Pərviz ƏMİRASLAN: "20 Yanvar gecəsində şəhid olma şansım lap çox idi..." Avropa, Diaspora 21 января 2017 20 Yanvar gecəsindən sağ qurtuldum, şəhid olma şansım lap çox idi. Mənə qismət olmadı. Yasamalda, o zamankı Rabitə Texnikumuna yaxın ərazidə kirayədə qalırdım. Tələbə yoldaşlarımla o zamankı "11-ci qizil ordu" metrosuna yollandıq. Rəsmən o gün həmin mənfur düşmənimiz olan Sovet tankları Metronun yanındakı Dairəyə girdi. Çox yorğun idik. Bütün günü şəhərdə olmuşduq... Tanklardan atılan atəşlər, insanların qışqırması, o qorxunc anlar, qorxmaz gənclik heç zamana yadımdan çixmır. Xəstəxananın bağında olduğumu və sol ayağımın nə zaman yaralandığını hələ də xatırlaya bilmirəm. Üzündə maska olan və saqqallda olan tankın üstündəki vəhşiləri mən də gördüm. Amma, onları tək bir dəfə yolda sürətlə o zamankı Nərimanov prospektinə doğru tanklarla şütüyəndə gördüm. Gecə vaxtı idi, saatı bilmədim... Sadəcə bir ağsaqqal kişi bizi yol qırağinda bir "Rafa" minməyə kömək etdi və bizə gəncsiniz, özünüzə, valideynlərinizə əzab etməyin....gedin buradan dedi. İsmi səhv etmirəmsə Şaban idi. Sonra onu heç görmədim. Mən kirayə qaldığım getdim.... Evdə evin sahibi və sahibəsi var idi... Dura bilmədim. Onlar məni buraxmaq istəmirdilər... Amma, qaçdım təkbaşıma... Səhərə yaxın idi. Tam qaranlıq deyildi. Xəstəxanaya endim, oradakıla haqqında yazmaq istəmirəm...Nələr gördüm.... Çox dəhşət idi... Mən də o şəhidlərdən ola bilərdim. Analar, bacılar fəryad qoparırdılar... Çox pis olmuşdum. Sovetin iyrəncliyinə nifrətimdən əlimi də yaraladım. Divara vurmuşdum...Rayondan, kəndimizdən və bütün qohumlar məni arayırlarmış... Məni hətta şəhid bilənlər olmuşdu. Telefon işləmirdi, nəqliyyat da kəsilmişdi. Sonra nəqliyyat işlədi. Hər kəsin xəbəri oldu. 20 Yanvar şəhidlərini məzara yola salan günü rəhmətlik Xəlilrza Ulutürklə bir addımlayırdıq... Məni dərhal tanıdı... Onunla meydanlarda çox olmuşuq. Məni həmişə "oğlum Təbriz" deyə çağırardı. Rəhmətlik oğlunun ismi Təbriz olduğundan mənə öz adımı yox, Təbriz deyərdi. Bir dəfə dedim adım Pərvizdir. Oğlunun adına yaxın ad olduğundan yadında daha tez qalmışdım. Rəhmətlik şəhidlər xiyabana yola salınan günü heç danışmadı... Elə bil dili tutlmuşdu, çox gərgin idi. Gözləri qıpqırmızı idi. Əlləri əsirdi. Ona bir nəfər qadın "termos"dan çay süzüb verdi.... Başı ilə təşəkkür etdi və çayı içdi....Sonra ayrıldıq... Xeyli sonra onu kürsüdə gördüm. Mənim üçün o da bir şəhiddir... Allah bütün şəhidlərimizə Rəhmət eləsin! Ruhları şad olsun, inşaallah!Tələbəçiliyimin ən ağır günlərini yaşadım və heç zaman unuda bilmirəm.Pərviz ƏMİRASLAN,Almaniya Mühəndislər Birliyinin həqiqi üzvü . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.