və yersiz ritorika ədəbiyyatın düşmənidir. Məsələn, "İnsan, onun bu dünyada mövcudluğu, dünya və kainat barədə bildiklərim məndə bu dünyaya bir də qayıtmağa maraq yaratmır" - bəlkə də, hansısa mədəni kodlarla, üfürə-üfürə saxladığımız kitabların təlqin etdiyi, insana ürək-dirək vermək məqsədi güdən fikirlərlə uyuşmur, amma şəxsən mənə olduqca tanış hissdir.

Afaq Məsud "condition humaine" ("insan situasiyası") qavramını real boyalarla, əsrlərlə ehkamlaşmış qənaətlərin mental yaşına məhəl qoymadan, başlıcası isə, səmimi şəkildə ifadə edən az-az sənətkarlarımızdandır. Onun ədəbiyyatımızdakı yerini və mövqeyini müəyyənləşdirən məqamlardan biri də çeşidli ədəbi illüziyalardan kənarda dayanmasıdır. Mövlana nahaqdan yazmayıb ki: "Qələmin rüzgardan, kağızın sudandırsa, nə yazsan yox olacaq". Afaq Məsud bunu bildiyi üçün ədəbiyyatımızda həmişə var olacaqdır.

***

Afaq Məsudun "Dovşanın ölümü" hekayəsi ədəbiyyatımızda həcmcə kiçik, lakin roman potensialı daşıyan ən uğurlu əsərlərdəndir. Etiraf edim ki, onun əsərlərinin çoxunu məhz bu hekayə ilə tanış olduqdan sonra oxumuşam. Bu hekayədə "həyat və ölüm" fəlsəfi konflikt rolunda çıxış edir. Adi məişət hadisəsi - dovşanın ölümü son dərəcə təsirli bədii hadisəyə çevrilir. Burada təsvir olunan situasiya maraqlı həyat dramını əks etdirən özünəxas güzgü rolunu oynayır. Ölüm - burada güzgünün arxa hissəsi, qaranlıq tərəfidir ki, bunsuz heç nəyi görmək mümkün olmazdı… Yazıçının digər hekayələri və "Dəfn", "İzdiham", "Azadlıq" və s. romanları da məhz bu cür bədii paradiqmaya əsaslanır. Odur ki, yazıçının arxa planda olan qəhrəmanlarının belə öz qabarıq xarakteri var.

Böyük ədəbiyyatı "kiçik" ədəbiyyatdan fərqləndirən odur ki, ikinci adətən hansısa fərdin əhvalatını danışır, əsl ədəbiyyat isə, insan tiplərindən bəhs edir. Bu tipləri görmək, onların dünyasını qələmə almaq hər yazıçıya nəsib olmur. Mübaliğəsiz deyirəm, Afaq Məsud böyük ədəbiyyatın təmsilçisidir.

***

Dəfələrlə şahidi olmuşam: Rusiya və Türkiyədə, keçirilən ədəbi məclislərdə mötəbər qələm adamları onun ayrı-ayrı əsərləri haqqında olduqca yüksək fikirlər səsləndiriblər. Təsəvvür etmək çətin deyil, onun yerinə başqası olsaydı, bu fikirlər ölkənin bütün qəzetlərinin manşetini bəzəyərdi. Amma Afaq Məsud bunun üçün heç barmağını da tərpətməyib. Məncə, onun yazıçı obrazına bu ştrixi də əlavə etmək yerinə düşür.

Etimad BAŞKEÇİD
05.06.2017



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər
Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Afaq Məsudun Gürcüstanda kitabı nəşr olunub

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis
Afaq Məsud: “Ədəbiyyatın yaratdığı körpülər əbədi körpülərdir”

Afaq Məsud: “Ədəbiyyatın yaratdığı körpülər əbədi körpülərdir”

Ədəbi əlaqələr, Tiflis
Afaq Məsud: “Hazırda üzərində işlədiyim əsər Tərcümə Mərkəzidir”

Afaq Məsud: “Hazırda üzərində işlədiyim əsər Tərcümə Mərkəzidir”

Bədii Tərcümə
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət

Tiflisdə Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Müasir Azərbaycan n ...

Ədəbi əlaqələr, Tiflis
PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbi cameədə xaos var...

Ədəbi cameədə xaos var...

Ədəbi tənqid
Poetik duyğuların zərif və səmimi ifadəsi

Poetik duyğuların zərif və səmimi ifadəsi

Humanitar elmlər, Ədəbi tənqid, Bədii Tərcümə
ƏDALƏT  MƏDƏDOĞLU (1968)

ƏDALƏT MƏDƏDOĞLU (1968)

Başkeçid
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı  ...

Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” adlı yeni kitabı ...

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı
Esse məktəbdə...

Esse məktəbdə...

ADPU
Axı kitab oxumaq mədəniyyətdir!

Axı kitab oxumaq mədəniyyətdir!

Təhsil, Mədəniyyət
“Canlı Kitablar” layihəsi Marneulidə

“Canlı Kitablar” layihəsi Marneulidə

Borçalı
Afaq ŞIXLI (1969): Rübailər...

Afaq ŞIXLI (1969): Rübailər...

RÜBAİLƏR, Rusiya
İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab

İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab

MEDİA, Ədəbi tənqid
Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Bədirxan Əhmədov «Qızıl Kəlmə» mükafatına layiq görüldü

Elm
İmran Qasımovun dramaturgiyasında insan amili

İmran Qasımovun dramaturgiyasında insan amili

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbiyyatşunaslıq, Müsabiqə
VAQİF SULTANLININ AZƏRBAYCAN  MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

Yeni nəşrlər, BDU
Rəy yazın: