Azərbaycan Diasporuna Dəstək Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib Dünya » Diaspora 11 октября 2019 2019-cu il oktyabrın 11-də Azərbaycan Diasporuna Dəstək Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. İclasda baxılması üçün Müşahidə Şurasına Fondun elektron sisteminə diaspor təşkilatları və nümayəndələri tərəfindən cari ilin sentyabr ayı müddətində daxil olan 24 layihə təqdim olunmuşdur. Şura diaspor təşkilatları tərəfindən ünvanlanan 11 layihənin maliyyələşməsinə, 7 layihənin maliyyələşməsindən imtina edilməsinə, həmçinin fərdi lahiyə müraciətləri arasından 3 layihənin maliyyələşməsinə və 3 layihənin maliyyələşməsindən imtina edilməsinə qərar vermişdir.Layihəsi Fond tərəfindən maliyyələşəcək təşkilat və fərdləri təbrik edir və onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik!Müraciətçilər elektron poçt vasitəsilə məlumatlandırılacaqlar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.