DİQQƏT, DİQQƏT!... Əziz və hörmətli BORÇALILILAR!.. Turan, Gürcüstan, Tiflis, Rustavi, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Qaraçöp, Qabal, Qaracalar, Batum, Ağbulaq, Kaspi, Msxeta, Arxiv, Müşfiq Borçalı 7 февраля 2016 2696 DİQQƏT, DİQQƏT!... Əziz və Dəyərli BORÇALILILAR! Çox hörmətli soydaşlarımız!..Böyük fərəh hissi ilə nəzərinizə catdırırıq kı, hələ 1990-cı ildə Bakıda, 1996-cı ildə Türkiyədə - Ərzurumdaçap olunmuş "Ağır elli Borçalı", 1994-cü ildə Bakıda çap olunmuş "Çağdaş Borçalı ədəbi məktəbi",1996-cı ildə çap olunmuş "Borçalı toponimləri", 1997-ci ildə Bakıda, 1998-ci ildə Təbrizdə çap olunmuş "Borçalı aşıqları", 1998-ci ildə Bakıda, 2000-ci ildə Tehranda çap olunmuş "Gürcüstanda Azərbaycan Mətbuati", 1998-ci və 2000-ci illərdə Bakıda çap olunmuş "Borçalı şəhidləri" və s. kitablarımdan sonra nəhayət ki, 2000-ci ilin əvvəllərində nəşr etdiyimiz "BORÇALI ENSİKLOPEDİYASI" adlı çoxcildli kitabımızın yeni nəşrini çapa hazırlayırıq... Bildiyiniz kimi, "SAZLI-SÖZLÜ BAŞKEÇİD" adlı 3 cildlik kitabımız (2015), məhz bizim tərtib və naşirliyimizlə, 5 cildlik "ZİRVƏ" Poeziya antologiyası (2017-1018), eləcə də çoxcildli "Sazlı-Sözlü BORÇALI" və "Rübailər" Ədəbi məcmuələrinin ilk cildləri də məhz elə bu günlərdə artıq işıqüzü görüb və onları siz dəyərli oxucularımızın ixtiyarına verməkdən böyük məmnunluq duyuruq.Bu yaxınlarda isə "BOLNİSİ və BOLNİSİLİLƏR: Dünən və Bu Gün" adlı 5 cildlik kitabımızın 3 cildini Sizlərə təqdim edəcəyik.Odur ki, Sizlərdən artıq dərəcədə xahiş edirik ki, əvvəlki nəşrlərə düşən və ya düşməyən soydaşlarımız haqqında bizə ətraflı məlumat verəsiniz ki, biz onlar haqqında da ətraflı yazıb gələcək nəsillərə çatdıra bilək... Ulu Borçalımızın tarixi, dünəni və bu günü, yer-yurd adları - toponimləri, Elimizin-obamızın məşhurları, alimləri, muəllimləri, həkimlərli, hərbciləri, polisləri, ədliyyə və huquq-mühafizə işçiləri, idmancıları, dövlət qulluqçuları və iş adamları, din, mədəniyyət və incəsənət xadimləri, aşıqları, şairləri, yazıçıları, bir sözlə, saz-söz adamları və başqaları haqqında, xüsusilə də sabahlarına daha böyük ümidlər bəslədiyimiz dəyərli gənclərimiz haqqında bilgilərdən ibarət olan bu kitablar bir növ ULU BORÇALImızın AYNASI olacaq... Və onu da diqqətinizə çatdırırıq ki, Sizin doğulub boya-başa catdığınız kəndiniz, özünüz və ya qohumlarınız - dostlarınız, tanışlarınız, eloğlunuz və başqaları haqqında yazıb bizə göndərəcəyiniz bütün yazılarda və fotolarda müəllif hüquqlarınız qorunacaqdır... Çap olunacaq kitabları "Borçalı" nəşriyyatından əldə etmək olar... Sizlərə uğurlar arzulayırıq və... "BORÇALI ENSİKLOPEDİYASI" ilə əlaqədar bizə dəyərli tövsiyyələrinizi və məsləhətlərinizi yazmağınızı xahiş edirik.... Əziz, soydaşlarımız, hamınıza əvvəlcədən təşəkkür edirik!!.. Dərin hörmətlə, Müşfiq BORÇALI. Telefon nömrələrimiz: +994 50 - 322 - 05 - 55 +994 70 - 322 - 05 - 55+994 55 - 692 - 05 - 55 +994 40 - 225 - 25 - 55+994 50 - 776 - 77 - 77 Ünvanımız: Bakı - 1073, Yasamal rayonu, Elmlər Akademiyası, Mətbuat prospekti, 529-cu məhəllə. "Azərbaycan" Nəşriyyatı, IV mərtəbə,"Şərqin səsi" redaksiyası, "Borçalı" nəşriyyatı.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.