Hicran Fuad Əhmədli “ZiM.Az” saytına redaktor təyin olunub Digər » Təbriklər 15 мая 2026 53 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!.. İstedadlı qələm dostumuz, TYB-nin üzvü, "Qızıl qələm" və "Zəfər" media mükafatları laureatı Hicran Fuad Əhmədli bu günlərdə ZiM.Az saytının redaktoru təyin olunub.Hicran Fuad Əhmədli - 28 mart 1982-ci ildə Cəlilabad rayonunda, 1950-1988-ci illərdə dövlət məmuru və öz dövrünün tanınmış ziyalısı olmuş Rəşid Əhmədovun ailəsində dünyaya göz açmışdır.Hicran Fuad Əhmədli valideynləri ilə birgə rayonun indiki Günəşli kəndinə köçərək, kəndin Əfilağa Həsənov adına 2 saylı tam orta məktəbini uğurla başa vurmuş, daha sonra tibb üzrə təhsil almışdır. 2003-cü ildə ailə quraraq, paytaxt Bakı şəhərinə köçmüşdür. Ailəlidir, iki ali təhsilli övlad anasıdır.Yaradıcılıq ruhu onda uşaqlıqdan baş qaldırsa da, uzun illər nəsr və nəzm əsərlərini üzə çıxartmamışdır.Son illərdə Bakı şəhərində fəaliyyət göstərən “Sazlı-Sözlü Borçalı”, “Sarı Aşıq”, “Qoşma” və s. ədəbi məclislərdə iştirak etmiş, həmin məclislərin üzvü və daimi iştirakçısı kimi müxtəlif tədbirlərdə fəallıq göstərmiş, ədəbi sahədə bir çox uğurlara imza atmışdır."İtirdiklərim", "Üşüyən ruhum", "Zülmətdən işığa doğru" və "Qapımı döyən səs" kitablarının müəllifi, bir çox kitabların redaktoru, texniki redaktoru və məsləhətçisidir. Dərc olunan kitabları M.F. Axundov adına milli kitabxanada, Naxçıvan Muxtar respublikası Sədərək rayonunun, Sədərək kənd kitabxanasında və Bakı şəhərində yerləşən digər böyük kitabxanalarda oxucuların ixtiyarına verilmişdir.Hicran Fuad Əhmədlinin nəzm və nəsir əsərləri tanınmış ziyalılar tərəfindən yüksək qiymətləndirilərək, bir sıra qəzet və jurnallarda, ədəbi dərgilərdə, eləcə də, müxtəlif saytlarda yer almışdır.Onun 12 şeirinə tanınmış Türk bəstəkarı Ərdoğan Tozoğlu mahnı bəstələmiş və nota almışdır. Həmin mahnılardan ikisini bəstəkar Ərdoğan Tozoğlu öz ifasında səsləndirmişdir. Bəstəkar Yaqut Almaz isə şairin "Şuşam" şeirini nota alaraq, öz musiqi kitabında yer vermişdir.Hicran Fuad Əhmədli TYB-nin üzvü, "Qızıl qələm" və "Zəfər" media mükafatları laureatıdır. O, həmçinin, "Həməşəra" mətbu orqanın, Böyük Türk xalqları birliyin, Türkiyə dövlətində fəaliyyət göstərən TURAN Yazarlar Birliyinin mükafatlarına da layiq görülmüşdür. Bu günlərdə isə istedadlı qələm dostumuz Hicran Fuad Əhmədliyə böyük etimad göstərilərək ZiM.Az saytının redaktoru təyin olunmuşdur.Biz də Redaksiya Heyətimiz adından, çox hörmətli Hicran xanımı yeni və musul vəzifəyə təyin olunması münasibətilə bir daha ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.