YAZIÇI DOSTLUĞUNUN ŞƏFƏQİ Ədəbi əlaqələr, Tiflis 3 сентября 2018 Həftəlik “Arqumentı i faktı” (“Аргументы и факты», №32) qəzetinin 8 iyul 2018-ci il sayında dərc olunan “Yazıçı dostluğunun şəfəqi” adlı geniş məqalədə Tbilisi Yazıçılar Evinin əsas yığıncaqlar salonunda Gürcüstan Yazıçılar Birliyi və Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin birgə çap etdikləri “Sxivi – Şəfəq” və Azərbaycan bölməsi “Körük” dərgilərinin təqdimat mərasimi Gürcüstan ədəbi mühitində xüsusi əhəmiyyətli hadisə kimi qeyd edilmişdir.Məqalədə deyilir: “Təqdimatda əksəriyyəti Gürcüstan vətəndaşı olan gürcü və azərbaycanlı söz adamları, elm və yaradıcılıq dairələrinin və Türkiyə Dövlət strukturlarının nümayəndələri iştirak etmişlər.Dərgilərin kollektivini Kvemo Kartli qubernatorunun müavini Zaur Darqallı, Yunus Əmrə adına İnstitutun direktoru Selcuk Kurşadi, digər rəsmi şəxslər təbrik etmiş, gələcək yaradıcılıqlarında müvəffəqiyyətlər arzulamışlar.-Bu gün bayramdır -- Azərbaycan və Gürcüstanın bayramı, - deyə, Gürcüstan Yazıçılar Birliyinin sədri, Gürcüstan-Azərbaycan ədəbi əlaqələrin inkişafının fəallarından biri olan, şair Bağater Arabuli mərasimi açmışdır. – Hər millətin, hər xalqın mahiyyəti onun mövcud olduğu müddət ərzində yaratdığı ədəbi irsin, incəsənətin səviyyəsində müəyyən olunur. Bu nöqteyi nəzərdən Azərbaycan da, Gürcüstan da nəinki Qafqaz coğrafi məkanında, hətta, demək olar, dünya miqyasında yüksək nəticə əldə etmişdir. Biz beynəlxalq miqyasda humanitar nümunə göstərərək qarşılıqlı hörmət dostluq və qardaşlıq aləmi yaradırıq.Ötən ilin noyabr ayında Gürcüstan Yazıcılar Birliyi nəzdində Azərbaycan bölməsi yaratdıq. Bu, ədəbi birliyimizin tarixində daha bir mühüm tarixi fakt oldu. Qarşımıza qoyduğumuz məqsədlərə artıq nail oluruq. “Sxivi-Şəfəq” və “Körük” buna bir nümunədir.Allahverdi Təkləli, GYB-nin Azərbaycan bölməsinin rəhbəri: - Dərgilərimiz yalnız Gürcüstanda deyil, bütün türkdilli məkanda yayımlanacaq. Səsimiz, müasir gürcü yazarlarının səsi Respublikadan kənarlardan gələcək.Vladimir Sarişvili, GYB-nin beynəlxalq şöbəsinin rəhbəri, “Arqumentı i faktı” qəzetinin Gürcüstan üzrə rəhbəri: -Mən də yeni gürcü-Azərbaycan ədəbi dərgisinin işıq üzü görməsi münasibətilə təbrik edən bütün ünlü qələm dostlarıma qoşulur, əməkdaşlara yaradıcılıq uğurları arzu edirəm!Əziz DƏLİVƏLLİ,Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsi.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.