Diaspor rəhbəri Litvada deputatlığa namizədliyini irəli sürüb

Diaspor rəhbəri Litvada deputatlığa namizədliyini irəli sürüb Litvada yaşayan soydaşımız, Azərbaycanın Əməkdar jurnalisti, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Mahir Həmzəyev
Litva Respublikası Seyminə deputatlığa namizədliyini irəli sürüb.


Litvada parlament seçkisi 2016-cı il oktyabrın 9-da keçiriləcək.

Qeyd edək ki, 1958-ci ildə Quba rayonunda doğulan Mahir Həmzəyev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, daha sonra Vilnüs Dövlət Universitetinin aspiranturasında təhsil alıb, 1979-cu ildən Vilnüs şəhərində yaşayır və çalışır.

M.Həmzəyev Baltik-Azərbaycan, həmçinin Litva-Azərbaycanədəbi, mədəni və tarixi əlaqələri, ədəbi paralellər və bədii tərcümə məsələləri kimi mövzularda 350-dən artıq tədqiqat işi, ədəbi-tarixi və elmi-publisistik məqalənin müəllifidir.

O, həmçinin, Azərbaycan nağıllarını və yazıçılarımızın əsərlərini Litva dilinə, eləcə də Litva nağıl və əsərlərini ana dilimizə tərcümə edib.

Litvada diaspor fəaliyyəti ilə də məşğul olan M.Həmzəyev 1988-ci ildə Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyətini yaradıb və həmin ildən indiyədək bu təşkilatın sədridir. O, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətlamı mövzusunda 1990-2016-cı illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik publikasiyaların müəllifidir.

M.Həmzəyev həmçinin “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX - XXI əsrlər)” müxtəsər xronoloji ensiklopediyasından (Bakı, Elm, 2002-ci il) bir sıra parçaları litvalı naşir və publisist Gintaras Visotskasla birgə Litva dilinə tərcümə edərək 2010-cu ildə Kaunasda dərc etdirib.

Dövlət xadimi Heydər Əliyevin 1990-cı il 20 Yanvar təcavüzünün geosiyasi təhllilinə həsr olunmuş çıxışlarını, Azərbaycanlıların soyqırımı tarixi ilə bağlı imzaladığı rəsmi sənədləri, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" və "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı tarixi, siyasi və sosial-fəlsəfi oçerklərini litvalı həmkarı Edita Ratkuvene ilə ortaq Litva dilinə çevirərək 2014-2015-ci illərdə Vilnüsdə nəşr etdirib.

Bu illər ərzində Litvada müxtəlif dövlət işləri və ictimai vəzifələrdə çalışan M.Həmzəyev 2015-ci ildən Litva Respublikası Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü, 2016-cı ilin may ayından isə Seymin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir.

Biz də dəyərli soydaşımız Mahir Həmzəyevə uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Litva hökuməti soydaşımızı mükafatlandırıb

Litva hökuməti soydaşımızı mükafatlandırıb

Təbriklər, Avropa, Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayı işini davam etdirir

Dünya Azərbaycanlılarının IV Qurultayı işini davam etdirir

Diaspora
TVİNNİNQ layihəsinin rəhbərləri AzTU-nun rektoru ilə görüşüblər

TVİNNİNQ layihəsinin rəhbərləri AzTU-nun rektoru ilə görüşüblər

AzTU
MUSA URUDa SƏS VERƏK!..

MUSA URUDa SƏS VERƏK!..

Azərbaycan, Siyasət
X Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

X Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

Təhsil, Nazirlik
Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Tanınmış alim Vaqif Arzumanlının 70 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Ədəbi əlaqələrin meqapolis alimi – Vaqif Arzumanlı

Ədəbi əlaqələrin meqapolis alimi – Vaqif Arzumanlı

Humanitar elmlər, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan Texniki Universiteti yeni ERASMUS+K2  layihəsinin qalibi olub

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+K2 layihəsinin qalibi olub

AzTU
Ukrayna mətbuatında 20 Yanvar haqqında geniş məqalə dərc olunub

Ukrayna mətbuatında 20 Yanvar haqqında geniş məqalə dərc olunub

Avropa, Diaspora
Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

Azərbaycan diaspor rəhbəri Moldovanın ali dövlət mükafatına layiq görülüb

Qarabağ, Hüquq, Təbriklər, Diaspora
ŞƏRƏFLİ MÜƏLLİM PEŞƏSİ VƏ RÜHƏNGİZ HEYDƏROVA

ŞƏRƏFLİ MÜƏLLİM PEŞƏSİ VƏ RÜHƏNGİZ HEYDƏROVA

Məktəblər
SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

SDU-da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi

Sumqayıt
Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Regionlar, Rusiya, Diaspora
AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

AzTU məzununun uğur hekayəsi: Professor SÜBHAN NAMAZOV

AzTU-nun MƏZUNLARI, AzTU
“Etimad” 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edib

“Etimad” 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edib

"Elm və Təhsil", QHT
X Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

X Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

Nazirlik
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Şamaxıda Nəsimi Festivalı keçirilib

Şamaxıda Nəsimi Festivalı keçirilib

Mədəniyyət, QHT
AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU-da 31 Mart Soyqrımı Günü qeyd olundu

AzTU
Rəy yazın: