Bosniyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında Avropanın problemləri müzakirə ediləcək

Bosniyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında Avropanın problemləri müzakirə ediləcək Dünyanın tanınmış siyasətçiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısında Avropanın problemlərini müzakirə edəcək.

Diasporla iş üsrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Esmira xanım XƏLİLOVA ZİM.AZ-a bildirib ki, V Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan və bu il noyabrın 22-23-də Bosniya və Herseqovinada keçiriləcək toplantıda bu ölkənin Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Bolqarıstan Prezidenti Posen Plevneliyev, Makedoniya Prezidenti George İvanov, Monteneqro Prezidenti Filip Vuyanoviç, Albaniya Prezidenti Buyar Nişani iştirak edəcək.
Bundan başqa, Xorvatiya, Rumıniya, Sloveniya, Serbiya və Yunanıstanın da hazırkı dövlət başçılarının iştirakı gözlənilir. Ümumilikdə isə toplantıya Andorra, Belçika, Bolqarıstan, Amerika Birləşmiş Ştatları, Latviya, Fransa, Almaniya və digər ölkələr də daxil olmaqla 50-dən artıq hazırkı və sabiq dövlət rəhbəri, nüfuzlu siyasətçilər qatılacaq. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər dini konfensiyaların rəhbərləri daxil olmaqla Azərbaycan nümayəndə heyətinin də iştirakı planlaşdırılır.

Toplantıda “Avropada sülh: hamı üçün qəbul olunan güclü birliyə necə nail olmaq mümkündür?” mövzusu çərçivəsində Bosniya və Herseqovinanın müstəqilliyinə həsr olunmuş Dayton sülh razılaşmasından keçən 20 il ərzindəki vəziyyət, Balkanlar üçün Avropa gələcəyinin mövcudluğu, Avropanın yeni xəritəsi, dünyaya necə Avropa lazimdır, Avropada multikulturalizmi bərpa etməyin yolları kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq. Tədbirdə Azərbaycanın multikulturalizm və uzun illərə söykənən dinlərarası tolerantlıq təcrübəsinin və onun Avropa üçün əhəmiyyətinə dair çıxışlar da nəzərdə tutulub.

Tədbirdə həmçinin gələn il keçiriləcək V Qlobal Bakı Forumuna hazırlıq məsələləri, forumun gündəliyi, onun yüksək səviyyədə keçirilməsi üçün tədbirlər müəyyənləşdiriləcək, növbəti hazırlıq iclaslarının yeri və vaxtı dəqiqləşdiriləcək.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Ali səviyyəli toplantısı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Makedoniya Prezidenti və xanımı - V Qlobal Bakı Forumunda iştirak edəcək

Makedoniya Prezidenti və xanımı - V Qlobal Bakı Forumunda iştirak edəcək

Diaspora
Monteneqro Prezidenti Azərbaycana gələcək

Monteneqro Prezidenti Azərbaycana gələcək

Diaspora
Rosen Plevneliev V Qlobal Bakı Forumuna Bolqarıstanın sabiq prezidenti kimi ...

Rosen Plevneliev V Qlobal Bakı Forumuna Bolqarıstanın sabiq prezidenti kimi ...

Avropa, Diaspora
Albaniya Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Albaniya Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Diaspora
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

---
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycana gələcək

Gürcüstan, Diaspora
Latviyanın sabiq Baş naziri V Qlobal Bakı Forumunda iştirak edəcək

Latviyanın sabiq Baş naziri V Qlobal Bakı Forumunda iştirak edəcək

Diaspora
Ehud Barak Qlobal Bakı Forumunda transatlantik əlaqələrin gələcəyinə dair ç ...

Ehud Barak Qlobal Bakı Forumunda transatlantik əlaqələrin gələcəyinə dair ç ...

İsrail, Diaspora
Latviya Prezidenti Bakıya gələcək

Latviya Prezidenti Bakıya gələcək

Diaspora
Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlər ...

Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlər ...

Diaspora
Ukraynanin sabiq prezidentleri Bakida toplasacaqlar

Ukraynanin sabiq prezidentleri Bakida toplasacaqlar

Dünya, Avropa
Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəb ...

Monteneqro Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəb ...

Diaspora
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı başa çat ...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı başa çat ...

Diaspora
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa, Diaspora
Fransa və Amerika mətbuatı azərbaycanlı pianoçu Adilə Əliyevadan yazır

Fransa və Amerika mətbuatı azərbaycanlı pianoçu Adilə Əliyevadan yazır

Diaspora
Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Ərəb Liqasının Baş katibi Əmr Musa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İda ...

Diaspora
Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Diaspora
Çingiz Qənizadə:

Çingiz Qənizadə: "Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da olmalıdır!"

Siyasət
Brüsseldə -  Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi k ...

Brüsseldə - Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi k ...

Qarabağ, Elanlar, Diaspora
Rəy yazın: