Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfirini qəbul edib Dünya, Orta Asiya 27 февраля 2024 1569 100 1 2 3 4 5 Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev 2024-cü il fevralın 27-də Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonu qəbul edib.Qonağı salamlayan V.Mustafayev Azərbaycan və Tacikistan hökumətləri arasında qarşılıqlı hörmət və etimadın mövcudluğunu, siyasi-iqtisadi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.Nazir V.Mustafayev müdafiə sənayesi sahəsində çalışan mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkilinin önəmini vurğulayıb.Səmimi qəbula görə V.Mustafayevə minnətdarlığını ifadə edən səfir İlxom Abduraxmon ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.Səfir vurğulayıb ki, 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistana rəsmi səfəri zamanı bir sıra beynəlxalq sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin ən yüksək həddə olduğunun bariz nümunəsidir.Qeyd edilib ki, Tacikistanın hərbi sənaye kompleksinə daxil olan şirkətlər ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin müəssisələri arasında hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritet istiqamətlərdən biridir.Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.