ORDU QURUCULUĞUNDA PEŞƏKARLIĞIN ROLU

ORDU QURUCULUĞUNDA PEŞƏKARLIĞIN ROLU Azərbaycanda ordu quruculuğu prosesinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması ilə qoyuldu. Cümhuriyyətin ordusunun qısa vaxt ərzində formalaşdırılmasının əsas səbəblərindən biri həmin prosesə rəhbərlik edən şəxslər ümumi nəzəri dəyərlər və əldə olan təcrübə ilə ordu quruculuğunun Azərbaycan şəraitindən irəli gələn xüsusiyyətlərini çox incəliklə və üzvi şəkildə birləşdirə bilmişdi. Eyni zamanda Hərbi rəhbərlikdə peşəkar şəxslərin olması bu prosesi daha surətlə həyata keçirməyə imkan verirdi.

Ordu quruculuğunda məhz milli əhval rühiyyənin formalaşdırılması, milli dəyərlərə əsaslanması Hərbi Nazirliyin rəhbərliyinin ordu və dövlət arasındakı münasibətlərin mahiyyətini kifayət qədər dəqiqliklə müəyyənləşdirməsi və bütün fəaliyyəti boyu ona riayət etməsindən irəli gəlirdi. Səməd bəy Mehmandarov əmrlərində dəfələrlə qeyd etmişdi ki, ordu heç bir siyasətə qarışmamalı, ona tapşırılan vəzifələrin icrası ilə məşğul olmalıdır. Məhz bu tələbi rəhbər tutmağın nəticəsi idi ki, respublika hökumətinin bir neçə kabineti təşkil edilsə də, Hərbi Nazirliyin rəhbərliyi dəyişməz qalmışdı. S.Mehmandarov, Ə.Şıxlinski və digərlərinin prinsipiallığı, ardıcıllığı bütün kabinetlər tərəfindən yüksək qiymətləndirilmişdi.
Lakin 1920-ci ilin aprelində bolşevik işğalı Azərbaycan Xalq Cümhuriyyətinin başladığı ordu quruculuğu prosesinin tam olaraq başa çatdırmasına mane oldu.
Sovet dövründə ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsi daim ön plana çəkilirdi. Belə ki, Heydər Əliyev gördüyü çox mühüm işlər içərisində ən önəm verdiyi sahələrdən biri məhz Azərbaycan Ordusu, onun formalaşması və inkişafı olmuşdur. Ordunun dövlət üçün vacib bir amil kimi əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev bu məsələyə hər zaman çox böyük diqqətlə yanaşırdı. O, ikinci dəfə yenidən hakimiyyətə gəldiyi dövrdə ilk diqqət verdiyi sahələrdən biri, məhz ordu quruculuğu idi.
Azərbaycanın geosiyasi, geostrateji baxımdan mühüm bir regionda yerləşməsi ölkənin müdafiə qabiliyyətinin daim nəzarətdə saxlanmasını labüd edir. Bunu dövlətin qarşısında duran mühüm prioritet hesab edən ümummilli lider Heydər Əliyev Azərbaycan Ordusunun formalaşmasını, onun hərbi potensialının yüksəldilməsini və xüsusilə də peşəkar zabit kadrların yetişməsini strateji vəzifə kimi dəyərləndirirdi.
Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi daim diqqət mərkəzində olmuşdur. Əsası Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi.
Bildiyimiz kimi müasir ordu quruculuğunun əsasını peşəkar zabit heyətinin hazırlanması təşkil edir. Peşəkar zabit fiziki gücə malik olmaqla bərabər savadlı, dünyagörüşlü, iti düşüncəli, çevik idarəetmə bacarığına malik olmalıdır. Hərbi kadrlarının müasir tələblər baxımdan əsl mütəxəssis, hərbi vətənpərvər ruhlu şəxsiyyət kimi formalaşdırılması hərbi təhsil müəssisələrinin qarşısında böyük vəzifələr qoyur.
Müasir dünyanın geosiyasi prosesləri, beynəlxalq münasibətlər sistemində baş verənlər dövlətlərin beynəlxalq hüquq normalarına deyil, daha çox hərbi gücə əsaslandıqlarını göstərir. Dövlətin qüdrəti onun təbii sərvətləri, yaxşı təşkil edilmiş iqtisadiyyatı ilə bərabər güclü hərbi potensialı, mütəşəkkil, nizami ordusu ilə ölçülür. Əsasən də geosiyasi, geostrateji baxımdan mühüm regionda yerləşən dövlətlərin ən mühüm prioritetlərindən biri məhz güclü ordunun formalaşdırlmasıdır.
Güclü ordu - müasir döyüş texnikaları ilə təchiz edilmiş, hərbi infrastruktura, hər cür maddi təminata malik, peşəkar, bacarıqlı, qətiyyətli, vətənpərvər zabit heyətinin cəmləşdiyi, sivil idarəetmə metodikasının və strateji hədəflərinin olmasıdır.
Son illərdə dünyada müxtəlif aspektli hərbi münaqişələr, silahlı qarşıdurmalar, müharibələr dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərinin hərbi xərclərinin mühüm hissəsini məhz hərb elminin və təhsilinin inkişafına: mütəxəssislərin, peşəkar zabitlərin hazırlanmasına sərf etməyə təhrik edir. Əsasəndə hərbi texnikaların, silahların surətlə müasirləşdirilməsi, yenilərinin daha innovativ formada icad edilməsi bu texnika və silahlarla işləməyi bacaran, müharibə zamanı onlardan məharətlə istifadə edən peşəkar, nizam-intizamlı zabit kadrlarının hazırlanması zərurətini ortaya qoyur. Digər tərəfdən müasir döyüş, müharibə usulları dövlətləri ordularının gücünü artırmaq üçün ən önəmli məsələ kimi hərbi təhsil sisteminə diqqət verməklə onun ən prioritet məsələyə çevirməyi məcbur edir.
Bu baxımdan Azərbaycan dövləti özünün müharibə şəraitində olmasını, yerlədiyi mürəkkəb geosiyasi mövqeyini nəzərə alaraq büdcəsinin böyük hissəsi məhz hərbi xərclərə ayırır. Bu xərclərdə ordunun maddi-texniki təminatı, müasir silahların, hərbi texnikaların alınmasına böyük vəsait sərf olunmaqla bərabər, həm də son zamanlar hərbi təhsil xərclərinə: zabitlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə, beynəlxalq təcrübə mübadilələrinin təşkilinə kifayət qədər yüksək önəm verilir. Bu da heç şübhəsiz dövlətin ordunun professional kadrlarla komplektləşdirilməsini hədəf seçməsidir. Peşəkarlıq, idarəetmənin düzgün qurulması, kadrların səmərəli istifadə edilməsi ordunun güclənməsində ən mühüm amildir.
Belə ki, dünyanın ən qabaqcıl ordularının maddi-texniki təchizatı ilə müqayisədə zabit kadrlarının hərbi təhsil, elmi-praktik vərdişlərinin qazanılmasına ayrılan xərclər böyük paya malikdir. Çünki müasir müharibə daha az itki verməklə, qısa vaxt çərçivəsində daha böyük nailiyyət əldə etməyi qarşıya məqsəd qoyur. Bu mənada dövlətlərin qarşısında duran başlıca vəzifə maksimum səviyyədə peşəkar zabit kadrlarının sayını çoxaltmaq və ordunun idarə olunmasını onlara etibar etməkdədir.
Dünyanın ən müasir təhsil sistemlərində tətbiq olunmuş standartların Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də tətbiq olunması bizə müasir tələblər baxımdan peşəkar zabit kadrlarının hazırlanmasına imkan verir. Tədrisin maddi-texniki bazasının daim zənginləşdirilməsi, qabaqcıl təcrübəyə əsaslanan tədris proqramlarının, dərs vəsaitlərinin hazırlanması, professor-müəllim heyətinin bu istiqamətdəki elmi-pedoqoji fəaliyyəti ordumuzun inkişafına və zabit kadrlarının peşəkarlığının artırılmasına təkan vermiş olur. Nəticədə:
1. Dövlətin milli və hərbi təhlükəsizliyinin təmin edilməsi üçün daha savadlı, hərbi-siyasi şüuru, dünyagörüşü, psixoloji durumu yüksək olan, özünü idarəetməyi, xarici təsirlərə qarşı daha sivil mübarizə aparmağı bacaran hərbi kadrların formalaşması təmin edilir;
2. Ən müasir silahların, kompüter avadanlıqları ilə təchiz edilmiş son model hərbi texnikaların istifadə edilməsi, müasir döyüş texnologiyasının, muharibənin aparma metodlarının tətbiq edilməsi gənc zabitlərin peşəkarlıq səviyyələrini daim yüksəltməsinə, hərbi texnikanı idarə etmə vərdişlərinin artırmasına təkan verir;
3. Yaxşı təhsil almış, elmin ən son nailiyyətlərindən bəhrələnmiş zabit heyətinin olması orduda idarəetmənin daha dinamik və səmərəli təşkilinə imkan verir;
4. Əsgər–zabit, kursant-zabit, zabit-zabit münasibətlərini daha sivil, mədəni, mənəvi dəyərlər çərçivəsində təşkil edilməklə, vətənpərvərlik hissələrinin yüksəldilməsinə, milli mənlik şüurunun inkişafına təsir etmiş olur.

Beləliklə, qeyd olunan məsələlərin həlli nəticə etibarilə bütünlükdə dövlətin ərazi bütövlüyünün, suverenliyinin qorunmasına, hərbi müdaxilələrin qarşısının alınmasına, hərbi və milli təhlükəsizliyinin təmin edilməsinə imkan verir.
Azərbaycanda hərb elminin inkişafı istiqamətində əldə edilmiş nailiyyətlər, ordumuzun dünyanın inkişaf etmiş orduları ilə əməkdaşlığı, inteqrasiyası və ən müasir döyüş texnikaları, silahları ilə təchizatı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, onun zabit-müəllim heyəti qarşısında çox böyük vəzifələr qoyur. Dünyada gedən surətli inkişafı, modernləşməni qarşılamaq üçün zabit kadrlarının peşəkarlığının, bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyət bundan sonra da daha böyük məsuliyyətlə davam etdirməlidir.



Ramid Hüseynov
siyasi elmlər üzrə fəlsəfə doktoru,
dosent


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Günel Səmədova:

Günel Səmədova: "Tarixi Qələbənin uğurlu davamı"

Məktəblər
Elmin gələcəyinə təkan, fasiləsiz təhsilə davam

Elmin gələcəyinə təkan, fasiləsiz təhsilə davam

"Zirvə"
Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib

Hərbi Akademiyada xarici dil kurslarının buraxılışı keçirilib

Qarabağ, Digər ali məktəblər
General-leytenant Heydər Piriyev AzTU-da olmuşdur

General-leytenant Heydər Piriyev AzTU-da olmuşdur

AzTU
Həmişə yetirmələrinin uğurlarına sevinəsən Həsən müəllim!..

Həmişə yetirmələrinin uğurlarına sevinəsən Həsən müəllim!..

Regionlar, Məktəblər
Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında  ...

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında ...

İctimai elmlər, Tarix
Ön cəbhədə Novruz tonqalları qalandı!

Ön cəbhədə Novruz tonqalları qalandı!

Qarabağ, QHT
“Yeni Yurd” Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlələ birgə qeyd etdi

“Yeni Yurd” Dövlət Bayrağı gününü ön cəbhədə əsgərlələ birgə qeyd etdi

Azərbaycan, Qarabağ, "Şərqin səsi"
Sərhəd mühafizəsi dövlətin varlığı

Sərhəd mühafizəsi dövlətin varlığı

Tarix
General-leytenant Heydər Piriyev (1959)

General-leytenant Heydər Piriyev (1959)

Qarabağ, "Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Təbriklər
Polkovnik TOFİQ ŞAHBAZOV (1950)

Polkovnik TOFİQ ŞAHBAZOV (1950)

Darvaz
AzTU Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarını qürurla anır

AzTU Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarını qürurla anır

AzTU
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix

"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi ses ...

Humanitar elmlər
Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi  bütövlüyümüz bərpa edildi

Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi

AzTU, Köşə yazılar
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Elmi Məqalələr
Professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edi ...

Professor Əli Həsənov AMEA Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış edi ...

Elm
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Dövlət Müstəqilliyyi günü qeyd olun ...

Silahlı Qüvvələrin Hərbi Akademiyasında Dövlət Müstəqilliyyi günü qeyd olun ...

Azərbaycan
VƏTƏNPƏRVƏRLİK DƏRSİNİ SƏNGƏRDƏ KEÇƏN MÜƏLLİM!

VƏTƏNPƏRVƏRLİK DƏRSİNİ SƏNGƏRDƏ KEÇƏN MÜƏLLİM!

Məktəblər, Müsabiqə
Rəy yazın: