Avropa Azərbaycanlıları Konqresinin rəhbəri miqrant probleminin həllində dair təkliflərlə çıxış edib

Avropa Azərbaycanlıları Konqresinin rəhbəri miqrant probleminin həllində dair təkliflərlə çıxış edib Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Samira Patzer-İsmailova Almaniyanın Şimali Reyn Vestfalen əyalətinin Parlamentində Almaniyanın aparıcı partiyası olan Xristian Demokratik Partiyası fraksiyasının sədr müavini Robert Esler və fraksiyanın üzvü Serap Gülerlə görüş keçirib. Əyalətin mərkəzi Düsseldorf şəhərində baş tutan görüşdə multikulturalizm, Avropadakı miqrant problemi, habelə AAK-la əməkdaşlıq məsələləri müzakirə edilib.

Avropa məkanında miqrasiya və qaçqın axını, terror və milliyyətçi qüvvələrin fəallığı nəticəsində yaranan bir sıra siyasi, sosial problemlərdən danışan görüş iştirakçıları ölkədə yeni inteqrasiya siyasətinə ehtiyac olduğunu bildiriliblər. Bu siyasətin mədəniyyətlərarası dialoq yolu ilə həyata keçirilməsinin səmərəliliyini vurğulayan Samira Patzer-İsmailova parlament üzvlərinə Azərbaycanın bir çox məsələlərdə nümunə ola biləcəyindən danışıb.
O qeyd edib ki, Azərbaycan zəngin mədəni irsə və müasir incəsənətə malik olmaqla yanaşı, multikulturalizm, tolerantlıq, mədəniyyətlərarası dialoq mövzularında aparıçı rol oynayan ölkələrdən biridir. Diaspor rəhbərinin fikrincə, Azərbaycana məxsus Şərq qadınının emansipasiyası, müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin birgə sülh şəraitində yaşaması, əcnəbilərə qarşı tolerantlıq - yüksək səviyyəli qonaqpərvərlik kimi xüsusiyyətlər Avropaya məhz şərq ölkələrindən gələn miqrantlar üçün örnək ola bilər və bu sahədə “Azərbaycan modeli”nin təcrübəsindən yararlanmaq fayda verər: “Almaniyanın ən böyük əyalətlərindən olan Şimali Reyn Vestfalenin əhalisinin dörddə bir hissəsini miqrantlar təşkil edir və məhz bu əyalətdə xarici mənşəli vətəndaşların sosial, mədəni proseslərdə iştirakı regionun müsbət inkişafına zəmin yarada bilər”.

DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ ESMİRA XANIM XƏLİLOVA ZİM.AZ - a bildirib ki, Görüşdə AAK rəhbəri S.Patzer-İsmailova müzakirə olunan məsələlərə dair bir neçə konkret təkliflə çıxış edib.
Görüşdə həmçinin yaxın gələcəkdə əyalətdə keçiriləcək mədəniyyətlərarası dialoq layihələrində AAK-ın da iştirak imkanları müzakirə edilib.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Almaniyadakı Azərbaycan diaspor rəhbərlərinin görüşü keçirilib

Avropa, Diaspora
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı keçiriləcək

Avropa, Diaspora
Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib

Turan, Avropa, Diaspora
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Avropa, Diaspora
Bosniyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında Avropanın prob ...

Bosniyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında Avropanın prob ...

Diaspora
Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Ümumrusiya Azərbaycan Konqresinin Qurultayı keçiriləcək

Rusiya, Diaspora
Litva hökuməti soydaşımızı mükafatlandırıb

Litva hökuməti soydaşımızı mükafatlandırıb

Təbriklər, Avropa, Diaspora
Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Azerbaycanlilar Brusselde etiraz aksiyasi kecirib

Avropa, Diaspora
Benilüks Azərbaycanlıları Konqresinin və “Dayaq” Təşkilatının birgə təşkila ...

Benilüks Azərbaycanlıları Konqresinin və “Dayaq” Təşkilatının birgə təşkila ...

Diaspora, QHT
DAK nümayəndə heyəti Gürcüstan Parlamentində görüşlər keçirib

DAK nümayəndə heyəti Gürcüstan Parlamentində görüşlər keçirib

Tiflis, Diaspora
UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib

UniClaD layihəsi çərçivəsində növbəti işçi görüş keçirilib

AzTU
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda ...

Elm, "Zirvə"
Azərbaycanlılar Almaniyada mitinq keçirib

Azərbaycanlılar Almaniyada mitinq keçirib

Avropa, Diaspora
Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

MEDİA
Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək

Avropa, Diaspora
Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Azərbaycan ilə Gürcüstan strateji tərəfdaşlardır

Tiflis, Diaspora
KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

KVEMO-KARTLİ QUBERNATORU İLƏ GÖRÜŞ

Rustavi, Borçalı, Bolus
Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat ya ...

Avropa, Rusiya, Diaspora
Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Dünya Azərbaycanlılarının IV Qurultayına hazırlıq işləri başa çatıb

Diaspora
AzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunub

AzTU-da “Beynəlxalq Tolerantlıq Günü” qeyd olunub

AzTU
Rəy yazın: