MEHMAN RASİMOĞLU (1983) Dünya » Turan 23 февраля 2023 1148 Mehman Rasimoğlu (Rzayev Mehman Rasim oğlu) - 1983-cü il mart ayının 27-də Tovuz rayonunda ziyalı ailəsində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olub. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. Aşıq Əsəd Rzayevin nəticəsidir.Mehman Rasimoğlu tələbəlik illərindən BDU-nun Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən “Jurnalist” qəzetində, “Azad Azərbaycan”, “525-ci qəzet”, “Azad qələm”, “Palitra”, “Tovuz” və başqa qəzetlərdə, “Bölgələrdən səslər-2” (2014), “Qazax mahalının şairləri” (2016), “Varislər”dən gələn səslər-1” (2017) almanaxlarında, “Ulduz”, “Yurd”, “Telli Sənəm” jurnallarında, “Dünyaya yayılsın anamın adı-1”, “Dünyaya yayılsın anamın adı-2”, “Qeyrətdən gələn haray” antologiyalarında (2020), “Vətən”, “Canım Azərbaycanım”, “Turan”, “Xarıbülbül” ədəbi məcmuələrində (2022) “Zirvə” ədəbi-bədii, elmi-publisistik məcmuəsinin “Poeziyamızın Nizami Gəncəvi Zirvəsi” adlı xüsusi buraxılışında şeir və məqalələri dərc olunub. “İlk məhəbbətim” , “Könlüm məhəbbətin harayındadır” və “Doğmalar da yadlaşarmış” adlı şeirlər kitablarınının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Nəsimi” poeziya diplomu mükafatçısıdır. Prezident təqaüdçüsüdür.Biz də Mehman Rasimoğluna yeni-yeni uğurlar arzulayır vəaşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzYAD CİSİM Bir yad cisim kimi girdim könlümə,Can maraq göstərir, vərdişə gəlmir.Könlüm tərə batıb hicrin oduna,Əriyib gedirəm, bilərək silmir.Dünya fəğan etdi, qalxdılar haya,Yad cismin zərərin çəkdilər saya.Dedilər oxşayır əbədi vaya,Sinəm məngənədə, ürəyim gülmür.Sanki cəhənnəmdi, zülmü betərdi,Ömrümdə aldığım ən sərt xətərdi.Ölümə aparan xəbər - ətərdi,Dərdlərim əlindən öldürə bilmir. GÖZƏLNecə qəmzəlidi, necə də nazlı,Ürkək baxışları mehriban gözəl.Yanağı al lalə - bir kəlmə sözə,Ürəyi həsrətdən pərişan gözəl.Gözünün yaşını sel aparıbdı,Könlünün tacını el aparıbdı.Sevincin fırtına, yel aparıbdı,Ömrünün baharı zimistan gözəl.Gözündə sevgi var qəbir daşın da,Bir illik həsrəti min bir yaşında.Qara saç qalmayıb cavan başında,Tükənir əzabdan anbaan gözəl.Gözəl qəlbi vardı, ülfəti vardı,Ayrılıq libası ruhuna dardı.Ancaq eşqi ilə o bəxtiyardı,Xoşbəxtlik hissini unudan gözəl.EYLƏRƏMGözəl gözlərinə, gül baxışına,Gözümün nurunu qurban eylərəm.Məhəbbət ətirli gülüşlərinə,Könlümü əbədi heyran eylərəm.Sənə göz qoyanın gözü tutulub,Eşqin lal eləyib, sözü tutulub.Qarşında diz çöküb; dizi tutulub.Sənsiz yalan ömrü üsyan eylərəm.Nə gözəl yaradıb Allah bu qızı,Könlümün quşunu ovlayır nazı.Dolanır içimdə qəribə sızı,Beləsin ruhuma dərman eylərəm.Dildə "can!" - gəzdirir, qəlbində ocaq,Eşq dolu ülfəti var qucaq - qucaq.Könlüm beləsiylə xoşbəxt olacaq.Başqasın ömrümə zindan eylərəm.ALLAH ÖZÜ YARADIBDIR BU QIZIBax, gör nə gözəldi, necə qəşəngdi,Allah özü yaradıbdır bu qızı.Duruşu bir gözəl, qəmzəsi eşqdir,Eşqin gözü yaradıbdır bu qızı.Gözləri dəryadı, baxışı sirrdi,And yeri, şeirdi, nəğmədi, pirdi.