KİMİNİN BİLİYİ, KİMİNİN BİLƏYİ

KİMİNİN BİLİYİ, KİMİNİN BİLƏYİBu gün dünyada bir çox idman növləri mövcuddu. Azərbaycanda da bu idman növlərini layiqincə təmsil edən idmançılarımız var. Cüdo, sambo, güləş, ağırlıqqaldırma və s. kimi idman növlərində idmançılarımız dəfələrlə dünya, olimpiya, avropa çempionatlarında təmsil olunmuş, yüksək nailiyyətlər qazanmışlar.

Son dövrlər Türk birliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bütün bu addımlar Türk birliyinin bir-birinə yaxınlaşması baxımından vacibdir. Artıq Türkdilli Ölkələrin Parlament Assambleyası da beynəlxalq təşkilat kimi dünyada öz sözünü deməkdədir. Bu vaxta kimi Türkdilli ölkələr bir sıra işlərə imza atmışdır. Dilimizin, tariximizin və milli –mənəvi dəyərlərimizin bir-birinə yaxınlaşdırılması üçün mühüm qərarlar verilmiş, birgə layihələr həyata keçrilmişdi. Bunlardan biri də Türk xalqlarının döyüş sənəti kimi özünü təsdiq edən Alpaqut idman mədəniyyəti baxımından böyük uğrdur. Alpaqut Turan ellərində yaşayan, Türk xalqlarının ortaq mədəniyyətini, dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran bir idman növüdür. Alpaqut döyüş sənəti, Türk xalqlarının döyüş mədəniyyətindən qaynaqlandığı üçün, bu idman növünün markası Turan Döyüş Sənəti adlanır. Bu idman növü 3 sistemli yarışma qaydalarından ibarətdir. Aypara, Batur, Caymaz. Qısa olaraq A B C də demək olar. Azərbaycanda ilk dəfə alpaqut döyüş sənətini Beynəlxalq Dərəcəli İdman ustası Kutsan Vasif Namazov yaratmış və inkişaf etdirmişdi. İndi bu idman növü üzrə ölkəmizdə bir sıra klublar fəaliyyət göstərir və gənclərimizi milli -mənəvi dəyərlərin qorunub saxlanmasında, idmanın inkişafında böyük işlər görür. Bunlardan biri də Alpaqut Turan Eli Klubunun yaradıcısı, Beynəlxalq Dərəcəli İdman ustası, üçüncü dan qara kəmər sahibi, dəfələrlə bayrağımızı yüksəklərə qaldıran Bəhruz Xudaverdiyevdi. O, uzun illər bir sıra idman məktəblərində tələbələrin hazırlanmasında öz bilik və bacarığını əsirgəməmişdir. Bu yaxınlarda Gürcüstanın Batumi şəhərində “ Avrasiya” kuboku üzrə yarışlara qatılmış, Beynəlxalq dərəcəli idman ustası adına layiq görülmüşdür. Bu gün B. Xudaverdiyev bir məşqçi kimi öz bilik və bacarığını gənc nəslə, oğlan və qızlarımıza öyrətməkdə davam edir. O, şəhərin bir neçə istiqamətində məşqçi kimi fəaliyyəti göstərir. Bu idman növü ilə maraqlananlar B. Xudaverdiyevin yaratdığı “Alpaqut Turan Eli” klubuna müraciət edə bilərlər. Məşğələlər həftədə üç dəfə olmaqla, 2 saat təşkil edir. Məşqlər fərdi və qrup halında aparılır. Qeyd: Alpaqut döyüş növü, əlbəyaxa, özünümüdafiə, hər növ soyuq silahdan qorunmaq üçün məşğələlər həyata keçirir.

VÜQAR ƏSGƏR

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: