Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağlı birgə bəyanat yayıb

Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağlı birgə bəyanat yayıb Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı birgə bəyanat imzalayıb.

Diasporla iş üsrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Esmira xanım XƏLİLOVA ZİM.AZ-a bildirib ki, Bəyanatda Türkiyə Konstitusiyasına zidd olaraq ölkədə hakimiyyəti güc yolu ilə dəyişdirmək, demokratiyanın təməl prinsiplərini tapdalayaraq dövləti zorla ələ keçirmək cəhdləri qətiyyətlə pislənilir: "Yaşananlar bölgədə önəmli mövqeyə sahib olan Türkiyə Cumhuriyyətinə, Atatürk ideyalarına, Konstitusiyaya və demokratiyanın fundamental dəyərlərinə zərər vurmaq istəyindən başqa bir şey deyildir. Türkiyədə yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyə xalqının və dövlətinin yanındadır" - deyə bəyanatda vurğulanır.

Azərbaycan diaspor təşkilatları Türkiyənin demokratik və dünyəvi dövlət kimi bundan sonra da qarşıya çıxan bütün maneələri uğurla dəf edəcəyinə inamlarını ifadə ediblər. "Türkiyənin çevrilişlərə və qiyamlara deyil, demokratiyaya ehtiyacı var. Keçmişdə baş verən çevrilişlərin hansı nəticələrə gətirdiyini Türk xalqı yaxşı xatırlayır" - bəyanatda vurğulanır.

Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağlı birgə bəyanat yayıb Diaspor təşkilatları Türkiyədə yaşayan bütün azərbaycanlıların Türk xalqının və dövlətinin demokratiya uğrunda mübarizəsini dəstəklədiyini bildirərək, həmvətənlərimizi dövlət çevrilişi cəhdinə etiraz məqsədilə keçirilən aksiyalarda fəal iştirak etməyə çağırıb. "Bu xain təşəbbüsün qarşısının alınması zamanı canlarından keçmiş qardaşlarımıza Allahdan rəhmət diləyir, onların yaxınlarına və bütün Türk xalqına başsağlığı veririk. Türkiyə tarixin daha bir ağır sınağından üzüağ çıxmışdır. Tarix növbəti dəfə böyük Türk xalqının öz dövlətinə və Vətəninə nə qədər sadiq oldğunun şahidi oldu!" - bəyanatda belə deyilir.

Bəyanat Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İsTAD), Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Eskişehir Azərbaycan Dərnəyi, Ankara Türkiyə Azərbaycan Dərnəyi (TAD), Kahramanmaraş Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və digər diaspor təşkilatları adından yayılıb.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Rəsmi Xəbərlər, Turan
Türkiyədə DÖVLƏT ÇEVİRİLİŞİnə cəhd edildi

Türkiyədə DÖVLƏT ÇEVİRİLİŞİnə cəhd edildi

Kriminal, Turan
Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Turan, Avropa, Diaspora
Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir

Borçalı, Rusiya, Diaspora
Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Rustavi, Borçalı, Turan
Moskvada Diaspor təşkilatları erməni təxribatının qarşısını alıb

Moskvada Diaspor təşkilatları erməni təxribatının qarşısını alıb

Rusiya, Diaspora
Mətbuat Şurasının Azərbaycan jurnalistlərinə MÜRACİƏTİ

Mətbuat Şurasının Azərbaycan jurnalistlərinə MÜRACİƏTİ

MEDİA, Turan
Türkiyə Səfirliyinin müşaviri Mətbuat Şurasında olub

Türkiyə Səfirliyinin müşaviri Mətbuat Şurasında olub

MEDİA, Turan
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa, Rusiya, Diaspora
Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Avropa, Diaspora
“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

Elm
Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi bəyanat ya ...

Rusiya, Diaspora
Beynəlxalq  Antiişğal Forumu Türkiyədəki terror aktını lənətlədi

Beynəlxalq Antiişğal Forumu Türkiyədəki terror aktını lənətlədi

Turan
AzTU rəhbərliyi Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anıb

AzTU rəhbərliyi Türkiyə səfirliyinin qarşısında zəlzələ qurbanlarını anıb

AzTU
Dünya Azərbaycanlıları Assambleyası BƏYANAT yayıb:

Dünya Azərbaycanlıları Assambleyası BƏYANAT yayıb:

Dünya, Diaspora
Türkiyədə ÇEVRİLİŞ: Prezident Ərdoğan İstanbula gedir — TƏCİLİ

Türkiyədə ÇEVRİLİŞ: Prezident Ərdoğan İstanbula gedir — TƏCİLİ

Dünya, Turan
Hüseyn Yusubov:

Hüseyn Yusubov: "İşğal olunmuş torpaqlarımızı işğalçılardan azad etmək Azə ...

Qarabağ, Gürcüstan, Borçalı
AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU, Turan

"Yeni Yurd" Ankarada yaşanan teror hadisəsi ilə bağlı Türkiyənin Azərbayc ...

Azərbaycan
Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Polşada azərbaycanlı gənclərin I Forumu keçiriləcək

Avropa, Diaspora
Rəy yazın: