Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyətləri də iştirak edib Dünya » Diaspora 27 мая 2016 Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 35-ci Türk Günü və Festivalı çərçivəsində türk xalqlarının Manhettendə izdihamlı yürüşü təşkil edilib. Amerikadakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Ertan Yalçın, Türk Amerikan Dərnəkləri Federasiyasının sədri Atilla Pak, Federasiyanın sədr müavini, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zöhrə Şərifi və digər cəmiyyətlərin rəhbərləri, üzvləri iştirak edib. DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ ESMİRA XANIM XƏLİLOVA ZİM.AZ - a bildirib ki, yürüşə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Krım türkləri də qatılıb. Amerikada yaşayan Azərbaycan cəmiyyətinin üzvləri yürüşdə iştirak edərək Azərbaycan və türk bayraqlarını dalğalandırıblar. Manhettendə, Madison prospektindən başlayan yürüş BMT-nin mənzil-qərargahı qarşısında sona çatıb. Qeyd edək ki, Amerika türklərinin bayram kimi qeyd etdiyi Türk Günü Yürüşü Türk Amerikan cəmiyyətlərinin birlik və bərabərlik rəmzi kimi dəyərləndirilir.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.