Natalya Cavaxişvili: Heydər Əliyevin gürcü xalqı üçün etdiklərini unutmayacağıq Ədəbi əlaqələr, Gürcüstan, Rustavi 19 декабря 2023 266 0 1 2 3 4 5 “Azərbaycan bizim yaxın qonşu, bizə çox yaxın olan dost və qardaş ölkədir. Gürcü xalqı Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevi çox sevir. Biz Onun gürcü xalqı üçün etdiklərini unutmayacağıq. Bu gün mənim direktoru olduğum Rustavi şəhər 18 saylı ictimai məktəbdə Ulu Öndərin 100 illik yubileyinin qeyd edilməsi bizim üçün qürurvericidir. Biz buna çox şadıq və belə bir tədbiri təşkil etdiklərinə görə Azərbaycanın Gürcüstandakı səfirliyinə və “Salam Mədəni-Xeyriyyə Təşkilatı”nın rəhbərliyinə təşəkkürümüzü bildiririk”.Bu sözləri AZƏRTAC-a müsahibəsində Rustavi şəhər 18 saylı ictimai məktəbin direktoru Natalya Cavaxişvili söyləyib. O deyib: “Məktəbimizin Azərbaycan dili bölməsinin müəllim və şagirdləri tez-tez maraqlı bayram tədbirləri keçirirlər. Yeni il, Novruz bayramı, Ulu Öndər Heydər Əliyevin doğum günü, eləcə də gürcü xalqının milli bayramlarında gürcü və azərbaycanlı müəllim və şagirdlərimiz birlikdə çox maraqlı şənliklər təşkil edirlər. Bu gün də məktəbimizdə möhtəşəm tədbir - Heydər Əliyevin 100 illik yubileyi qeyd olundu. Hesab edirəm ki, bu cür tədbirlər bizi daha da yaxınlaşdırır, dostluğumuzu daha da möhkəmləndirir. Ona görə də hesab edirəm ki, bu cür tədbirlər daha çox təşkil edilməlidir”. Onun sözlərinə görə, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri var.“Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Heydər Əliyev kimi şəxsiyyətlər tarixdə çox az-az olurlar. Azərbaycan xalqı çox haqlı olaraq öz liderinə belə böyük hörmət və rəğbət bəsləyir. Gürcü xalqı da Heydər Əliyevi çox sevir. Ona görə də qətiyyətlə deyə bilərəm ki, Heydər Əliyev xalqlarımızın qəlbində hələ uzun illər yaşayacaq”, - deyə N.Cavaxişvili vurğulayıb.Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisi, 19 dekabr 2024-cü ilZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.