Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:

Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər: 14 noyabr 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Nizami adına Ədəbiyyat İnsti­tu­tunun Elektron
Akt za­lında həmin elm müəssisəsinin Filologiya elmləri doktoru və filo­lo­giya üzrə fəlsəfə dok­to­ru
elmi də­rə­cəsi almaq üçün təqdim olunan disser­ta­si­ya­la­rın müdafiəsini ke­çirən D.01.131 - Dissertasiya Şu­ra­­sının növbəti iclasında "Ziya” qəzetinin və “Zim.Az” saytının baş redaktoru
Müşfiq Bor­ça­lı (Müşviq Mədəd oğlu Ço­ba­nov) "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzu­sun­da yaz­dığı disser­tasiya işini uğurla müdafiə müdafiə edib.
Bu münasibətlə mətbuatda və internet səhifələrində Müşfiq Borçalıya bir sıra təbriklər ünvanlanmışdır.


MÜŞFİQ BORÇALIYA ÜNVANLANMIŞ HƏMİN TƏBRİKLƏRDƏN BƏZİ SƏTİRLƏRİ AŞAĞIDA DƏRC EDİRİK:


Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər: Əzizim Müşfiq!..
Mənim daimi qardaşım!..
Yaxşı ki, varsan, yaxşı ki, aramızda səmimiyyetimiz var, var olacaq!...
Ürəkdən, lap ürəkdən
təbrik edirəm!..
Səni mən zatən hər zaman KAMİL BİR ALİM kimi qəbul etmişəm.
UĞURLAR!...
Bir daha çox çooooox mübarək. Gözümüz aydın!..


Şurəddin MƏMMƏDLİ,
Türkiyə, Ardahan Univeritetinin professoru,
Gürcüstan Milli Elmlər Akademiya­sının hə­qiqi üzvü,
filologiya üzrə elmlər doktoru.




Hamının çoxdan DOKTOR kimi tanıdığı adam

Deyirlər uşaq beyni ağ vərəqdi və o ağ vərəqə nə yazılarsa ömürlük pozulmaz.
Beş ya da altı yaşım olardı, evimizdə - “Müşfiq”, “şair”, “poeziya” sözlərini eşidəndə...
Sonra qonşuluğumuza bir ailə köçdü. Qapıbir qonşu olduğumuzdan idi, ya nədən idisə Müşfiqgil ilə bir evli kimi olduq, birgə böyüdük.
Artıq Müşfiq mənim üçün təkcə şair deyildi, həm də Müşfiq adlı qardaşım var idi...
Zaman ötdükcə Müşfiq adı mənim üçün bir az da doğmalaşırdı. Uşaqlıqdan diqqətimi özünə çəkən ad məktəb illərində də hansı kitabda qarşıma çıxırdısa dərhal onun kim olduğunu araşdırır və öz dünyamda qərar verirdim ki, bu adı daşıyan kəs həqiqətən də dahi Müşfiq adına layiqdi yoxsa, yox?
Amma o zamanlar hələ də atalarımızın "Dağ dağa rast gəlməsə də, insan insana rast gələr" - deyimini dərk etmirdim.
Və bax beləcə, ömrümün 30-cu baharında daha bir Müşfiq imzasına rast gəldim...
Doğurdan da insan bir zamanlar adını eşitdiyi adama rast gələ bilər və hətta o adam o qədər adına layiq olar ki, ona öz dünyanda çalışdığı sahənin doktorluq fəxri adını da verə bilərsən.
Yazımın bu yerində bizim dəyərli alimlərimizdən üzr istəyərəm.
Məhz ona görə ki, mən Müşfiq Borçalıya onlardan on il öncə doktorluq adını vermişəm.
Müşfiq Borçalı adını çox sevdiyim şairlərdən birinin kitabında redaktor olaraq tanımışdım.
Müşfiq Borçalı öz imzasında doğulub boya-başa çatdığı doğma el-obasının - qədim türk dünyasının bir parçası olan ağır elli oğuz yurdumuz Ulu Borçalının adını daşımaqla “MÜŞFİQliyə layiqəm!” - demişdi mənə hələ o zamandan...
Sonralar mətbuatda olmağıma baxmayaraq Müşfiq Borçalı ilə bir az gec tanış olduq.
Yaşımın azlığına baxıb mənə “Sən hələ uşaqsan” - deyənlərdən olmadı Müşfiq Borçalı.
Mənə "həqiqətən də on beş ilini mətbuatda boşa keçirməmisən" - dedi və beləcə Müşfiq Borçalı ilə həmkar olduq, dost olduq...

Bizim ətrafımızda olanlar bilir ki, mən dostumuz Müşfiq Borçalıya məhz müəllim adı layiq olduğuna görə, ona xüsusi intonasiya ilə MÜƏLLİM deyə müraciət edirəm...
Bir dəfə isə təəccüblü şəkildə “MÜƏLLİM, axı siz niyə hələ də doktorluq müdafiə etməmisiz?" - deyə sual verdim.
Müşfiq Borçalı söz ehtiyatı çox olan adamdı, amma deyəsən sualım onu yerindən tərpətdi...
Bir qədər susduqdan sonra o mənə müdaifə mövzusunda yazdığı əsərləri göstərdi.
Sən demə M.Borçalı həqiqətəndə üzərindəki daşığı iki adın ikisinə də tam layiq imiş.
Qədim türk yurdundan, Borçalıdan yazdığı tədqiqat əsəri illərdi ki, hazır olan MÜƏLLİMİZ nəhayət ki, bu günlərdə müdafiəsini də etdi və çox hörmətli alimlərimiz onun həqiqətən də doktor adına layiq olduğunu təsdiqlədi.
Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər: Söhbətimin bu məqamında onun yaxın dostlarından biri kimi bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Müşfiq Borçalı mənə bu günlərdə bir daha xalq adamı olduğunu nümayiş etdirdi. Onun doktor olduğunu eşidənlər təəccüblə "aaa Borçalı məgər doktor deyildi ki?..." - deyə bizə sual verdi.

Bəli, əzizlərimiz, Müşfiq Borçalı əvvəl xalqından, sonra isə dəyərli müəllimlərindən doktor elmi dərəcəsin alıb.
O, bu günlərdə atası professor Mədəd Çobanovun adına layiq oğul olduğunu bir daha sübut etdi...

Bir daha MÜŞFİQ MÜƏLLİMİ ürəkdən təbrik edir, “DOKTOR adın mübarək!” - deyir və ona özünün davamçılarını yetişdirməyi arzu edirəm.

Günay NOVRUZ,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyin üzvü,
Prezident təqaüdçüsü.


Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:
Əziz dostumuz, qardaşımız Müşfiq Borçalı!
Azərbaycan elminə verdiyiniz coxsaylı və samballı əsərlərinizlə xalqımızın gözündə-könlündə çoxdan "ELMLƏR DOKTORU"sunuz.
Bu gün bu boyük "ALİM" adı rəsmiləşdi. Sizinlə Fəxr edirik, "DOKTOR MÜŞFİQ"!!!

Hörmətlə: Sabir SADAXLI.



Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:
Çox sevindirdin məni, əzizim,
Tanrı da səni sevindirsin.
İndi sən də alimlər məktəbi yarat və sən də
insanlara öz elmi tövsiyələrini ver.
İnanıram ki, buna da nail olacaqsan!


Abay PAŞAYEV (Abai Pashaevi),
Gürcüstan,
"Təhsil" qəzetinin
baş redaktoru



Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:
Elimizin layiqli oğlu, gözəl insan, gözəl ailə başçısı,
qayğıkeş və səmimi eioğlumuz Müşfiq müəllimi
yüksək elmi ad almağı münasibəti ilə təbrik edirəm!
Müşfiq müəllim hamının nəzərində tutduğu vəzifədən asılı olmayaraq sadə və ürəyi açıq insan kimi öz hörmətini çoxdan qazanmışdır.
Müşfiq müəllimə yeni uğurlar, uzun ömür, can sağlığı və yeni elmi əsərlər, elmi nailiyətlər arzu edirəm.
Var olun Müşfiq müəllim! Həmişə yüksək tribunalardan gəlsin səsiniz!

Gülxanım RZAZADƏ
(MƏMMƏDOVA)



BORÇALI ZİYASI

Hamımız bilirik ki, indiki yaşadığımız ərazi bütöv Azərbaycan deyil, Vətənmizin qərib düşmüş yurdlarından biri də müasir Gürcüstanın ərazisi sayılan qədim köklərə gedib dayanan Borçalı yurdudur. Borçalı - Gürcüstanın cənub-şərqində yerləşən və hazırda Aşağı Kartli diyarı adlandırılan və Ermənistanın şimal-şərqində yerləşən və hazırda Loru və Tavuş mərzləri adlandırılan inzibati vahidin tarixi adıdır. Azərbaycan türklərinin qədim torpağıdır. Etimoloji araşdırmalara görə Borçalı toponiminin "börü" və "çala" sözlərinin birləşməsindən əmələ gəldiyi ehtimal edilir. Mənası "qurd çalası" və ya "qurd oylağı" deməkdir.

Mənim qədim türk yurdu haqqında qısaca arayış verməkdə məqsədim Azərbaycan tarixini bir tarix müəllimi olaraq araşdırmaq yox, sadəcə o yurdda doğulub, bir çox Borçalı ziyalıları kimi taleyini ana Vətənlə bağlayan əziz qardaşım, dostum, dəyərli ziyalı Zim.Az saytının Təsisçisi və "Ziya", “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərinin Baş redaktoru MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu ÇOBANOV) haqqında ürək sözlərimi onun bu şad günüdə dəyərli oxuculara çatdırmaq istəyimdir.

MÜŞFİQ BORÇALI - 22 yanvar 1970-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. Doğulduğu türk yurdunun saflığından bəhərlənən Müşfiq qardaşımın əməksevərliyi, elmə, biliyə, ədəbiyyata marağı onu Gürcüstan dövlətini hakimiyyəti altında yazıb yaradan, öz dilinə, soyuna-kokünə bağlı olan el-elat sevgili, qəlbi yurd istəkli şairlər, aşıqlar, yazıçılar haqqında və onların yaradıcılığı barədə "Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda sanballı elmi əsəri öz dəyərini qazandı. Borçalı mahalını bütünlükdə yaşadan ziyalılardı. Başqa dövlətin, başqa dilin, başqa dinin içində öz dilini, dinini, varlığını qoruyub saxlamaq, dədə-babalardan yadigar qalmış öz dəyərlərinə sahib çıxmaq böyük cəsurluq, mərdlik, kökə-soya sonsuz sevgi tələb edir. Məhz bu istedadlı insanların varlığı haqqında, onların yaratdıqları barədə bir elmi əsər yazmaq və bunu böyük zəhmət hesabına araya-ərsəyə gətirmək Müşfiq Borçalının ümdə vəzifəsi oldu. Dəyərli qardaşım Müşfiq Borçalı şeirləri dillər əzbəri olan unudulmaz Müşfiqimizin adın daşıyır, O bu ada layiqliyini həyatı boyu sübut etdi.

Onun bu illər ərzində çap olunan kitabları onun məhsuldar bir yazar olmağından xəbər verir.

Müşfiq Borçalının "Ağır elli Borçalı" (Bakı,1990; Ərzurum, 1996), "Çağdaş Borçalı ədəbi məktəbi" (Baki, "Azərbaycan" nəşriyyatı, 1994), "M.P.Vaqif və Gürcüstan" (1995), "Azərbaycan şəxs adları" (1995), "Məhəbbət həyatdır" (1996), "Gürcüstanda Azərbaycan mətbuatı" (1997), "Borçalı aşıqları" (İsmayıl Ömərovla həmmüəllif, Bakı,1998; Təbriz, 2008; Tehran, 2009), "Ziya"dan "Çənlibel"ədək" (1998), "Qəhrəmanlıq dastanı: Dədə Qorqud-1300" (1998, 2000), "Borçalı şəhidləri" (2000), "Borçalı ensiklopediyası"-III c. "Borçalı ulduzları" (2002), "Borçalı ensiklopediyası"-IV c. "Borçalı həkimləri" (2004), "Şairlər dünyanın söz Allahıdı..." (2009), "Dünyamalı Kərəmin poeziya yaradıcılığı" (2010), "Aşıq Hüseyn Saraclı və onun yaylaq səfəri" (2011), "Əkiz alim qardaşlar" (2001,2011), "Borcalının aqbirçək anası - şairə Mayqa Mətin" (2013), "Bu Dostluğun yaşı çox!..." (2014), "M.Coşqunun poeziya yaradıcılığında özünəməxsusluq" (2015), "Butalar Butası Səadət Buta" (2015), 3 cildlik "Sazlı-Sözlü Başkeçid" (2015) və s. kitabları işıq üzü görüb.

Müşfiq Borçalı ilə dostluğum tək iki insanın bir-birinə qardaşlığı yox, həm də qərib düşmüş yurdlarımızda varlığımızı yaşadan insanlarımıza kök-soy sevgisidi! Tanışlığımızdan bu günə qədər aramızda olan bağlılıq, ülfət dostluq, qardaşlıq məqamını isitdi, ülviləşdirdi.
Allah bu mehribançılığı, bu saflığı bizə çox görməsin. Vətən sevgisi qədər ömrümüz boyu əbədi olsun.
Dəyərli qardaqşım, Müşfiq Borçalı, uğurların bol olsun, sizi daim sənət zirvəsinə doğru addımlayan görüm, bu yolda heç zaman yorulmayasız.
Çünki sənət zirvəsinin yolu uğur sevənlərin, əmək sevərlərin, bilik sevərlərin yoludu.
Arzu edirəm ki, bu yolun yoxuşları enişlərindən az olsun!

Dəyərli dostum, qardaşım, Müşfiq Borçalı, "Gürcüstanda Azərbaycan Ədəbiyyatının inkişaf meyilləri (1960-2010)” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyin dissertasiyanın yekdilliklə qəbul edildiyi xəbərini eşidib çox şad oldum. Bu dəyər həm sizinn çəkdiyiniz zəhmətə, həm də orada yaşayan qəlbi ayrılıq niskilli soydaşlarımızın içindən parlayan ziyalılarımızın varlığına verilən qiymətdi.
Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:
Azərbaycan ziyalısının gözəl simalarından biri, əziz qardaşım Müşfiq Borçalı, sizi təbrik edirəm!
Şad xəbərlərlə dolu günləriniz bol olsun...
Siz təkcə Borçalı ziyası yox, Bütöv Azərbaycanın ziyasısız, Allah ziyanızı azaltmasın, uğurlar sizinlə olsun, bu soyuq payız günlərində ürəyimizi şad xəbərlə isitdiniz.
Azərbaycan ziyalısının gözəl simalarından biri, əziz qardaşım Müşfiq Borçalı!
Zirvələr sizin olsun, dəyərli qardaşım...
Təbrik edirəm! Həqiqətən də Siz bu ada çoxdan layiqsiz!

Ceyhun AĞABƏYOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
19.11.2016..



Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər: Gözəl dost, dəyərli qardaşım Müşfiq Borçalı!!
Sizi bu uğurunuz, Doktorluq müdafiəniz, qələbəniz üçün səmimi qəlbdən təbrik edir, cansağlığı, yeni yeni yaradıcılıq uğurları arzu edirəm!
Bu həyat yollarında, ömür yolunda daim yaşıl işıq yansın!
Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər: Bir daha səni təbrik edir, doğma bir bacı kimi ürəyimə sıxıb öpürəm, əziz qardaşım, daim irəli, uca zirvələr sənin olsun!.. Qoy bu Quran səni qorusun!!


Sənin fərəhinlə fərəhlənən bacın Solmaz ŞİRVANLI.


Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:

"GÜRCÜSTAN" QƏZETİNİN
KOLLEKTİVİ ADINDAN
TƏBRİK EDİR VƏ ULU TANRIDAN
SİZƏ DAHA BÖYÜK NAİLİYYƏTLƏR
DİLƏYİRƏM.


Elman KƏLƏYEV,
Tbilisi,
"Gürcüstan" qəzeti.



Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:
Ooo, ürəkdən təbrik edirəm.
Sən layiqsən qardaş!


Əziz DƏLİVƏLOV (Aziz Dalivalov),
Rustavi,
"Sözün işığı" qəzetinin
baş redaktoru.




Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:

Təbrik edirəm!
Uğurlar olsun!
Gün o gün olsun,
professor səviyəsinə yüksələsən!
Öpürəm!..


