Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qeyd edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qeyd edilib Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qeyd edilib Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qeyd edilib Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Parisdə qeyd edilib Paris, 11 may, 2016, AZƏRTAC

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.


Fransadakı səfirimiz Elçin Əmirbəyov tədbir iştirakçılarına ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. O, Ulu Öndərin hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylə çalışdığını və 1994-cü ildə atəşkəs imzalandığını vurğulayıb. Qeyd edib ki, Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verib, azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün yorulmadan çalışıb. Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq Ermənistan Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamaqda davam edir və müntəzəm şəkildə atəşkəs rejimini pozur. Azərbaycan Ordusu torpaqlarımızı azad etməyə qadirdir, ancaq Heydər Əliyevin sülh mövqeyinə sadiq qalaraq Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq danışıqlar yolu ilə həllinə üstünlük verir.

Ulu Öndərin Azərbaycanın gələcəyi üçün böyük layihələrə imza atdığı diqqətə çatdırılıb. Qeyd edilib ki, atəşkəsdən sonra bu dahi şəxsiyyətin əsas məqsədi ölkədə stabilliyi və iqtisadi inkişafı təmin etmək olub. Ümummilli Lider bu məqsədlə dünyanın böyük neft şirkətləri ilə “Əsrin kontraktı”nı imzalayıb. Daxili stabilliyi yaratmaqla xarici sərmayəçilərin diqqətini ölkəyə çəkib. Eyni zamanda, Ulu Öndər ölkədə demokratiyanı, dünyəviliyi və multikulturalizmi möhkəmləndirməyə də böyük önəm verib. Azərbaycan Avropa Şurasına üzv olub və ölkədə böyük siyasi islahatlar aparılıb. Əhalisinin 95 faizi müsəlman olan Azərbaycanda xristian, yəhudi və digər dinlərin nümayəndələrinin birgə yaşaması dünyada ən gözəl nümunəyə çevrilib. Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində ölkəmizdə mədəniyyət, din və dil müxtəlifliyinin qorunub saxlanılması təmin olunub. Bu irsi qoruyub saxlamaq və yaymaq üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük layihələr həyata keçirib. Bakı mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqa dair bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib. Belə tədbirlərdən sonuncusunun aprelin 25-dən 27-dək Bakıda müvəffəqiyyətlə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu olduğu diqqətə çatdırılb. Yuxarıda deyilənlərin Azərbaycanın möhkəm, müasir, dünyəvi, müstəqil ölkə olması və bütün qonşu ölkələrlə sülh şəraitində yaşamasıni arzulayan Heydər Əliyev siyasətinin tərkib hissəsi olduğu bildirilib.

Səfirdən sonra Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel çıxış edərək Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin təsisçisi olduğunu vurğulayıb. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. İki ölkə arasında olan əlaqələrin yüksək səviyyəyə çatmasında Ulu Öndərin xidmətlərindən danışılıb.

Fransalı millət vəkili muğamdan danışanda ilk növbədə Şuşa şəhərinin yada düşdüyünü bildirib. Şuşanın Azərbaycanın musiqi mədəniyyətinin beşiyi olduğu diqqətə çatdırılıb. Aleksandr Dümanın Şuşaya səfəri zamanı Qarabağ xanının qızı Natəvanla görüşü xatırlanıb. Əhalisinin 95 faizi azərbaycanlılar olan Şuşa şəhərinin 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qaldığı və işğal edildiyi bildirilib.

Qeyd olunub ki, erməni ordusunun hücumu zamanı 480 nəfər öldürülüb, 600 nəfər yaralanıb və 552 uşaq valideynlərini itirib. Şuşada olan məktəblər, tarixi və dini abidələr dağıdılıb.

Fransalı millət vəkili iştirakçıları 24 ildir müstəqilliyini və azadlığını itirmiş Şuşa haqqında düşünməyə səsləyib və onun tezliklə azad olunacağına ümid etdiyini bildirib.

Sonda muğam musiqisindən ibarət konsert təşkil olunub. Tarzən Rövşən Qurbanov kamançaçı Ceyhun Muradovun müşayiəti ilə Xalq Artisti Aygün Bayramova muğamlarımızı ifa edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

AzTU
Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib

Tbilisidə Ulu Öndərin anadan olmasının 94-cü ildönümü qeyd edilib

Tiflis, Qarayazı, Diaspora
Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Qabal
Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Azərbaycanın dünya miqyasında tanınmasında ulu öndər Heydər Əliyevin xidmət ...

Humanitar elmlər, İctimai elmlər
AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib

YAP, AzTU
BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU-da ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçiri ...

BDU
Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar

MEDİA
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
AzTU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

AzTU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

AzTU

"Ümummilli Lider Heydər Əliyev milli neft strategiyasının yaradıcısıdır" ...

Bakı, Məktəblər
Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Ümummilli lider Heydər Əliyevin anım günü Tbilisidə keçirilib

Tiflis
İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

Əsas xəbər
AzTU-da

AzTU-da "Ulu öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının banisid ...

Əsas xəbər, AzTU
AzTU-da Milli Qurtuluş Günü qeyd edilib

AzTU-da Milli Qurtuluş Günü qeyd edilib

AzTU
Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibəti ...

Bolus
Yaponiya televiziyasında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olun ...

Yaponiya televiziyasında Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olun ...

Diaspora
Rəy yazın: