“Cavab verə bilmirsən? Çünki, qatilsən, çünki ermənisən!..”

“Cavab verə bilmirsən? Çünki, qatilsən, çünki ermənisən!..”
“Cavab verə bilmirsən?
Çünki, qatilsən, çünki ermənisən!..” –

1920-ci ildə ermənilərin Daşkəsəndə xalqımızın başına gətirdiyi müsibətdən qisa tarixçə


Xalqımıza “pənah gətirmiş” və torpaqlarımızda məskən salmış ermənilərdən Azərbaycan xalqı heç də “sağ ol” görməmiş, illərlə başı müsibət çəkmiş, onlardan bəla görmüşdü.
XX əsrin 20-ci illərində digər bölgələrimizdə olduğu kimi Daşkəsəndə də ermənilər öz mənfur niyyətlərini yeridib, yerli əhaliyə qarşı divan tutublar. Ancaq çox keçməyib ki, Daşkəsən camaatı, igid oğulları bu mənfurların cavabını layiqincə vermişlər. Onlara Daşkəsəndə elə bir quyu qazıldı ki, bir daha o quyudan çıxa bilmədilər, arzuları da özləriylə birgə o quyuda basdırdılar.
Onların arzusu, niyyəti nəydi?


1920-ci ildə Azərbaycanın Rusiya imperiyası tərəfindən ilhaq edildiyi zaman, Ermənistanla sərhəddə yerləşən Daşkəsən rayonunu ermənilər tərəfindən yerli camaatdan təmizləyib, SSRİ-yə bu ərazilərlə girmək kimi bəd niyyətləri olub. Məqsəd Daşkəsənin yerli əhalisini qırmaq, əvəzinə bölgəni tam erməniləşdirmək, Daşkəsəni Ermənistana birləşdirərək, erməni torpağı kimi SSRİ tərkibinə qatmaq olub. Bununla Şura hökümətini əmin etsinlər ki, bu torpaqlar dədə-babadan onlarındı. Sərhədləri də burdan qoyulmasını istəmişlər. Ermənistandan Daşkəsən ermənilərinə bununla bağlı məktub da göndərilmişdi. Beləki Andranik Ozanyanın dəstəsindən bir bölük başkəsənləri Zəylik kəndində yaşayan ermənilərə məktub göndərib tələb edirmişlər ki, onlar ordan, biz isə Səbətkeçməz istiqamətindən hücuma keçib ordakı türkləri ağına-bozuna baxmadan qirmaq lazımdır.
Məktubda yazılmışdı:

“Əzabkeş erməni xalqının bir ovuc müçahidlərinə!

Uzun illər ürəyimizdə yaşatdığımız arzularımızın həyata keçirilməsinin məqamı yetişib. Babalarımızdan miras qalmış “Böyük Ermənistan” ideası heç bir erməninin qəlbindən silinməyib. Artıq erməni xalqının böyük oğlu Andranik Ozanyanın rəhbərliyi altında həyata keçirilən ölməz ideamıza dünyanın hər yerindən kömək gəlir. Siz də müqəddəs ideyalarımız uğrunda silaha sarılıb sağalmaz erməni yaralarına məlhəm qoyun.

Artıq Qafqazda yeni ideya dolaşır. O ideya ki, bizim arzularımızı həyata keçirməkdə maraqlıdır. Bu kommunist ideyasıdır. Siz hər biriniz bilməlisiniz ki, Kaxetiyada və Azərbaycanda Şura höküməti qurulub. Lakin hələ ki, Şura höküməti sizin yaşadığınız keçilməz dağlara yetişməyib. Ermənistan da bu hökümətin tərkibinə keçməkdə israrlıdır. Odur ki, oktyabrın 21-də siz silahlanıb o tərəfdən, biz isə bu tərəfdən gələrək aradakı türkləri qılıncdan keçirib sizin yaşadığınız torpaqları “Böyük Ermənistan”ın ərazisinə qataq.

Əvvəlcə sizə göndərdiyimiz plan üzrə bütün giriş və çıxışları kəsməkdə davam edin. Bizim müzəffər ordumuz 21 oktyabrda baş tutacaq şanlı yürüşümüzdən sonra Qabaqtəpə erməni-Qriqoryan kilsəsində qələbə ziyafəti quracaq. Sizin hər birinizin o ziyafətdə iştirak etməyinizi Allahdan diləyirəm.

Silah və ölüm türklərin qismətidir. Onları öldürməkdən, zülm və işgəncə verməkdən çəkinməyin. Arzularımıza Allah qovuşdursun, İsa köməyiniz olsun.”

Həmin məktub isə Qabaqtəpədən olan igid Mirzə Sadıqın əlinə keçmiş, o da öz növbəsində məktubun məzmununu yerli camaata çatdırmış, hər yana xəbər göndərmiş, xeyli adam yığmış və hər kəsi bu bəd niyyətdən agah edib, tədbir görməyə çağırmışdı. Bu xəbəri eşidən əli silah tutan, hər biri beş erməni dığasına bərabər olan oğullar hamısı səfərbər olub düşmən qabağına çıxmış və onların cavabını layiqincə vermişdilər.

Erməni silahlıları Qabaqtəpədə, Zəylikdə, Naltökəndə yerli camaata pusqu qurar, onlara xaincəsinə hücum edib, öldürürdülər. Qarşılarına çıxana heç də aman verməyərək, qanlarına qəltan edib, amansızlıqla güllələyir, qılıncdan keçirirdilər.

Erməni silahlıları Gəncədən gələn yolu bağlayıb bir növ mühasirəyə almış, gələn-gedənin yolunu kəsib öldürürdülər. Naltökəndə iyirmi yeddi nəfərlik dəstə Gəncədən bazarlıqdan gələn Qabaqtəpəli Qələndər kişiyə və oğlu Murtuza da xaincəsinə hücum edərək onları qətlə yetirmişdilər. Murtuzu gülləylə vurmuş, Qələndər kişini isə xəncərlə doğramışdılar. Bu da azmış kimi onların cəsədlərini qurda-quşa yem etmək üçün ağacdan asmışdılar. Yerli camaat cəsədləri tapanda gördüklərindən dəhşətə gəlmişdilər. Onların cəsədindən qan sızırdı, qarğalar başlarının üstündə uçuşub zavallıların cəsədlərini yeyirdilər. Sonradan həmin ağacda daha üç cəsəd tapılmışdı. Biri kişi, biri qadın, biri isə uşaq idi, ola bilsin yoldan ötən zavallılar olublar. Qabaqtəpəli digər bir gənci, ermənilərlə son nəfəsinədən vuruşan, hətta onların üstünə əliyalın gedən Mehdini öldürüb, cəsədini dəhşətli hala salmışdılar. Yeddi nəfər cəllad gülə-gülə Mehdinin qulaqlarını və burnunu kəsib, başının dərisini soymuşdu. Bu hadisəni görən igid Patavalı Söyün özünü irəli verərək yeddi nəfərlik cəlladların üzərinə atılmış, qısa bir həmlədə onları silahıyla cəhənnəmə vasil edib. Lakin Mehdinin cəsədini götürərkən, cəlladlardan birinin yaralı olduğunu görən Söyün, onun yarasını sarıyıb, əl qolunu bağlayaraq onu da özüylə götürdü ki, oğul qatili olaraq Mehdinin anasına təslim etsin.

Mehdinin qatili Gövhər ananın qarşısına gətiriləndə qorxudan tir-tir əsirdi, əli bağlı halda Gövhər anadan imdad diləyirdi. Gövhər ana xəncəri alıb, erməniyə tərəf gəldi və qarşısında durub gözlərinin içinə baxaraq dedi: - Heçmi vicdanınız yoxdur? Heçmi bu qədər insanların göz yaşları, oğul itkisi, ər itkisi sizi narahat etmir? Axı biz sizə nə etdik ki, bizə bu qədər dağ çəkdiniz? Niyə öldürdün mənim oğlumu?! Cavab verə bilmirsən? Çünki, qatilsən, çünki ermənisən. Erməni olduğun üçün qorxaqsan. Əgər burada sənə bir arxa duran olsa sən yenə qatil olaraq insan qanına susayacaqsan. Sən – erməni,qorxaqsan, tülkü kimi. Oğlumu öldürüb məndən imdad diləyirsən. Görəsən mənim oğlum sənin ananın oğlunu öldürsəydi sənin anan onu bağışlayardımı? Əsla yox. Çünki, sənin anan da sənin kimi namərd erməninin anasıdı. Verdiyi övlad tərbiyəsi bax budur. Mən isə mərd, igid türkün – Mehdinin anasıyam. Bizdə namərdlik yoxdur. Biz mərdi-mərdanə işimizi görürük –deyib erməninin bağlı əllərinin kəndirini kəsmiş, əlindəki xəncəri yerə ataraq oradakılara dedi ki: - Buraxın onu getsin. Onun ölümü mənə təsəlli verməz. O da bir ananın oğludu. Qoy gedib onlara bizim ölməz övladlarımızdan, bir də onları doğan sarsılmaz anaların mərdliyindən danışsın. Bəlkə onlar bir daha ana qəlbi göynətmədilər.

Beləliklə, Mehdinin qatili azad buraxıldı.

Ancaq görünən odur ki, Gövhər ananın dediklərinə əməl edilmədi. Namərd erməni yenə də öz namərdliyində qaldı, yenə də vəhşiliyi, qəddarlığı, Ana qəlbi göynətməyi özlərinə adət, şüar etdilər.