Ülfəti mehriban, sevgisi hürdü,Haqqın izi yaradıbdır bu qızı.Məhəbbətdi başdan-başa dünyası,Onunla silinib könlümün pası.Uğruna ağarıb gözüm qarası,Qəlbim közü yaradıbdır bu qızı.Enib göydən, canıma can gəlibdi,Hökmdardı, könlümə xan gəlibdi.Səadətdi, ömrümə şan gəlibdi,Əhdin sözü yaradıbdır bu qızı. UTANIRAM "Üşüyürəm" -demək beləHaram gəlir, utanıram!Gecə - gündüz yatammıram,Vicdan dəlir, utanıram!Minlərlə türk can hayında,Ölüm - qalım vayvayında.Soyuqda can harayında,Səssiz ölür, utanıram!Əlim yetmir, sözüm çatsın,Dəstək verək, dözüm çatsın.İsinməyə közüm çatsın,Allah bilir, utanıram!Yaralıya can olubdu,Ürək olub, qan olubdu.Türk dünyaya xan olubdu,Nadan gülür, utanıram!QALMAYIBSürünə-sürünə gedir bu ömür,Ayağa qalxmağa taqət qalmayıb.Vüsal həvəsiylə yaşamaq üçün,Könlümdə zərrəcə həsrət qalmayıb.Dünən ötüb-keçib, sabah yalandı,Bütün yol, küçələr dardı, dalandı.Maraqlı nə varsa içdən talandı!Sevincli, kədərli heyrət qalmayıb.İllər suya dönüb sel kimi gedir,Arzular tökülüb, tel kimi gedir.Ümidlər əlimdən yel kimi gedir,Vətəndə andığım qürbət qalmayıb.Daha qınaqlar da yersiz görünür,Könlümə məhəbbət qəliz görünür.Allahın yanına bir iz görünür,Qəlbimdə dünyaya hörmət qalmayıb.Günəş nur əvəzi kədər ələyir,Ay, ulduz dünyamı qəmə bələyir.Bu can gecə- gündüz ölüm diləyir.Ruhumda həyatla vəhdət qalmayıb.BAXMADIN Əbədilik ömür verdim uğruna,Bir gözucu dönüb mənə baxmadın!Tufan qopdu, sel apardı könlümü,Duman çökdü, dönüb çənə baxmadın!Gül gəzərkən düşdüm eşqin xarına,Yaz ortası dondum hicran qarına.Pöhrə idim məhəbbətin barına,Ayaq altda qalan dənə baxmadın!Xatirəni sənsizliyə tay etdim,Gözlərimin nurun sənə pay etdim.Çox çağırdım, haray etdim, hay etdim,Səsim batdı, sənli ünə baxmadın!Şeir bildim qaşlarını, gözünü,Nəğmə bildim ülfətini, sözünü.Alışdırdın məşəqqətli közümü,Dərddən külə döndüm, yenə baxmadın!Allah idi səni mənə bağlayan,Sevgin vardı ürəyində çağlayan.Biganə gözlərdi məni dağlayan,İçimdə sızlayan sənə baxmadın! ŞƏHİD ATASINecə də bənzəyir biri - birinə,Qaməti bükülmüş şəhid atası.Ömrünün yarısı tarimar olub,Sarayı sökülmüş şəhid atası.Gözləri kədərli, ürəyi dağlı,Bitməyən nisgil var ruhunda saxlı.Oğlunu axtarır xəyal çıraqlı,Həsrətdən çökülmüş şəhid atası.Gözünün nurunu torpağa verdi,Oğlunun qanını bayrağa verdi.Sevincin payızda yarpağa verdi,Arzusu tökülmüş şəhid atası.Şərəflə, qürurla bəzənib sözü,Hicranla közərir ruhunun közü.İcindən ağlayır,... könlünün gözüYollara tikilmiş şəhid atası.Qəhrəman böyüdüb Azərbaycana,Şəhidlik verildi mərd , qəhrəmana.Sarıldı rəsminə can yana - yana,Bəbəyi çəkilmiş şəhid atası.ZiM.Az MƏN SƏNƏ QAYIDACAĞAMAğlama gözəlim, bu ayrılığa,Nə vaxtsa mən sənə qayıdacağam.Ellər düşmən oldu, illər tamarzı!Vüsal istisinə qayıdacağam,Nə vaxtsa mən sənə qayıdacağam.Könlünün oduna köz salacağam,Nazlı baxışına göz salacağam,Ülvi məhəbbətdən söz salacağam.Gül olub çəmənə qayıdacağam,Nə vaxtsa mən sənə qayıdacağam.Dünya sirkələnsə, ağ qara olsa,Yolumun üstündə dərd, yara olsa,Yüyürüb gələrəm, can, hara olsa!Ağlama, bil, yenə qayıdacağam,Nə vaxtsa mən sənə qayıdacağam.Sənsizəm, mənim də halım lap yaman,Təbiblər tapmırlar dərdimə dərman.Ölüm kağızımı ediblər fərman.Ruhuma, vətənə qayıdacağam,Nə vaxtsa mən sənə qayıdacağam.Könlüm dağ-dağ olub, hicrin od saçır,Məşəqqət zülmətin yolunu açır,Cəhənnəm oduyam, sel məndən qaçır.Bülbüləm gülşənə qayıdacağam,Nə vaxtsa mən sənə qayıdacağam.Sənin göz yaşların –mənim nəfəsim,Qəmli hıçqırığın mənim eşq səsim.Hər iki dünyada sən mənim bəsim.Ölsəm də mən mənə qayıdacağam,Nə vaxtsa mən sənə qayıdacağam.ÖZÜMƏ GƏLMƏYƏ BİR İZ GÖSTƏRİNSəni tanıyandan üzü bu yanaÖmrüm zillət dolu, günüm də qara.Sənə könül verdim güllü-çiçəkli,Gülümün yerinə doldurdun yara.Mən çəmən zənn etdim tək bircə gülü,Gülüstan bilmişdim səhranı, çölü.Könlüm məzar daşı, sevincim ölü,Sabahım səninlə çəkilib dara.Bitməz nağıl idim, eşq əfsanəsi,Başına yığmışdı sevgim hər kəsi.Qalmayıb könlümün ilıq nəfəsi,Dönmüşəm səninlə zəhərli mara.Başımı qoymağa bir diz göstərin,Səndən daha betər bir biz göstərin.Özümə gəlməyə bir iz göstərin,Bilmirəm bu dərdlə gedirəm hara?! GETDİTək gəldi dünyaya, tək yaşa doldu,Təkcə də dünyanı tərk etdi, getdi.Həyat bir tamaşa, hər gün bir oyun,Rollar da yalanmış-dərk etdi, getdi.Təklikdən çırpındı, durdu ürəyi,Kimsədən ummadı zərrə köməyi.Sevgisiz çürüyüb düşdü dirəyi,Süründü, ömrünü çirk etdi, getdi.Kim deyib insanlar qoşa yaranıb,Kefə, əyləncəyə, xoşa yaranıb?!Şəkli vurulmaqçün daşa yaranıb!Gələn iztirabı kürk etdi, getdi.Dünyada nifrətdən safın görmədi,Sevgi bağçasından bəhər dərmədi.Məşəqqət yükünü aşkar sərmədi,Pünhanca könlünə görk etdi, getdi. QARABAĞ YOLUTovuzdan başladı Qarabağ yoluBu yol zəfər yolu, Turan yoludur!Vətənim uğrunda hər bir şəhidinBayraqla ucalan al qan yoludur!Dünya sirkələndi TÜRKün gücünə,Ordum səbəb oldu düşmən köçünə.Qarabağ başladı kol-kos biçinə,Bu yol şərəf yolu, bu şan yoludur.Illər sonra gülür üzü Vətənin,Sevincdən od tutub közü Vətənin,Vüsala yol alıb izi Vətənin,Bu yol Allah yolu, Quran yoludur.Qarabağ torpağın yorğan eylədi-Igidlər canını qurban eylədi.Şəhidlik zirvəsin heyran eylədi-Bu qürur yoludur, bu can yoludur!Bəzənib bayraqla Azərbaycanım!Azadlıq eşqinə qurbandır canım!Qarabağ-Vətənim, şöhrətim, şanım! Qarabağ yar yolu, canan yoludur. SEVGİ VERSevgi görsən bir könüldə dilənən,Tut əlindən, gözlərinlə sevgi ver.Üst-başının tozunu sil, təmizlə,Ucalt göyə-dizlərinlə sevgi ver.Qoy dilənsin eşq yolunda ürəklər,Alovlansın sevgi ilə diləklər.Zəncirlənsin eşqi boğan biləklər,Könüllərə izlərinlə sevgi ver.Bayraq elə, qaldır başa sevgini,Ömrün qədər qoşa yaşa sevgini.Yalan vədlə vurma daşa sevgini,Ocağına közlərinlə sevgi ver.Sevgi ümid, sevgi nəfəs, səadət,Sevgi arzu, könüllərdə səltənət.Sevgi verir insanlara mərhəmət,Ülfətinə sözlərinlə sevgi ver.MEHMAN RASİMOĞLUZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.