Yaşar Əhməd oğlu Azadəliyev (01.01.1961-03.07.2023) Qərbi Azərbaycan, UNUTSAQ, UNUDULARIQ!.... 9 августа 2023 1548 80 1 2 3 4 5 ALLAH RƏHMƏT ELƏSİN!.. ***Oymaq-oymaq gəzmişəm,Qafanımın dağların.Ətək-ətək yığmışam,Meyvəsini bağların. Uşaqlığım şən keçib,Dərdim-sərim olmayıb.Gəncliyim orda itib,İndi heç nə qalmayıb.***Baxça solar, bahar gedər, bar gedər,Yağış yağar, suya dönər, qar gedər,Tale yatar, ömür bitər, var gedər,Dünya boyu, qalasıdır yaxşılıq...Qədim Zəngəzur mahalının Qafan rayonunun Mahmudlu kəndinin ziyalı nəslinin davamçısı Yaşar Əhməd oğlu Azadəliyevin vəfatından kədərləndiyimizi bildirir, onun ailəsinə, qardaşlarına, yaxınlarına dərin hüznlə baş sağlığı verir və Allahdan səbr diləyirəm.Mehriban qohum, səmimi insan, qayğıkeş ailə başçısı, sədaqətli ömür-gün yoldaşı, sevimli baba, misralarında insan qəlbini ovudan şair Yaşar müəllimin əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaqdır!Hörmətlə, Dayı nəvəsi Bəhruz Piriyev.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.