Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib Dünya » Diaspora 14 июня 2016 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Andorrada Knyazlığında keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı çərçivəsində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib. Sərgidə böyük mütəfəkkirin əsərlərinin əlyazmaları nümayiş etdirilib. Nizami Gəncəvinin bütün əsərlərindən səhnələrin yer aldığı sərgidə İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin çıxış edib. Şairin yaradıcılığına nəzər salan İ.Seragəldin onun dünyaca məşhur əsərlərinin zəngin xəzinə olduğunu diqqətə çatdırıb. O, eyni zamanda Nizami yaradıcılığının zirvəsi sayılan “Xəmsə”dən bəhs edib, beşliyə daxil olan əsərlər haqqında qonaqlara geniş məlumat verib. Qeyd edək ki, sərgidə nümayiş etdirilən əlyazmaları qonaqlar maraqla qarşılayıb. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.