Zakir İsmayilov



Mənim qardaşım!
Səni ürəkdən təbrik edirəm!
Bu uğurun məni çox sevindirdi.
Sən olduqca qabiliyyətli, savadli, elmli, bacarıqlı insansan!
Həqiqət naminə deyim ki, sənin bu müdafiə işin azından 20 il gecikdi.
Sən hal-hazirda professor olmalıydın.
İllərlə çəkdiyin əziyyətlər, araşdirmalar, elmi məqalələrin, mövzu ətrafinda nəşr etdirdiyin ondan çox kitab sənin hansı səviyyədə olduğunu sübut edir.
Gec də olsa, bu elmi adı almağin bütün dostların, yaxınların kimi, məni də sevindirdi.
Özün sənə nə qədər dəyər verdiyimi gözəl bilirsən!
Gözəl dostum, canım qardaşım!
Uğurların bununla bitməsin!
Sənə daha böyük nailiyyətlər, uğurlar arzulayıram!
Əsl insana vacib olan bütün xüsusiyyətlər səndə cəmləşib!
Allah yolunu açıq, işini avand, canını sağlam eləsin!
Sənə həyatın bütün gözəlliklərini arzulayıram! Yaşa, yarat!
Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:Canım-qardaşım, səmimi qəlbdən səni təbrik edirəm! inan ki, bütün varlığımla, ruhumla yanındayam.
Səninlə fəxr edir, qürur duyuram!
İnşallah, görüşərik! Öpürəm! Bir daha təbrik edirəm!
Savadina, biliyinə, bacariğina bələd olduğum üçün, səni AKADEMİK görmək arzumdur!
TƏBRİKLƏR!

Murtuz FƏRHADOĞLU.




Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:

Təbrik edirəm, qardaş!
Zirvələr səni gözləyir.
Uğurların bol-bol olsun!


Əbdüləli İbrahimsoy,
Qarayazı.





Müşfiq müəllim, sizi təbrik edirəm!
Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Arzu edirəmki, professor adını tezliklə qazanasınız
.

Fəridə İbrahimova.




Dəyərli ziyalımız, gözəl xarakterə malik olan, hər kəs tərəfindən insanlıq meyarı kimi tanınan Müşfiq Borçalı!
Mən səhhətimlə bağlı sizin çox gözlədiyim elmi işinizin müdafiesində iştirak edə bilmədim.
Lakin fikrim sizin yanınızda idi...
Sizi ELMİ İŞİ MÜDAFİƏ ETDYİNİZ MÜNASİBETİLƏ ÜRƏKDƏN TƏBRİK EDİRƏM.
MÜŞFİQ MÜELLİM, AİLƏMİZ ADINDAN SİZƏ BOL-BOL UĞUR VƏ CAN SAĞLIĞI ARZULAYIRIQ....

Sona İSMAYILOVA.




Səmimi qəlbdən təbrik edirəm!..
Çoxdan layiq olduğunuz təzə elmi dərəcəniz mübarək!
Uğurlarınızı gözləyirik...

Sədaqət Dilqəm (Abbasova)



Uğurların bol olsun qardaşım.
Hər bir uğurunla bizə qürur duydurursan.
Təbrik edirəm!!!

Rəna ƏLİYEVA.




Təbriklər!..
Gürcüstan əsiılli ziyalılar adından Azərbaycan elminə daha böyük töhfələr vermək arzusu ilə

Mubariz Abdullayev.



Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:

Əziz qardaşım Müşfiq Borçalı!

Dissertasiya işini uğurla müdafiə etdiyinə görə fərəhləndim!
Mühüm işlə bağlı yanında ola bilmədiyimə görə təəssüfləndim...
Sən Borçalının şöhrətini həmişə şərəfləndirməyə çalışan bir oğulsan!
Bu tədqiqatınla onu bir daha təsdiqlədin!...

Sənə cansağlığı, bolluca nailiyyətlər arzulayıram!!!
Əziz qardaşım Müşfiq Borçalı!
Bir daha Təbriklər!!! Uğurlar!!!
Sən öz fəaliyyətinlə bu ada çoxdan layiqsən!
Xeyirli olsun!!!


Knyaz ASLAN,
Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi
ka­fedrasının müdiri, dosent.






Çox sevindim, istiyənləriniz sevinsin.
Daha böyük uğurlar diləyirəm.

