Yunileyiniz mübarək, hörmətli XANIM BİLALQZIZI!.. Digər » Təbriklər 21 сентября 2022 795 100 1 2 3 4 5 ƏLLİ YAŞIN MÜBARƏK!... (Bacım Xanıma ithaf ediram)Qoy sənə söyləyim, Anam balası, Nə tez soraqladın əlli yaşını. Heç xəbər tutmadım bu neçə ildən.İllər ötüb keçir ömürdən, gündən,Əlli yaşın mübarək, mübarək bacım.Bir yerdə gəzərdik, birgə gülərdik, Bacı olub dərdimizi bölərdik,Arzu dolu bir həyata güvənib, Çəmənlikdə qızılgüllər dərərdik,Əlli yaşın mübarək, mübarək bacım. Yolumuz ayrıldı, aralı düşdük,Söz qoşub mən səni bu gün yad etdim, Hər çətin yolu da səninlə getdim,Qərib bir diyarda məskən salmışam,Əlli yaşın mübarək, mübarək bacım.Ömür yolların da tikansız olsun,Arzuların həyatında çin olsun, Övladların gözlərində dağ olsun, Bu günki yubileyin yüzillik olsun. Əlli yaşın mübarək, mübarək bacım.Deyirəm ki, yüz yaşına gələk biz, Sənin ilə söhbətləşək, gülək biz,Yüz illikdə səhərəcən oturub, İki bacı danışaq biz, gülək biz,Əlli yaşın mübarək, mübarək bacım.Kimya BİLALQIZI,Ağsu şəhər 2 saylı orta məktəbin ingilis dili müəllimi Redaksiyadan:Biz də bu səmimi təbrikə qoşularaq, dəyərli həmkarımız, istedadlı qələm dostumuz, tanınmış jurnalist və publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, vətənpərvər, yurdsevər, nəcib, mehriban və xeyirxah insan, eyni zamanda, "Elm və təhsil" qəzetinin baş redaktor müavini çox hörmətli Ağstafalı Xanım Bilal qızı Nəzərovanı (Sultanbəylini) ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..ZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.