Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib Orta Asiya, Diaspora 27 апреля 2017 TƏBRİK EDİRİK!..Qazaxıstanın paytaxtı Astanada keçirilən Qazaxıstan Xalqı Assambleyasının XXV sessiyası çərçivəsində quruma yeni sədr müavinləri təyin edilib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sərəncamına əsasən Qazaxıstandakı Azərbaycanlıların Respublika Assosiasiyasının rəhbəri Abilfas Xamedov və Aktübin İctimai Şurasının sədri Sergey Veşnyak Assambleya sədrinin yeni müavinləri olacaq. Bu barədə sessiyadakı çıxışında məlumat verən Qazaxıstan Prezidenti bildirib ki, “bütün qazaxlar və Assambleya onları tanıyır. Etirazınız yoxdursa, mən onların Qazaxıstan Xalqı Assambleyası sədrini müavinləri təyin edilməsi haqda sərəncam imzalayım”.Qazaxıstan Respublikası Prezidenti yanında məsləhətçi qurum olan Qazaxıstan Xalqı Assambleyasının vəzifəsi dövlətin milli siyasətinin işlənməsi və həyata keçirilməsinə dəstək göstərməkdir. Assamleyanın sədri ölkə Prezidenti Nursultan Nazarbayevdir.Xatırladaq ki, Qazaxıstan Xalqı Assambleyasının yeni sədr müavini, soydaşımız Əbilfas Xamedov Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.Dəyərli soydaşımız Abilfas Xamedovu təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.