Valeh MİRZƏ



Salam qardaşım! Sizin bu uğurnuzu görüb çox şad oldum!
Sizi ürəkdən təbrik edib yeni-yeni uğurlar arzulayıram.
Mən bisəm mütləq sizin bu xoş gününüzdə yanınızda olardım.
Həmişə var olasız!

Sədi YARADANQULU.



Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:

Təbrik edirəm, əziz qardaşım!
...demək ki, hələ 1985-1986-cı illərdə
Bolnisi rayonunda bir çox fənnlərdən
(riyaziyyat, fizika, kimya, ədəbiyyat) keçirilən
məktəblərarası turlarda və olimpiadalarda
iştirakın öz bəhrəsini verdi.
Hörmətli professorumuzun layiqli davamçısı,
Borçalımızın gənc DOKTORU...


Əfqan ƏLİYEV.





Çox hörmətli insan, bacarıqlı jurnalist Müşfiq Mədəd oğlu Çobanov (Müşfiq Borçalı) Nizami adına Ədəbiyyat İnstitutunda(AMEA) elmi işini müdafiə etdi.
"Gürcüstanda Azərbaycan ədəbiyyatının inkişaf meyilləri (1960-2010)" mövzusu ətrafında möhkəm elmi dəlillərə söykənən müdafiədə hazırkı Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinə toxunuldu...
Müşfiq müəllim! Sizin elmi fəaliyyətiniz ikiqat dəyərlidir.
Çünki burada iki ölkənin və iki xalqın ədəbiyyatı qarşılıqlı şəkildə öyrənilir.
Əlli il ərzində iki ölkə arasındakı bu ədəbi əlaqələr, gətirilən faktlarla əsaslı şəkildə tədqiq edilmiş və elmi nəticələr çıxarılmışdır.
Müşfiq müəllimi bu münasibətlə səmimi qəlbdən təbrik edir, ona elmi və publisistik yaradıcılığında və həyatında perspektivlər,
uğurlar və müvəffəqiyyətlər arzu edirəm!

Vüsal ŞABİZADƏ.




Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:Əziz dostumuzu səmimi qəldbən təbrik edirəm. Dissertasiya işini uğurla müdafiə etməsi məni çox sevindirdi. Məncə illər öncə bu olmalı idi. Yenə də gec deyil, hətta deyərdim daha da dolğunlaşmış, millətimizə gərəkli bir işi görüb. Hətta ömür gün yoldaşım təəccübləndi ki, mən elə bilirdim Müşfiq Borçalı çoxdan müdafiə edib. Cavabım belə oldu: Həyatda elə insanlar var ki, rəsmi Alim adını deyil, həyatın, insanların, millətin verdiyi Alim adını daha öncədən qazanır. Dostum da belə insanlardandır. İnşaallah ki, bir gün atanız kimi Professor elmi adını da alarsınız. Daha uca zirvələr arzu edirəm.
Pərviz Əmiraslan,
Almaniya.




Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:

Mən də öz növbəmdə
bu təbriklərə qoşuluram,
elmin çətin və keşməkeşli yollarında
yeni-yeni uğurlar arzulayıram!


Mirzə Məmmədoğlu MAŞOV,
Tbilisi.




Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər:

Əziz və çox hörmətli Müşviq müəllim,
yüksək elimi dərəcə almaqınız münasibəti ilə
sizi ürəkdən təbrik edərək,
uzun ömür, möhkəm can sağlığı və
yeni-yeni uğurlar arzu edirəm.


Hörmətlə
Əlləz ORMEŞƏNLİ.






Əziz və hörmətli Müşfiq Mədədoğlu, gərgin zəhmətinizlə, elmi araşdirmalarınızla, məqalə və yazılarınızla bu gün əziyyətinizin bəhrəsini gördünüz.
"Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzu­sun­da yaz­dığınız disser­tasiyanı uğurla müdafiə etdiniz.
Sizin bu böyük müvəffəqiyyət digər ziyalı dostlar kimi məni də sevindirdi.
Sizin kimi istedadlı, bacarıqlı, savadlı və işgüzar ziyalı belə bir elmi ucalıqda parlamağa layiqsiniz. Sadəliyiniz, yüksək insani keyfiyyətləriniz, qayğıkeş və xeyirxahlığınızla həmişə "olduğu kimi görünür, göründüyünüz kimi olursunuz". Bu isə insana xas olan ən gözəl xüsusiyyətdir.
Müşfiq BORÇALIYA ünvanlanmış TƏBRİKLƏRdən sətirlər: Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağınız münasibətilə "Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin və "Ümid" qəzetinin əməkdaşları adından Sizi səmimi qəlbdən təbrik edir, Allahın bəxş etdiyi bütün gözəllikləri, uğur və nailiyyətləri Sizə arzulayırıq!
Sizinlə fəxr edir və qürur duyuruq!
Əziz və hörmətli Müşfiq Mədədoğlu, elmi yaradıcılıq və fəaliyyətlərinizdə yeni-yeni zirvələr kəşf etməyinizi səbirsizliklə gözləyirik.
Bir daha Sizi təbrik edirik!

Hörmətlə, Əlixan Yəhyaoğlu,
"Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi"nin sədri,
"Ümid" qəzetinin redaktoru.



.







.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BORÇALI ZİYASI

BORÇALI ZİYASI

Elm, AzTU, Bolus, Darvaz, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB...  TƏBRİK EDİRİK!..

MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB... TƏBRİK EDİRİK!..

Əsas xəbər, Azərbaycan, Humanitar elmlər, AzTU, "Şərqin səsi", Ədəbiyyatşunaslıq, Borçalı, Bolus, Darvaz, Təbriklər, Arxiv, Haqqımızda, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti, İsrail
AD GÜNÜN MÜBARƏK, ƏZİZ QARDAŞIM PƏRVİZ CƏFƏR!..

AD GÜNÜN MÜBARƏK, ƏZİZ QARDAŞIM PƏRVİZ CƏFƏR!..

Təbriklər
TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

"Gürcüstan", Tiflis, Təbriklər
YUBİLEYİN MÜBARƏK, ƏZİZ DOSTUM-QARDAŞIM İLQAR İLKİN!...

YUBİLEYİN MÜBARƏK, ƏZİZ DOSTUM-QARDAŞIM İLQAR İLKİN!...

Qaraçöp, Təbriklər
Təbrik edirik, Dəyanət Osmanlı!

Təbrik edirik, Dəyanət Osmanlı!

Azərbaycan, Bolus, Təbriklər
Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA  Minnətdarlıq məktubu

Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA Minnətdarlıq məktubu

"SAZLI-SÖZLÜ BORÇALI", Darvaz, Arxiv, Müşfiq Borçalı
TƏBRİK EDİRƏM, ÖMƏR!

TƏBRİK EDİRƏM, ÖMƏR!

Təbriklər
“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
AD GÜNÜN MÜBARƏK, ANAR BAYRAMOV!..

AD GÜNÜN MÜBARƏK, ANAR BAYRAMOV!..

Darvaz, Təbriklər
Təbrik edirik, İLDIRIM ŞÜKÜRZADƏ!..

Təbrik edirik, İLDIRIM ŞÜKÜRZADƏ!..

Təbriklər
TƏBRİK EDİRİK, hörmətli NAZİM MUSAYEV!..

TƏBRİK EDİRİK, hörmətli NAZİM MUSAYEV!..

Darvaz, Hüquq, Təbriklər
Alim adın mübarək, hörmətli Aşıq Hafiz Kərimov!..

Alim adın mübarək, hörmətli Aşıq Hafiz Kərimov!..

Təbriklər

"DOSTLUQ MƏŞƏLİ"nin Müşfiq Borçalıya TƏBRİKİ

Darvaz, Arxiv
TƏBRİK EDİRİK, HÖRMƏTLİ FAZİL MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ FAZİL MÜƏLLİM!...

Borçalı, Təbriklər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ RƏNA  MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ RƏNA MÜƏLLİMƏ!..

Kolleclər, Təbriklər
YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA

YUBİLEYİN MÜBARƏK, ƏZİZ VƏ DOĞMA "GÜRCÜSTAN"!...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Təbriklər
DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ

DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid, Darvaz, Müşfiq Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
PETERBURQ - LENİNQRAD TƏƏSSÜRATLARIM... (2-ci yazı)

PETERBURQ - LENİNQRAD TƏƏSSÜRATLARIM... (2-ci yazı)

Müşfiq Borçalı, Rusiya
Rəy yazın: