Tahir Əkbər doğum gününü 26 ildir qeyd etmir Digər » Şou 21 января 2016 Dünən 20 yanvar tanınmış şəxsiyyət, canlı əfsanə "Əməkdar incəsənət xadimi, korifey sənətkar Tahir Əkbərin doğum günü günü idi."-Ad günüm qanlı 20 yanvar faciəsi ilə üst-üstə düşdüyündən 1990 -cı ildən bu yana ad günümü kecirtmirəm,və məni tanıyan, dostlarım,tanışlarımı da, məni təbrik etməyə icazə vermirəm. İnşallah bu yaxımlarda yəni Mart ayında dövlət tərəfindən mənim 70 illik yubileyimlə əlaqədar yaradıcılıq günü keciriləcək.Məkanla bağlı isə secim arasında qalmışam,Ya" Beynəlxalq Muğam mərkəzində ya da "R.Behbudov" adına mahnı teatrında kecirilməlidir. Tahir Əkbər doğum gününü 26 ildir qeyd etmir.Xatırladım ki, Tahir İsmayıl oğlu Əkbərov (Tahir Əkbər) 1946-cı ildə ynvar ayının 20-də Bakı şəhərində anadan olub. Ömrünün düz yarısını Azərbaycan musiqi sənətinin tərəqqisinə sərf edib. 1970-ci ildə Muxtar Əşrəfli adına Daşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində oxumuş, məşhur bəstəkar-pedaqoq, professor Boris İsaakoviş Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildən Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür. Yaradıcılığı boyu müxtəlif janrlara müraciət edib. Xor musiqisi simfonik və kamera əsərləri mahnı və s. Onu da qeyd edək ki, “Simfonik rənglər” və İlahiyyət mövzusunda yazdığı “Amin” və “Ya Rəbb” əsərləri Azərbaycan professional musiqisində yeni janrlardır. Mahnı janrında bir çox nəaliyyətlər əldə edib. Mahnılarını korifev sənətkarlarımız Şövkət Ələkbərova, Zeynəb Xanlarova , Mirzə Babayev, Elmira Rəhhimova eləcə də qardaş ölkə Türkiyənin tanınmış müğənniləri ifa edib.Bu gün cavan müğənnilər onun mahnılarıyla bir çox beynəlxalq müsabiqələrdə və layihələrdə iştirak edərək uğur qazanır. Tahir Əkbər doğum gününü 26 ildir qeyd etmir.Tahir Əkbər doğum gününü 26 ildir qeyd etmir. 2006-cı il noyabr ayının 9-da M.Maqamayev adına Dövlət Filarmoniyasında Bəstəkarlar Birliyinin təqdimatı ilə Azərbaycan Mədəniyyət və turizm Nazirliyinin sərəncamı əsasında onun 60 illik yubileyi təntənəli surətdə keçirildi.Konsertdə səslənən əsrlər tamaşaçılara güclü təsir bağışlamış, böyük maraqla qarşılanmışdır. Həmin konsertdə ulu öndərimizə həsr olunmuş “ Dünya Azərbaycanlılarının “Həmrəylik himni”, “Ya Rəbb” (sözləri Cabir Novruzundur) İlahiyyət vokal-simfonik poemasının ilk ifası olmuşdur. Əsərlər sübut etmişdir ki, Tahir Əkbərin musiqisində özünə məxsus dəsti-xətti üslubu, yüksək peşəkarlığı və vətənadaşlıq mövqeyi var. 14 sentyabr 2012-ci ildə ölkə prezidentinin cənab İlham Əliyevin sərəncamı ilə Əkbərov Tahir İsmayıl oğluna “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. Bir bəstəkar kimi istər ulu öndərimiz Heydər Əliyev və İlham Əliyev cənablarının siyasətini həmişə dəstəkləyib. YAP-ın üzvüdür. Bizdə Canlı əfsanə mahnıları dillər əzbəri olan dahi ölməz bəstəkar, Tahir Əkbərə sağlıqlı uzun ömür,yaradıcılığında bol-bol uğurlar arzulayırıq. Səhnəmizdən əksik olmayın!... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.