Ermənilər Göyçədə, Zəngəzurda, Naxçıvanda, Qubada azərbaycanlılara divan tutub, hətta körpələrə də rəhm etməyiblər. İrəvanda bir bölük insanları məscidə qapayıb od vurub yandırıblar. Zəngəzurda bir ailənin dərisini soyub, balanı atanın, atanı balanın gözü qarşısında qətlə yetiriblər. Göyçədə bir neçə sakini ot tayasının içinə qoyub ot qarışıq yandırıblar. Olmazın vəhşilikləri ediblər. Elə vəhşilik ki, heç tarixdə belə vəhşilik görülmədi.

1920-ci ildə Daşkəsən tarixin bu amansız sınağına düçar oldu. Çox qurbanlar verdi bu torpaq, çox qanlar töküldü Daşkəsən torpağında. Ancaq mənfur erməni niyyətinə çatammadı. Onlar Mirzə Piser Sadığın, Tərlan Məmmədin, Katta Məmmədin, Hidayət, Qaçaq Əhmədin, Molla Xəlilin, Həsənlinin, Xallı İsrafilin, Ocaqverdinin, Patavalı Söyünün və digər adını bilmədiyimiz yetmiş səkkiz igid oğulların qəhrəmanlığı sayəsində elə Daşkəsən torpağında məhv edildilər. O oğulların ki, canları bahasına erməniləri məhv edib, ana-bacılarını, torpaqlarını qorudular və tarixdə silinməz bir iz saldılar. Bu iz Daşkəsənin tarixində əbədi olaraq qalacaq. Deyilənə görə, bu gün də adı Erməniqırılan dərə adlandırılan dərədən vaxtiylə ermənilər 14 araba ilə günlərlə meyit daşıyıblar. Həmin dərədən sel gələndə çay erməni sümüyü axıdıb.

Yüz illərdi erməni cəlladlar murdar əməllərini davam etdirirlər və əl çəkmirlər insan qanı axıtmaqdan.
Bu günümüzdə də xalqımız bu cəlladların xəyanətinin, namərd əməllərinin şahididir, onlar torpaqlarımızı işğal edib, minlərlə həmvətənimizi amansızca qətlə yetiriblər..
İllərdi mənfur erməni siyasətinin qurbanıyıq. Hələ də bu cəzanı çəkirik.

Mənbə: F. Əhmədov. “Gəncənin tarix yaddaşı” - 1998, E. Qurbanov . “Bir gecənin sirri” - 2009


Günel Məmmədova,

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Andranik Qriqoryan:

Andranik Qriqoryan: "Nə qədər ki, gec deyil, siz də mənim kimi edin!.."

Dünya
Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiya
“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

“Güney Azərbaycanda erməni vəhşiliyi” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan, Siyasət
Gənc yazarın İcraildə məqaləsi dərc olunub:

Gənc yazarın İcraildə məqaləsi dərc olunub: "TƏBLİĞ EDİLMİŞ NİFRƏTİN NƏTİC ...

Qarabağ, İsrail, Köşə yazılar
XOCALI: Vətən ağrısı, torpaq yanğısı...

XOCALI: Vətən ağrısı, torpaq yanğısı...

Qarabağ, Publisistika
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Mahirə Əsədova:

Mahirə Əsədova: "Onlar bizim harayımıza çatdı"

Bakı, Sosial, QHT
İftixar:  Canavar dişi (2 hissəli dram) 2-ci hissənin davamı

İftixar: Canavar dişi (2 hissəli dram) 2-ci hissənin davamı

Dramaturgiya

"Yeni Yurd" İctimai Birliyi ön cəbhədə olub

Qarabağ
Xocalı soyqırımı - əsrin faciəsidir

Xocalı soyqırımı - əsrin faciəsidir

Tarix, Köşə yazılar
Qan yaddaşımız Xocalı

Qan yaddaşımız Xocalı

BDU, Köşə yazılar
Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

Ali Baş Komandanın ailəsi ilə birgə Novruz bayramı öncəsi Qarabağ səfəri Zə ...

YAP, AzTU
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis

"UNUTMAYAQ VƏ UNUTDURMAYAQ!"

Sumqayıt, Tarix, QHT
“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

“Böyük Ermənistan” xülyasının reallaşdırma planının tərkib hissəsi

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Xalidə Xalid: “ Erməni sözçüsü  öz adını kimə qoymaq istəyir?”

Xalidə Xalid: “ Erməni sözçüsü öz adını kimə qoymaq istəyir?”

Azərbaycan, Köşə yazılar
Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ  ...

Beriya öz kabinetində erməni rəhbəri niyə güllələdi? – STALİNİN GİZLƏTDİYİ ...

Tarix
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin ABŞ Konqresi ...

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin ABŞ Konqresi ...

QHT
31 mart - Azərbaycanlıların soyqırımı günüdür

31 mart - Azərbaycanlıların soyqırımı günüdür

Tarix, Köşə yazılar
Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Qərbi Azərbaycan – Tariximizin bir parçası və mənəvi soyqırım

Tarix, Qərbi Azərbaycan
Rəy yazın: