Parisdə azərbaycanlı modelyerin kolleksiyası nümayiş etdirilib Avropa, Diaspora 6 октября 2017 Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində Avstraliyada yaşayan azərbaycanlı modelyer Həcər Qalanın kolleksiyası nümayiş etdirilib.ZiM.Az xəbər verir ki, Paris moda həftəsi çərçivəsində təşkil olunan nümayişdə ADA-nın prezidenti Jan-Fransua Mansel, Azərbaycanın Fransadakı Səfirliyinin konsulu Zaur Fərhadov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Fransanın tanınmış aktyorları, incəsənət xadimləri, modelyerlər iştirak ediblər.Azərbaycan klassik musiqi sədaları altında keçrilǝn moda nümayişi tamaşaçıların marağına səbəb olub.25 ildən çoxdur Avstraliyada yaşayan Həcər Qala uzun illərdir modelyerliklər məşğul olur. Vətəndǝn uzaqda yaşamasına baxmayaraq, o, əl işlərini Azərbaycanın zəngin çalarlarından, mədəni irsindən ilhamlanaraq yaradır. Azǝrbaycan milli geyimlərinin səciyyəvi elementlərindən, dekorativ tikmə növlərindǝn istifadǝ edǝn modelyer rǝngarǝng kolleksiyası ilǝ Azərbaycanı təmsil edir.ZiM.Az, Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.