Liviyanın siyasi partiyalarının və siyasi fəallarının Əlcəzairdə toplantısını təşkil edilib. Dünya 19 марта 2015 Liviyanın siyasi partiyalarının və siyasi fəallarının Əlcəzairdə toplantısını təşkil edilib.Əlcəzairin Azərbaycandakı müvəqqəti işlər müvəkkinin ZiM.Az-a verdiyi məlumata görə, Əlcəzair hökuməti ev sahibi olaraq Liviyanın bir sıra siyasi partiyalarının və siyasi fəallarının paytaxt Əlcəzairdə toplantısını təşkil edib. Sözügedən toplantı 10-11 mart 2015-ci il tarixində Əlcəzairin paytaxtında baş tutub. BMT-nin baş katibinin liviya üzrə xüsusi nümayəndəsi və BMT-nin liviyaya Dəstək missiyasısının başçısı Bernardino Leon sözügedən tədbirdə danışıqlar prosesini yaxından izləmiş, prosesdəki irəliləyişlər və çətinliklərə nəzərdən keçirib. BMT təmsilçisi toplantıda iştirak edən müxtəlif tərəflərin, eləcə də geniş xalq kütləsinin və beynəlxalq ictimaiyyatın Liviyadakı böhranı siyasi danışıqlar yolu ilə həll edilməsinə dəstək verdiyini qeyd edib. Cənab Leon BMT-nin dialoqu müsbət nəticələr əldə edilənə qədər davam etdirməyə qərarlı olduğunu bir daha vurğulamışdır. 1. Iştirakçılar Liviyanın milli və ərazi bütövlüyünü, suverenitet və müstəqilliyini, eləcə də ölkənin öz beynəlxalq sərhədlərinə nəzarəti, xarici müdaxilənin hər hansı bir formasını rədd etməyi dəstəklməyi öhdələrinə götürmüşlər2. Iştirakçılar eləcə də konstitusiyada göstərilən və ədalətə, insan hüquqlarına hörmətə, qanun dövlətinin yaradılması kimi məsələlərdə 17 Fevral inqilabının əsas prinsiplərinə riayət edilməsinin zəruriliyini qeyd etmişlər. 3. Bundan əlavə,iştirakçılar demokratiya və hakimiyyətin dinc yolla transformasiya edilməsinə əsaslanan siyasi prosesə riayət edəcəkərini öhdələrinə götürdülər.4. yığıncaqda iştirakçılar dialoq istiqamətində konstuktiv və pozitiv təklif və fikirlər səsləndirmişlər 5. İştirakçılar dialoqun müxtəlif yollarına öz dəstəklərini və razlığa gəlmək istiqamətində ən qısa vaxt çərçivəsində və bu sahədə nailiyyət əldə etmək yolunda öz əsil niyyətlərini aşağıdakı kimi vurğuladılar: səriştəli çəxsləri əhatə edən konseslu hökumət; davamlı atəşkəs rejimi və bütün liviya şəhərlərindən silahlı qruplaşmaların çıxarılmasına zəmanət verən təhlükəsizlik barədə öhdəlikləri; silahların əhalidən yığışdırılması üzrə aydın monitoringun aparılması və bu işin icrası mexanizmi cədvəlinin hazırlanması; silahlı qrupların tərk-silah edilməsinə nail olma;6. Bundan əlavə, iştirakçılar vətəndaşları qoruyan, vətən torpağınının asayişini təmin edən silahlı qüvvələrin, polis və təhlükəsizlik orqanlarının təşkili və yenidən qurulmasına özlərinin tam riayət edəcəklərini vurğuladılar7. Onlar Liviyanın təhlükəsizlik və stabilliyinə, eləcə də milli birliyinə və ictimai asayişinə və qonşu ölkələrə münasibətdə ciddi təhlükə yaradan terrorçuluq əməllərini və pisləşməkdə olan təhlükəsizlik vəziyyəti barəsində özlərinin dərin narahatlığını bildirdilər. Onlar “Ənsari-şəriət”, “İŞİD” və “Əl-Qaidə” kimi terrorçu qruplara, onların bütün forma və təzahürlərinə qarşı müştərək mübarizənin zəruriliyini vurğuladılar. Qeyd edildi ki, parçalanma və xaosa son qoyacaq siyasi həll terrorçuluqla mübarizədə və onun yayılmasına mane olmaqda öz töfəsini verəcək. 8. Iştirakçılar dinc əhaliyə və mülki obyektlərə yönəlmiş bütün hücumları , eləcə də beynəlxalq hüquq normalarına zidd olan başqa əməlləri pislədilər. 9. Iştirakçılar liviyadakı böhranının yeganə həllinin dialoq olmasına, siyasi ixtilafların nizamlanmasında zorakılığa əl atılmasının rədd edilməsinə, hərbi eskalasiyanin bütün növlərinin pislənməsinə tam öhdəlikləri barədə özlərinin əzmini bildirdi. 10. Iştirakçılar eləcə də,siyasi dialoqun uğur qazanması üçün bu cür toplantılar çərçivəsində bir araya gəlməyin zəruriliyini qeyd etdilər. Sonda BMT-nin liviya üzrə missiyasının rəhbərliyi bu toplantiya ev sahibliyi etdiyinə və Liviyada sülhə nail olmaq yolunda göstərdiyi davamlı səylərə görə Əlcəzairə dərin minnətdarlığını bildirdi. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.