SAZIN QALXAN BAYRAĞI Digər » UNUTSAQ, UNUDULARIQ!.... 20 сентября 2017 “BİR KƏRƏ QALXAN BAYRAQ BİR DAHA ENMƏZ” M.Ə.RƏSULZADƏAşıq Ədalətin qara xəbərini eşidəndə yadıma ilk düşən Qaraqoyunlu dərəsinin camahatı və Qaraqoyunlu dərəsindən olan dostlarım oldu. Can ay Yusif (Yusif SAVALAN)... Qazax, Tovuz, Borçalı,... bunlar öz yerində. Ancaq Qaraqoyunlu camahatı bir ayrı tapınmışdı aşıq Ədalətə. Ədalət öləndə sanki, Qaraqoyunlu dərəsini yenidən itirdik, sanki Qaraqoyunlunu bizdən biraz da uzaqlaşdırdılar. Hər dəfə bir aşıq dünyasını dəyişəndə elə bilirəm yurd itiririk. İçimə qəm çökür. Günlərlə yox, aylarla, illərlə özümə yer tapa bilmirəm. Hər saz çalanda Qarqoyunlunu, Göyçəni bizə qaytarırdı aşıq Ədalət. Növbəti bir Qazax hadisəsiydi. Ozan-aşıq sənətində mərhələydi, mərtəbəydi aşıq Ədalət. Saz Ona, O saz haxdan buta verilmişdi. Yerdə haqqa əvəziydi Ədalətin sazı. Yurdu yağmalananların, haqqı tapdalanların uman yeriydi, güman yeriydi Ədalətin sazı. Sazın yenilməzlik simgəsi idi. Üzü sazından nur almışdı Ədalətin. Sazın qalxan bayrağıydı aşıq Ədalət. Ölüm sevinməsin qoy. “Bir kərə yüksələn bayraq bir daha enməz!..” (M.Ə. Rəsulzadə)Həmid ORMANLIZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.