“Elektron imza” ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfindən və nə vaxt imzalandığını necə öyrənmək olar?

“Elektron imza” ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfindən və nə vaxt imzalandığını necə öyrənmək olar? “Elektron imza” ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfindən və nə vaxt imzalandığını necə öyrənmək olar? “Elektron imza” ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfindən və nə vaxt imzalandığını necə öyrənmək olar? Bu məqsədlə Məlumat Hesablama Mərkəzi yeni proqram yaradıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan yeni proqram vasitəsilə artıq elektron imza ilə imzalanmış sənədin nə zaman, kim tərəfindən və hansı sertifikatla imzalandığını müəyyən etmək mümkündür.

“Edoc yoxlayıcı” adlanan proqram ,“.edoc” formatında olan rəqəmsal sənədlərdə imzanın strukturunun yoxlanılması və sənədlərin nüsxəsini əldə etmək üçün nəzərdə tutulub. Qeyd edək ki, Milli Sertifikat Xidmətləri Mərkəzinin e-imza sertifikatı ilə imzalanmış sənədlər “.edoc” formatında olur.


Proqramdan necə istifadə etməli ?

1. www.e-imza.az veb səhifəsinə daxil olub menyudan "Edoc Yoxlayıcı” bölməsini seçin.

2. "Faylı seçmək" düyməsi ilə yoxlamaq istədiyiniz “.edoc” formatlı sənədi (elektron imza ilə imzalanmış) yükləyin, "Yoxla" düyməsi ilə əməliyyatı davam etdirin.



Göründüyü kimi, sadəcə, 2 mərhələdə elektron imzalı sənədin strukturunu yoxlamaq mümkündür.

"Edoc yoxlayıcı” xüsusən də təşkilatların işini asanlaşdıracaq

Xidmət üçün hazırlanmış proqram təminatı açıq servis şəklində yaradılıb. "E-imza" xidmətlərini daxili sistemlərinə inteqrasiya etmiş və ya etmək istəyən təşkilatlar bu servisi proqram təminatlarına əlavə etməklə “Edoc” sənədlərin düzgünlüyünü birbaşa öz sistemlərində yoxlaya bilərlər. Xüsusən vurğulamaq lazımdı ki, bu proqram təminatı veb texnologiyası əsasında qurulduğu üçün təkcə Windows əməliyyat sistemində deyil, həmçinin, Linux və Mac əməliyyat sistemlərində də bu xidmətdən yararlanmaq mümkündür.

Bu xidmət, həmçinin, "Elektron hökumət" portalına (www.e-gov.az), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi xidmətlər arasına əlavə olunub. Portal üzərindən xidmətdən istifadə etmək üçün bütün xidmətlər bölməsindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri arasından “Edoc yoxlayıcı” elektron xidmətini seçin. İstifadə qaydaları isə eynilə yuxarıda (www.e-imza) təsvir olunduğu kimidir.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Cəbhəyanı rayonlarda yaşayan əhali üçün

Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda sem ...

Qarabağ, Sosial, Elanlar, QHT
Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri araşdırılıb

Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri araşdırılıb

AzTU
AzTU-da yenilik: rektor vətəndaşları onlayn qəbul edəcək

AzTU-da yenilik: rektor vətəndaşları onlayn qəbul edəcək

AzTU
AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU
AzTU tələbələri Azərbaycanda ilkə imza atıblar

AzTU tələbələri Azərbaycanda ilkə imza atıblar

AzTU
AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU-da “Rəqəmsal Azərbaycan-2025” mövzusunda konfrans keçirilib

AzTU
Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişa ...

Ramin Quluzadə: “Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişa ...

Hüquq
Vasif ƏLİHÜSEYNin İmza Günü

Vasif ƏLİHÜSEYNin İmza Günü

Tv
AzTU-nun I kurs tələbələri universitetlə tanış olub

AzTU-nun I kurs tələbələri universitetlə tanış olub

AzTU
Tanınan diplomlarla bağlı yeni məlumat bazası

Tanınan diplomlarla bağlı yeni məlumat bazası

Təhsil, Nazirlik
“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika kon ...

“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika kon ...

Elm

"Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri mükafatlandırıldı

AzTU
Azərbaycan Texniki Universiteti daha bir uğura imza atıb

Azərbaycan Texniki Universiteti daha bir uğura imza atıb

AzTU
AzTU-da

AzTU-da "Tarixə atılan imza" fləşmobu

AzTU
AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU, Turan
Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının imza günü keçiriləcək

Cavidanın “Tanış olaq, bu mənəm!” kitabının imza günü keçiriləcək

Elanlar
YENİ LAYİHƏ: Lüğət bazasının təkmilləşdirilməsi

YENİ LAYİHƏ: Lüğət bazasının təkmilləşdirilməsi

Sosial, QHT
AzTU-nun baş müəlliminin həmmüəllifi olduğu dərsliyin təqdimatı keçirilib

AzTU-nun baş müəlliminin həmmüəllifi olduğu dərsliyin təqdimatı keçirilib

AzTU
Liseydə mükafatlandırma mərasimi

Liseydə mükafatlandırma mərasimi

Bakı, Məktəblər
AzTU-nun tələbəsi Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumunda “İlin koo ...

AzTU-nun tələbəsi Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumunda “İlin koo ...

AzTU
Rəy yazın: