BELƏ ÖLÜM GÖZLƏMİRDİK... Digər » Nekroloqlar 3 мая 2023 1851 100 1 2 3 4 5 «Belə gözləmirdik sizi. Sizə ümidlərimiz böyük idi.... Acı da olsa, acıdan acı ölümdür. Bunu siz bizlərə daddirdiniz.... Belə olmamalı idi...” 14.02.2023Malatyada zəlzələ nəticəsində həlak olmuş tələbələrimizlə bağlı paylaşım edən dəyərlimiz, gənc alimimiz, yüzlərcə ziyalıya ümid işıq olan Nizami Məmmədli sən niyə ölümü bizlərə daddırdın? Bu suallarla sənə ünvanlanan neçə-neçə işıqlı dostuna cavab ver indi...Azərbaycanın gənc alimi, pedaqogika, metodologiya elminə böyük tövhəsi olmuş Nizami Xaliq oğlu Məmmədli vəfat etmişdir.1979-cu ilin 29 avqusutunda Gədəbəy rayonunda anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Pedoqoji Universitetinin Tarix fakultəsini bitirmişdir. Azərbaycan Təhsilində böyük uğurlara nail olmuş, yüzlərlə ziyalının yetışməsində təmənnasız xidmətlər göstərmiş, istedadlı pedaqoq Nizami Məmmədli bir neçə elmi məqalənin, yüzlərlə hekayə və publisitik yazının müəllfi olmuşdur. Onlarla pedoqoji kitabda həmmüəlliflik, ideya müəllifliyi etmişdir. Olduqca dinamik həyat tərzi keçirən, çalışmaqdan yorulmayan Nizami sanki nizam yaratmağa tələsirdi yaşam dönəmində. Tale onu ruhuna uygun olaraq ölkəmizdə və dünya miqyasında sevilən Beynəlxalaq Əmak Təşkilatına (BƏT) gətirmişdi. BƏT Cənab Prezidentimizin xeyir-duası ilə 2016-cı ildən ölkəmizə qədəm qoyandan bəri Nizami Məmmədli innovativ yanaşmaları ilə xoşmərammlı məqsədlərə xidmət edən komandamızın işinə xüsusi töhfələrini vermişdi. Seçmə ziyalılardan təşkil olunmuş Azərbaycan BƏT komandası bu gün ən böyük kədərini yaşadı... Başda ustad təlimçimiz Azad müəllim olmaqla dəyərli təlimçi heyyətinə, həmçinin ailəsinə və yaxınlarına başsaglığı verir, səbr diləyirik. Arzu edirəm ki, ölümü bizə daddıran Nizaminin ruhuna öz xeyirxah təmənnasız işlərimiz və xoş məramlı əməyimizlə ehtiram edək. Hörmətlə: BƏT Azərbaycan kollektivi.ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.