Mahirə Əsədova kimi xeyirxah insanlar çox olsa yaxşıdır! Digər » QHT 22 марта 2017 "Novruz" birlik, bərabərlik bayramıdır."Novruz" yeni ilin, yeni günün başlanğıcıdır. "Novruz" bayramında küsülülər barışar,işıqlı sabaha olan ümidlər artar.Biz, bir qrup ziyalı və gənc bayram ərəfəsində ön xəttə, Azərbaycanın ərazi bütövlüyünü qoruyan ərənlərin görüşünə getdik."Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova da əsas təşkilatçılardan biri kimi çox böyük fərəhlə bayram tədbirlərində iştirak etdi.Dövlətdən maliyyə dəstəyi almadan el-obanın xeyir-şərində ürəklə iştirak edən, imkanları daxilində maddi və mənəvi dəstək göstərən Mahirə xanım kimi xeyirxah insanlar nə qədər çox olsa yaxşıdır.Şamil SABİROĞLU,Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Tərəqqi"medalının mükafatçısı,müharibə veteranı.Bakı, 22.03.2017.ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.